Qüdrətli və modern Azərbaycan

dövləti ulu öndər Heydər Əliyevin

fəaliyyətinin əsas qayəsi idi

 

Ulu öndər Heydər Əliyev 1997-ci ildə Dünya azərbaycanlılarına müraciətində deyirdi: “İyirmi birinci əsrdə bizi daha müqəddəs və gərgin mübarizələr gözləyir. Biz Azərbaycan dövlətçiliyini inkişaf etdirməklə bərabər, həm də dünya azərbaycanlılarının haqq və hüquqlarını təmin etməliyik”. Böyük uzaqgörənliklə deyilmiş bu fikirlərin səsləndiyi vaxtdan 18 il keçir. Hadisələr göstərir ki, gerçəkdən müasir dünya özünün gərgin ab-havası ilə fərqlənir. Bu mövzuya aid kifayət qədər fakt var.

 

Bu gün  irqindən, milliyyətindən asılı olmayaraq heç vaxt aktuallığını itirməyən “bu dünya hara gedir?” sualı üzərində böyük narahatlıqla və həyəcanla düşünməyə məcburdur. Çünki dünyanın nizamı çox kobud şəkildə və ədalətsizcəsinə təhrif olunub. Beynəlxalq münasibətlər sistemi dərin böhran içərisindədir. Çox uzağa getməyək. Bir ildən çoxdur ki, keçmiş sovet respublikalarından biri, eyni zamanda, özünün sabit həyat tərzi və iqtisadiyyatı ilə seçilən Ukraynada baş verən hadisələr müasir dünyanın obrazını daha dəqiqliklə canlandırır. Bu ölkədə ard-ardına baş verən rəngli inqilablar Ukrayna xalqına nə verdi?

Hadisələrin nəticəsi göstərir ki, bu ölkədə gedən proseslər xalqın problemlərini həll etməyə yox, insanlara yenieyni zamanda, həlli müşkülə çevrilən problemlər gətirir. Bu gün faktiki olaraq Ukraynanın dövlət müstəqilliyi çətin sınaq qarşısındadır. Daxildə baş qaldıran separatizm meylləri xalqın gələcəyini və ölkənin müstəqilliyini təhdid edir. Beynəlxalq təşkilatlar, daha dəqiq desək, Ukraynadakı Maydan hadisələri zamanı sadə insanlara isti çay, naringi paylayan Avropa təşkilatları indi terrorlar, Rusiyanın birbaşa və açıq müdaxiləsi ilə üzbəüz qalan Ukraynanın “halına”, sadəcə olaraq, acımaqla öz vəzifələrini bitmiş hesab edirlər. Qışda Ukrayna probleminin həllinə dair Minskdə danışıqlar aparıldı və yekun olaraq belə qərara gəlindi ki, fevralın 15-də atəşkəs əldə olunsun. Həmin Minsk sövdələşməsinin üstündən xeyli müddət keçməsinə baxmayaraq, heç bir razılaşma həyata keçirilməyib. Azərbaycana olan münasibətin formaca fərqli, məzmunca eynisi ilə rastlaşırıq.

İyirmi ildən çoxdur ki, Minsk qrupu deyilən bir qurum Azərbaycana qarşı oxşar münasibəti sərgiləyir. Həmin qrupun həmsədrləri Azərbaycan xalqının və dünyanın gözü qarşısında regionumuza saysız-hesabsız səfərlər edir, bəyanatlar verir, münaqişənin həllinə çalışmaq əvəzinə, onun uzadılmasında maraqlı tərəf kimi görünürlər.

İnsan haqları mövzusu özü beynəlxalq alver predmetinə çevrilib. Əksər hallarda insan haqları ilə bağlı verilən bəyanatların, çox təəssüf ki, arxasında və mahiyyətində insan amili dayanmır. Dünyanın ən ali qurumu hesab olunan BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Bir qayda olaraq danışıqların davam etdirilməsini, problemin sülh yolu ilə həll olunmasını tövsiyə edən həmsədrlərin mövqeyinin arxasında məkrli bir niyyət dayanır: Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı sonu görünməyən danışıqlar Azərbaycanın əzəli və tarixi torpaqlarının sülh yolu ilə Ermənistana birləşdirilməsi anlamına gəlir.

