Sahibkarlığın inkişafında yeni mərhələ

 

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər, Azərbaycanda siyasimakroiqtisadi sabitliyə nail olunması nəticəsində sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi.

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə müsbət göstəricilərə nail olmuşdur. Artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər ay, hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür. Bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın inkişafı üçün daha əlverişli biznesinvestisiya mühiti formalaşdırılır.

Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev respublikamızda özəl sektorun, kiçikorta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini bir daha bildirmişdir. Bu da təsadüfi deyil. Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçikorta sahibkarlığın rolu böyükdür. Təkcə bu faktı qeyd etmək kifayətdir ki,  son illərdə investisiyaların böyük əksəriyyəti  daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir.

Özəl sektor, kiçikorta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən, Azərbaycanda uğurla aparılır. Ölkə başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq son illərdə biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir.

İqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaratmış, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırmışdır. Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, Azərbaycanın sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir.

Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi cənab İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Son illərdə dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorundan gələn gəlirlərin xüsusi çəkisinin yüksələn xətlə artması aparılan siyasətin məntiqi nəticəsinin bariz ifadəsidir. 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı danışdı. Möhtərəm dövlət başçımız bildirdi ki, dünyada neftin qiymətinin təxminən iki dəfə ucuzlaşması Azərbaycana ciddi iqtisadi təsir göstərə bilməmişdir. Bu isə qeyri-neft sektorunun inkişafı, xüsusilə regionlarda yeni istehsal sahələrinin yaradılması nəticəsində mümkün olmuşdur. Əhalinin gündəlik tələbatının ödənilməsində xüsusi rol oynayan kənd təsərrüfatı məhsullarının ölkədə istehsalı ciddi qiymət artımına imkan verməmişdir.

İclasda cənab Prezident qeyd etdi ki, gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər ayrılır. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar qursunlar. İndi bölgələrdə əsas infrastruktur layihələri demək olar başa çatır, yollar, kommunikasiyalar salınır, elektrik, qaz, su xətləri çəkilir. Ona görə biznesin inkişafı üçün bölgələrdə və Bakıda yaxşı imkanlar var. Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq.

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində hazırda sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir.

Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu ilin 9 ayında 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilmişbu kreditlər hesabına 9900-dək yeni yerinin yaradılması nəzərdə tutulmuşdur. Kreditlərin 47 faizi büdcə, 53 faizi qaytarılmış vəsaitlər hesabına verilmişdir. Bu kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. İlin sonunadək 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur.

Ümumilikdə son 11 ildə isə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2 milyard ABŞ dolları məbləğində verilmiş güzəştli kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatına və sənaye müəssisələrinin yaradılmasına yönəlmişdir.

2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznesinvestisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərmiş, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini vermişdir.

Sahibkarlığa dövlət dəstəyinin bariz nümunəsi kimi bu il yanvar ayının 27-də  Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti qeyd etdi ki, biz 2004-cü ilə nəzər salsaq görərik ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadisosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur.

Xatırladım ki, cari il də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində görülən işlər, həyata keçirilən layihələr, əldə edilən uğurlu nəticələrlə zəngindir.

Son illərdə infrastruktur layihələrinin icrası, biznesinvestisiya mühitinin yaxşılaşdırılması, həyata keçirilən dövlət dəstəyi tədbirləri regionların iqtisadi potensialını gücləndirməklə cənab Prezidentin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi sahibkarlığın inkişafına təkan vermişdir.

Təkcə ötən il bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə mühüm işlər görülmüş, elektron xidmətlərin sayı 450-yə çatmışdır. Regionlarda 4400 müəssisə fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, vergi daxilolmaları ötən ilə nisbətən 9,8 faiz artmış, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatmışdır.

Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.

Dövlət başçısının bu fərmanı Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün əsas olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.

Bununla yanaşı, ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu göstərmək olar. Bu qanunda onun tətbiq dairəsi, yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri ilə yanaşı, sahibkarlara məsləhətlərin verilməsi kimi cox əhəmiyyətli müddəalar nəzərdə tutulmuşdur. Hazırda ölkədə tətbiq edilən bu qanun vahid məlumat reyestrinin olmasına, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakcıların hüquqlarının qorunmasına yönəldilmişdir.

Regional inkişaf proqramları ilə yanaşı, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”, “Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”, digər fərman və sərəncamların, qanunların, dövlət proqramlarının icrası sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Lakin bütün bunlara baxmayaraq, hələ də sahibkarlığın inkişafını ləngidən bir sıra çatışmazlıqlar nəzərə çarpır. Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı danışan Prezident İlham Əliyev dedi ki,  dövlətin vergisini hər bir sahibkar tam şəkildə ödəməlidir, bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır.

