ADİU-da Novruz bayramına

həsr olunan rəsm sərgisi

 

Azərbaycan Dövlət İqtisad Universitetində  (ADİU) Novruz bayramına həsr olunan tədbir keçirilib. Tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov universitetin bütün kollektivini bayram münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Tədbir çərçivəsində Azərbaycanın tanınmış rəssamı, ADİU-nun əməkdaşı Arif Bektaşinin və tələbələrin təbiət mənzərələrinə və Novruza həsr olunan rəsm əsərləri böyük maraqla qarşılanıb.

Sonra rektor və tədbir iştirakçıları tələbələrin əl işlərindən ibarət Novruz xonçaları ilə ayrı-ayrılıqda tanış olublar. Tələbələrin əl işlərindən ibarət “Ən yaxşı Novruz xonçası” və rəsm müsabiqəsi keçirilib. Münsiflər heyətinin qərarı ilə müsabiqədə qalib gələn qrup mükafatlandırılıb.

Tədbir Azərbaycanın tanınmış incəsənət xadimlərinin və tələbələrin konsert proqramı ilə davam edib.

 

Elnarə ÖMƏROVA

 

Xalq qəzeti.- 2015.- 20 mart.- S.9.