Sadaladığımız və digər faktlar sübut edir ki, biz gerçəkdən ulu öndər Heydər Əliyevin dediyi kimi, yalnız çox gərgin mübarizə aparmaqla Azərbaycanın dövlət müstəqilliyini qoruyaonun perspektivini təmin edə bilərik. Ona görə də ölkə daxilində sabitlik məsələsi həmişə vacibliyini və aktuallığını qoruyub saxlayır. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda sabitlik məsələsi xüsusi yanaşma tələb edən mövzudur. Azərbaycan elə bir ölkədir ki, burada əbədi sakitlik barədə xülyalara qapılmaq yolverilməzdir.

Burada sabitliyin, dövlətçiliyin qayğısına hər an, hər dəqiqə qalmaq lazımdır. Birincisi, ona görə ki, ölkəmiz mürəkkəb qonşuluq siyasətinin bir hissəsini təşkil edirheç kimə sirr deyil ki, bizi istəməyən qonşular var. Güclü, sabit Azərbaycan onlar üçün arzuolunan və qəbuledilən deyil. Bu dövlətlər hələ 1993-1995-ci illərdə Azərbaycanda yenicə cücərməyə başlayan dövlətçilik rüşeymlərini açıq-aşkar məhv etmək yolunu tutmuşdular.

Ulu öndər 1993-cü ildə hakimiyyətə qayıdana qədər etiraf etmək lazımdır ki, Azərbaycanda dövlət adını xatırladan heçyox idi. Həmin ərəfədə Azərbaycanı klassik anlamda müstəqil dövlət hesab etmək olmazdı. Əslində, Azərbaycanın həqiqi müstəqilliyinin tarixini 1994-cü ilin 20 sentyabrından - “Əsrin müqaviləsi” bağlanan gündən hesablamaq olar. Məhz Heydər Əliyev dühasından yaranan uğurlu neft siyasəti sayəsində ölkəmiz müstəqilliyinin formal olaraq elan edilməsinin 4-cü ilindən etibarən milli dövlət quruculuğuna başlamaq şansı əldə etdi.

Çox qısa müddət ərzində dövlətçiliyimizin əbədiliyinə, müstəqilliyimizin dönməzliyinə həm bizi istəyənləri, həm də bədxahlarımızı inandıra bildi. İndi Azərbaycan sürətlə inkişaf edir, bölgədə söz sahibidir, regionun lider dövlətidir. Milli  Ordumuz Cənubi Qafqazda ən güclü ordu statusunu qazanıb. Büdcə gəlirlərimiz artır, əhalinin maddi rifah halı yüksəlir. Ölkəmiz beynəlxalq arenada siyasi iradəsini sərgiləyir, mövqeyini qəbul etdirə bilir, bizimlə hesablaşırlar. Azərbaycanın razılığı və iştirakı olmadan heç bir regional proses həyata vəsiqə qazana bilmir.

Ancaq bir məqamı qeyd edək ki, vaxtilə neft yataqlarımızın Qərbin nüfuzlu şirkətlərinin köməyi ilə öz tərəfimizdən işlənməsinə heç cür razılıq vermək istəməyən qüvvələr vardı. Onlar bəd niyyətlərindən indi də əl çəkmək istəmirlər. Açıq-aydın görünür ki, bu cür qüvvələr bizim milli sərvətimizin Azərbaycanın rifahına, dövlətimizin və millətimizin tərəqqisinə yönəlməsinə hər yolla mane olmağa çalışır. Bu isə o deməkdir ki, Azərbaycanda sabitlik üçün həmişə problemlər ola bilər.

Həmin qüvvələrin istifadə etdikləri və edə biləcəkləri başqa bir həssas məsələ də bundan ibarətdir ki, Azərbaycan cəmiyyətində bəzi sosial təbəqələr parçalanmaya olduqca həssas və meyillidir. Bəlkə də, bu, milli özəllikdir. Amma fakt bundan ibarətdir ki, bəzi soydaşlarımızı çox asan yolla aldatmaq, qısa müddətə də olsa başını tovlamaq, hətta müvəqqəti olsa da, yolundan azdırmaq olur. Ona görə də Heydər Əliyevdən bizə miras qalan milli dövlətçilik modelini qorumaq sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlının müqəddəs borcudur. Bu model uzun illər nəticəsində əldə edilmiş siyasi təcrübəyə və birbaşa Azərbaycanın coğrafi-siyasi mövqeyinə əsaslanır.

