Erməni işğalçıları Qarabağda maddi-mədəni

irsimizi məhv etməklə dünyaya çoxdan məlum

olan tarixin izlərini itirmək istəyirlər”

 

Azərbaycanın Dağlıq Qarabağ bölğəsinin və əfraf rayonlarının işğal olunmuş və 25 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan ərazilərində xalqımıza məxsus əmlakın və təbii sərvətlərin kütləvi surətdə talan və məhv edilməsi bu gün də davam edir. Ölkə rəhbərliyinin, rəsmi qurumların işğalçı dövlətin vandallıq hərəkətlərinin qarşısının alınması üçün beynəlxalq qurumlarda dəfələrlə səsləndirdiyi “həyəcan təbili”nə baxmayaraq, dünyanın gözü qarşısında maddi və mənəvi sərvətlərimizin axırına çıxılır.

 

Bu ərazilərin min illərdən bəri xalqımıza məxsusluğuna şahidlik edən tarixi abidələr isə xüsusi amansızlıqla məhv edilir, saxta əlavələrlə “özününküləşdirilir”. Bu barədə kütləvi informasiya vasitələrinə geniş açıqlama verən Azərbaycan Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İSMAYILOV erməni işğalçılarının Dağlıq Qarabağa sahiblənmək iddialarını elə onların tarixi havadarlarının mötəbər mülahizələri ilə cavablandırmışdır:

– Ermənilər Qafqaza və tarixi Azərbaycan torpaqlarına sonradan gəldiklərini və gətirildiklərini min bir yalan və iddia ilə inkar etməyə çalışsalar da, onların güclü və əliuzun dostları nəinki bu həqiqəti danmağa cəhd etmir, hətta yeri gələndə etiraf da edirlər. Erməni işqalçılarının Qərbi Azərbaycanda və Qarabağda özlərinin köklü xalq olduğunu sübut etmək üçün qədim tarixi abidələrimizi ya yer üzündən sildiyi, ya da mənimsədiyi bir vaxtda Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Makarovun dediyi sözləri dünyanın haqsevər insanlarının diqqətinə kifayət qədər ucadan çatdırmaq lazımdır: “Əgər Rusiya dövləti və xalqı olmasaydı, bu gün Ermənistan mövcud olmazdı”. Başqa bir rus politoloqu isə bu yaxınlarda onun dövlətinə sayğısızlıq göstərmək istəyən erməni dairələrinə telemüsahibəsində belə qulaqburması verdi: “İrəvanın, sadəcə, 500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə qədər niyə baş çıxara bilmirlər ?”

 QHT rəhbəri sözünə davam edərək demişdir:

– Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan qanunvericiliyinin yaratdığı şərait çərçivəsində Ermənistanın soydaşlarımızı qovduğuQarabağda işğal etdiyi ərazilərin maddi və mədəni sərvətlərinin xilas edilməsi dövlət orqanlarından, hüquqi şəxslərdən və vətəndaş cəmiyyəti üzvlərindən təxirəsalınmaz, təsirli tədbirlər görməyi tələb edir. Onsuz da, erməni vandalları işğal zonasında təbiətimizə sağalmaz yaralar vurublar, varidatımızı və tarixi abidələrimizi bütünlüklə talan ediblər. Nə qədər gec olsa da, erməni vandalizminin qarşısını almaq üçün beynəlxalq təşkilatların vasitəsi ilə abidələrin mühafizə edilməsinə nəzarət işləri həyata keçirilməlidir.

 Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını dünyanın gözü qarşısında açıqca və kobudcasına pozaraq, Azərbaycanın mədəni sərvətlərinin talan edilməsini və dağıdılmasını davam etdirir. Bundan ermənilərin əsas məqsədi işğal altında saxladıqları ərazilərdən Azərbaycan tarixini silmək, özlərini bu torpaqların qanuni sahibləri kimi təqdim etməkdir. Bu yolla onlar 1918-1923-cü illərdə Qərbi Azərbaycan ərazilərində Ermənistan adlı dövlət yaratdılar. 1988-1991-ci illərdə isə çağdaş dünyanın ən qatı millətçi- separatçıları kimi tanınan ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə apararaq, Ermənistanı təkmillətli respublikaya çevirdilər. Azərbaycanın işğal altında olan ərazilərini “özəlləşdirdiyini” düşünən Ermənistanın siyasi dairələri bu əraziləri tarixi və mədəni baxımdan da erməniləşdirmək üçün illərdir ki, məqsədli və davamlı siyasət həyata keçirir. Bu niyyətlə hazırlanmış fəaliyyət planına aşağıdakılar daxildir:

 – toponimlərin, yerlərin-yurdların və inzibati yaşayış mərkəzlərinin adlarının dəyişdirilməsı;

tarixi şəxsiyyətlərin, o cümlədən dövlət xadimlərinin, sərkərdə və qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin adları ilə bağlı ünvanların, xatirə abidələrinin dəyişdirilməsi, yox edilməsi;

İslam dini abidələrinin, o cümlədən qəbiristanlıqların, qəbirüstü abidələrin, qəbir daşlarının yerlə  yeksan edilməsi;

– memarlıq abidələri üzərindəki türk rəmzlərinin və digər bədii daş nümunələrinin məhv edilməsi və ya götürülərək ərazidən çıxarılması və s.

F. İsmayılov daha sonra bildirmişdir:

Ermənilərin bu cür vandallıq siyasəti nəticəsində işğal altındakı ərazilərdə Azərbaycanın çox sayda monumental incəsənət, tarixi İslam dövrü abidələri məhv edilərək sıradan çıxarılmışdır. Ərazidə baş alıb gedən bu cür özbaşınalıqları vandallıq hərəkətlərini bir çox erməni ekspertləri, analitikləri jurnalistləri dolayısı ilə etiraf edirlər. Onlar vandallıq hadisələrinin baş verdiyi yerlərdən sökülmüş dağıdılmış abidələrin görüntülərini yaymaqla ermənilərin bu ərazilərdə vəhşilik etdiklərini bilərəkdənmi- bilməyərəkdənmi təsdiq edirlər.

Nəzarətsiz qalmış ərazilərdə tarix mədəniyyət abidələrinin korlanmasına ya tamamilə dağılmasına ermənilərin vandallıq hərəkətlərindən başqa, nəzarətsizlik dağıdıcı təbii proseslər səbəb ola bilər. Lakin təbiət hadisələri nəticəsində uçmuş, dağılmış abidələrin tikinti quruluşlarına, ornamental bədii işləmələrinə, divar yazılarına o qədər zərər dəymir. Belə abidələrin bərpası zamanı ornamental nümumələr yeni hörgü daşları tələb olunmur. Ermənilərin vandalizm aktları nəticəsində isə abidənin görünüşü tamamilə dəyişərək onun mövcudluğunu şübhə altına alır.

Buna misal olaraq Ağdam şəhərinin bağ parklarında heykəltaraşlıq nümunələrini, xatirə abidələrini, Şuşa şəhərində tarixi əhəmiyyətli bina qurğuları, Vaqifin məqbərəsini, Laçın rayonunun Güləbird kəndində bayatı janrının ustadı Sarı Aşığın xatirə kompleksini s. göstərmək olar. Bütün bunların əvəzində isə ermənilər Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Xocavənd, Ağdərə, Qubadlı ərazilərinin, Qarabağın işğalında fərqlənən erməni terrorçularına xatirə abidələri tikir, kriminal aləmdə tanınmış ermənilərin heykəllərini ucaldırlar.

İşğal altındakı inzibati yaşayış mərkəzlərində azərbaycanlılara məxsus heykəllərin dağıdılması xüsusi üsulla həyata keçirilir. Heykəli əvvəlcə kiçik hissəciklərə bölür, sonra isə bir neçə yüz metr ərazidə ətrafa səpələyirlər. Ona görə belə edirlər ki, bu hissələrin vaxtsa bir yerə toplanıb bərpa edilməsi mümkün olmasın. Monumental xatirə abidələrini isə əksər hallarda sökmür, üzərindən lövhələri barelyefləri çıxararaq erməni dilində yazı lövhələri barelyeflərlə əvəz edirlər.