Xatırladım ki, iclasdan sonra,  oktyabrın 19-da cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərildi və Milli Məclis tərəfindən dərhal qəbul edildi.Bu qanuna əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Həmin  qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək ücün böyüktarixi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanı da sahibkarlığın inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Bu fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığının təmin edilməsinə istiqamətlənmişdir. Fərmanda xüsusi razılıq (lisenziya) verilməsinin qaydaları müəyyənləşdirilmiş və Milli Məclisə təqdim edilmişLisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilmişdir. Bu fərmanla bir daha sahibkarlıq fəaliyyətinin inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğu təsdiqlənmişdir.

Burada diqqət çəkən əsas məqam odur ki,  lisenziyaların sayının azaldılması ilə  sahibkarların vaxt itkisinin qarşısı xeyli dərəcədə alınacaq   onlar əlavə xərclərdən azad olunacaqlar. Başqa sözlə, sahibkarların bir neçə quruma müraciət etməmələri üçün lisenziyalaşdırma sahəsində vahid pəncərə sistemi yaradılacaq.

Nəhayət,  gömrük sahəsində nəzarətin həyata kecirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı da ölkə başçısının biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı sahəsində gündəlik qayğısının təzahürüdür və sahibkarlığın inkişafı ilə əlaqədar digər sərəmcamların olacağı gözlənilir.

Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Qlobal böhranın səngimədiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan məsələlərin həllinə imkan yaradır. Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir.

Respublikanın qazandığı uğurlar dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illər beynəlxalq maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Bütün bunlar ölkədə aparılan iqtisadi siyasət strategiyasının düzgünlüyünü bir daha təsdiq edir.

Yeri gəlmişkən,  bir məsələyə də toxunmaq istərdim. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri kimi deyə bilərəm ki, ölkə sahibkarları Azərbaycan Prezidenti cənab İlham Əliyevin sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi barədə qərarlarını böyük razılıqla qarşılayıblar. Həmçinin sahibkarlığın inkişafına göstərdiyi diqqət və dəstəyə görə dövlətimizin başçısına minnətdarlıq edərək, ona arxalandıqlarını bildiriblər. Xatırladım ki, bu barədə bir neçə gün bundan əvvəl 26 oktyabr 2015-ci ildə  Azərbaycan Sahibkarlar Konfederasiyasının, İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatcılığı ilə “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlarmövzusunda keçirilən konfransda geniş söhbət açıldı.

Konfransda çıxış edən sahibkarlar ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını, Prezident İlham Əliyev tərəfindən son zamanlar imzalanmış müvafiq sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına böyük dəstəyin göstəricisi olduğunu vurğuladılar. Bununla yanaşı, adamları ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətlərinin onun sosialyönümlü səciyyə daşımasını qeyd etdilər. Çıxış edən natiqlər sahibkarlığa göstərilən qayğıya və davamlı dəstəyə görə dövlətimizin başçısına təşəkkürlərini bildirdilər, özəl bölmənin daha da tərəqqisinə istiqamətlənən qərarların ölkə ictimaiyyəti, eləcə də sahibkarlar tərəfindən böyük razılıqla qarşılandığını diqqətə çatdırmaqla yanaşı ölkə sahibkarları üzərinə böyük məsuliyyət düşdüyünüonlara göstərilən bu etimadı doğrultmaq üçün əllərindən gələni edəcəklərini qeyd etdilər.

Bu gün dünya ölkələrinin üzləşdiyi mürəkkəb problemlər fonunda Azərbaycanın dayanıqlı inkişafı, bütün sosial proqramların davam etdirilməsi ulu öndər Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan və müasir inkişaf tempinə cavab verən siyasətinizin alternativsiz olduğunu bir daha göstərir və sözsüz ki, bu siyasət qarşıdakı illərdə də ölkəmizin iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən qoruyaraq onun davamlı inkişafını təmin edəcəkdir.

Sonda fikrimi yekunlaşdırıb deyə bilərəm ki, Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, müasir biliklər təcrübəsindən, modern idarəçilik üsullarından real şəkildə bəhrələnməyə çalışır. Əminəm ki,  bütün bunlar öz real bəhrəsini verəcək, müstəqillik yollarında inamla irəliləyən Azərbaycanda sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcəkdir.

 

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)

Təşkilatları Milli Konfederasiyasının prezidenti

 

Xalq qəzeti.- 2015.- 4 noyabr.- S.5.