Geosiyasi cəhətdən bir-birinə zidd qütblərin yol ayrıcında yerləşən ölkələrdə cəmiyyətin inkişafı yalnız və birmənalı olaraqPrezidentxalqformulunda ifadə olunur. Bizim kimi ölkələrdə yalnız iki mühüm siyasi güc mərkəzi mövcud ola bilər: Xalqonun arzusunun, istəyinin, onun dövlətinin rəsmi, legitim ifadəçisi kimi dərk olunan Prezident! Eyni zamanda xüsusi vurğulamaq lazımdır ki, bu tandemin tərəfləri arasında qarşılıqlı etimad, inam hökm sürməlidir. Onlar birbaşa, vasitəçilər olmadan hər gün, hər saat sıx əlaqə saxlamalıdırlar.

Etiraf etmək lazımdır ki, bizim kimi cəmiyyətlərdə milli müqavimət potensialı aşağı, kənar təsirlərə həssaslıq yüksək olur. Deməli, siyasətin suveren subyekti olan Prezidentlə hakimiyyətin mənbəyi, obyekti olan xalq arasında üçüncü bir vasitənin, aralıq funksiyasını  yerinə yetirən instansiyanın yaranması istər-istəməz cəmiyyətin daxili vəhdətinin pozulması, təsir amilləri kimi çıxış edənlər arasında ziddiyyət və əksliyin artması ilə nəticələnir. Belə olmasaydı, Prezident İlham Əliyev xalqla münasibətlərində tam müstəqillik nümayiş etdirməsəydi, bu, cəmiyyətdə müəyyən parçalanma mənbəyinə çevrilər, öz mənfi təsirini oynamış olardı. Azərbaycanın ən yeni tarixində baş vermiş bütün dövlət çevrilişi cəhdlərindən çıxarılacaq mühüm nəticə budur ki, hakimiyyət mənsubları arasında nüfuz dərəcələrinin müəyyənləşməsinə hesablanmış hər hansı cəhdin qarşısı sabitliyə xələl gətirəcək amil kimi həmin andaca və dərhal alınmalıdır. Çünki ümummilli lider Heydər Əliyevin dövlətçilik modelinin təhrif edilməsi cəmiyyətdəki sabitliyi, tarazlığı ciddi şəkildə poza bilər. Prezident İlham Əliyev bu həqiqəti yaxşı bildiyi üçün tez-tez bölgələrə səfərlərə çıxır, bütün mümkün vasitələrdən və üsullardan istifadə edərək dövlətin məqsədini, siyasətini əyalətlərə çatdırır, ən başlıcası isə xalqla çox mehriban münasibət qurur.

Sabitliyə xüsusi əhəmiyyət verildiyinə görə bu gün Azərbaycanın ictimai-siyasi həyatında hiss olunan ən cüzi dəyişikliklər belə dövlətin diqqətindən kənarda qalmır. Deməli, ulu öndər Heydər Əliyev elə bir dövlət idarəçiliyi mexanizmi qurmuşdur ki, burada kiçik boşluqlara belə yer yoxdur.

Bu gün Heydər Əliyevin vəsiyyətlərini həyata keçirmək, onun başladığı işi öz sonluğuna çatdırmaq tarixin və xalqın Prezident İlham Əliyevin üzərinə qoyduğu ən məsul vəzifədir. Ulu öndər  Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını kağız üzərində yox, həyatda yaratmış, onu bir insan ömrünə sığmayan kamilliyə çatdırmış və öz layiqli varisinə etibar etmişdir. Bu mənada müstəqilliyimizin indiki mərhələsində kəskin dəyişikliklərə, sərt davranışlara və bütün bunlardan doğa biləcək mənfi fəsadlara yer qalmamışdır. Dövlət başçısı İlham Əliyevin Heydər Əliyevin siyasi üslubuna və mövqeyinə uyğun dəyərləri uğurla və yaradıcı şəkildə inkişaf etdirir. Bu gün Azərbaycan xalqının təsəvvürü də bundan ibarətdir ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan cəmiyyəti tərəqqiyə, əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğuna doğru sürətlə inkişaf edirbu proses davam edəcəkdir.