Dağlıq Qarabağ ətraf rayonları etnik təmizləməyə məruz qoyan Ermənistan hökuməti, bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışır. Məhz bu səbəbdən bir zamanlar etnik təmizləməyə məruz qoyduqları ərazilərdə azərbaycanlılar yaşamış kənd şəhərlərin xarabalıqlarında turizm üçün əlverişli yerlərdə erməni xaçları ilə bəzədilmiş monumental incəsənət abidələrinin tikintilərini ilbəil genişləndirirlər. Bundan məqsəd gələcək nəsillərə bu ərazilərin tarixi erməni torpaqları olması görüntüsünü yaratmaqdır. Dağıdılan Azərbaycan mədəniyyəti fonunda bu mənzərələrin yaradılması acınacaqlı olduqca təhlükəlidir.

Azərbaycan Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri qeyd etmişdir ki, təcavüz nəticəsində işğala məruz qalan ərazilərdə tarixən mövcud olmuş mədəni dəyərlərin qorunması eləcə memarlıq, incəsənət tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan daşınmaz mədəni dəyərlərin müdafiə edilməsi onlara dəymiş zərərlərin qiymətləndirilməsi bu gün Azərbaycan xalqının qarşısında təxirəsalınmaz bir vəzifə kimi durur. 2012-ci ildə Parisdə keçirilən UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənəd imkan verir ki, Azərbaycan törətdiyi cinayətlərə görə Ermənistana qarşı beynəlxalq təşkilatlar vasitəsi ilə sanksyaların tətbiq edilməsini tələb etsin.

İşğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsində müzakirə edilməsinə 2012-ci ildə Azərbaycan tərəfindən təşəbbüs edilib müvafiq sənədin hazırlanması tələb edilib. Katibliyin hazırladığı sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri digər aspektlər yer alıb. Çox təhlükəli məqamlardan biri son zamanlar ermənilərin Azərbaycanın milli-mədəni dəyərlərini mənimsəməsi prosesinin daha da güclənməsidir. Artıq dünyanın bir çox aparıcı dövlətlərinin sərgi pavilyonlarında Azərbaycan mətbəxinin bir çox nümunələri erməni məhsulları kimi nümayiş etdirilir. Bir çox ölkələrdə isə Azərbaycan xalqına məxsus rəsm əsərləri, bəzək əşyaları, bədii toxuculuq, rənglı şüşələrdən təsviri sənət nümunələri, mozaikalar, əlyazmalar, vitrajlar, musiqi əsərləri, alətləri s. ermənilərin milli-mədəni dəyərləri kimi təqdim edilir. Bütün bunların vaxtında qarşısı alınmasa, getdikcə daha təhlükəli bir prosesə çevriləcəkdir.

Memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağıntılara tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr digər inanc yerləri olmuşdur. Dağlıq Qarabağ ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olmuşdur.

Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirirlər. Onlar qəbiristanlıqların mərmər daşlarını söküb formalarını dəyişərək Xankəndi, Hadrut, Əsgəran, Laçın Xocavənddə inşa etdikləri bağ parklarda bəzək daşları kimi istifadə edirlər. Bunun da nəticəsində yüzlərlə qəbristanlıq dağıdılmış minlərlə qəbir tanınmaz hala salınmışdır.

QHT rəhbəri sonda demişdir:

Erməni işğalı altında qalan bu abidələrə dəyən zərərin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır bundan sonra xalqın mənəviyyatına vurulan zərərin həcminin dərəcədə böyük olduğunu təsəvvür etmək o qədər çətin olmayacaq. İşğal altındakı tarix mədəniyyət abidələrinə dəymiş zərərlərin qiymətləndirilməsi metodologiyası hazırlanarsa, bu, Azərbaycan praktikasında ilk dəfə həyata keçirilən hadisə olar. Belə bir qiymətləndirmə beynəlxalq meyarlara uyğun aparılmalıdır. Ermənistanın Azərbaycana vurduğu maddi mənəvi zərərin öyrənilməsi işi zamanı çatanda bu itkinin tam həcmdə ödənilməsi zərurətini yaradır. Beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.

 Göründüyü kimi, erməni işğalçıları Qarabağda maddi- mədəni irsimizi məhv etməklə dünyaya çoxdan məlum olan tarixin izlərini itirmək istəyirlər. Lakin tarixi dəyişmək bu vaxtadək heç kəsə nəsib olmadığı kimi, erməni faşistlərinə qismət olmayacaq.

 

Hazırladı: R.TAHİR

 

Xalq qəzeti.- 2015.- 30 mart.- S.6.