İslahatlar mərhələsini yaşayan bütün cəmiyyətləri düşündürən bir məsələ də odur ki, bizi nə gözləyir? Adət-ənənələri yerindən-dibindən söküb-dağıdıb, yenidən qurmaq, yoxsa onları təkmilləşdirmək? Ölkə rəhbəri İlham Əliyev haqlı olaraq proseslərin təkamül yolu ilə inkişafının tərəfdarı kimi çıxış edir. O, özündən əvvəl yaranmış təməl üzərində inamla dayanır və buna görə də irəliyə addımlarını qətiyyətlə atır.

Prezident İlham Əliyev ölkəmizin perspektiv inkişafını üç istiqamətdən gerçəkləşdirməyin tərəfdarıdır. Bu konseptual baxışı güclü dövlət, güclü hakimiyyət, güclü iqtisadiyyat şəklində formullaşdırmaq mümkündür. Bu formulun siyasi əsası ondan ibarətdir ki, güclü demokratik dövlət quruculuğu yalnız iqtisadi cəhətdən inkişaf etmiş, fasiləsiz müasirləşmə mərhələsi keçən bir cəmiyyətdə mümkündür.

Dövlət başçısı Azərbaycanın rəqabətli sərvəti olan nefti iqtisadiyyatın başlıca, lakin ayrıca götürülmüş bir elementi kimi yox, ölkənin qan damarını hərəkətə gətirən bir amil kimi qiymətləndirir.

Güclü, demokratikmodern dövlət - Azərbaycan rəhbəri İlham Əliyevin dəyərlər sisteminin dayaq sütunu məhz bunlardan ibarətdir. Onun güclü dövlətçilik konsepsiyasını xalqımızın üzləşdiyi Qarabağ münaqişəsinin həlli məsələsindən ayrılıqda təsəvvür etmək mümkünsüzdür. Onun müharibə və sülh probleminə baxışı gerçəklikdən doğan sağlam düşüncəyə əsaslanır. Çünki Azərbaycanın geosiyasi vəziyyəti elədir ki, ərazi münaqişəsini hökmən müharibə yolu ilə qaldırmaq mümkün deyil. Lakin münaqişənin sülh yolu ilə həllinə üstünlük vermək də heç vaxt bizim milli hüquqlarımızdan üstün götürülə bilməz. Diqqətlə fikir versək, Prezidentimizin Qarabağla bağlı mövqeyinin çox radikal olduğunu görmək mümkündür. Bütün vasitəçilərin qarşılıqlı güzəştlərdən söz açdığı yüksək tribunalardan onun verdiyi bəyanatlar xalqımızın hər hansı itki ilə barışmazlığının bariz təzahürü kimi səslənir.

Ölkəmizin lideri İlham Əliyev beynəlxalq güclərin təsirindən asılı olmayaraq, ortalığa prinsipial bir mövqe qoyur: “Bizim ermənilərə güzəşt mövqeyimiz odur ki, atəşkəsi pozmuruq, müharibə etmirik”. Bu tezis münaqişənin həllini güzəştlərə bağlayan vasitəçilərə xalqımızın cavabı olması ilə də çox əlamətdardır. Azərbaycanın təcavüzə, işğala məruz qalmış bir dövlət olaraq güzəşt limitini bundan daha diplomatik və açıq şəkildə ifadə etmək, bəlkə də, mümkün deyil.

Eyni zamanda, problemin sülh yolu ilə həllini vurğulayan Prezident İlham Əliyev güc faktorunun əhəmiyyətini də çox düzgün qiymətləndirir. O, Azərbaycan ordusunun modernləşməsi, müasir NATO standartlarına uyğunlaşmasının tərəfdarı kimi çıxış edir.

Beləliklə, bu gün Azərbaycanın müasir dünyadakı yerini vaxtilə ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu təməl prinsipləri müəyyənləşdirir.

 

Xeyrəddin QOCA,

YAP Siyasi Şurasının üzvü

 

Xalq qəzeti.- 2015.- 7 may.- S.7.