Ağdaş: uğurlar davamlı,

hədəflər aydındır

 

Ağdaşda müxtəlif layihələr icra olunur və bütövlükdə, rayonun siması dəyişilir. Mən rayonda gedən dəyişiklikləri görürəm, qiymətləndirirəm. Ağdaş indi müasir, gözəl rayona çevrilməkdədir. İstirahət etmək, yaşamaq, işləmək üçün bütün şərait vardır. Çox şadam ki, burada işlər yaxşı gedir. Ağdaşın gələcək inkişafı üçün də əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq ki, rayon daha da gözəl, daha da yaxşı olsun.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ağdaş şəhərinindən keçən magistral yolun sağ tərəfində son 3 ildə  yaradılmış müasir inzibati mərkəzə, şəhərin xəritəsinə əlavə olunmuş bu abad və yaraşıqlı əraziyə yerli əhali, haqlı olaraq, “Yeni Ağdaş” adı vermişdir. Bu möhtəşəm layihə, ümumiyyətlə, son dövrdə rayonda aparılmış genişmiqyaslı quruculuq işləri, Prezident İlham Əliyevin də vurğuladığı kimi, həqiqətən, Ağdaşın köhnə simasını dəyişdirmişdir. Bütün bunlar artıq, təbii olaraq, “dünənin” və “bugünün” Ağdaşından söhbət açmağa əsas verir.

 

Dünənin Ağdaşı

 

Tarixi İpək yolunun üstündə yerləşən Ağdaş mahalı həmişə maddi- mədəni dəyərlərinə və yaxın- uzaq ticarət əlaqələrinə görə ölkəmizdə seçilən bir məntəqə olmuşdur. Tarixi mənbələr şahidlik edir ki, münbit təbii şəraiti olan Ağdaş ərazisində insanlar ən qədim zamanlardan məskunlaşmışlar. Yunan müəllifi Strabon Qafqaz Albaniyasının inkişaf etmiş vilayətlərindən bəhs edərkən burada insanların geniş təsərrüfat fəaliyyəti, Türyançaydan təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə edilməsi barədə bilgilər vermişdir. Dağətəyi münbit torpaqlara il boyu düşən bol günəş və geniş suvarma mənbələri min illər boyu bu yerlərdə taxıl, pambıq, meyvə yetişdirməyə, heyvandarlığı və ipəkçiliyi inkişaf etdirməyə əlverişli imkan yaratmışdır.

Orta əsrlərdə “Ərəş”mahalı adı ilə tanınan bu bölgə uzun bir dövrdə Şirvanşahlığın, Səfəvilər dövründə Şirvan bəylərbəyliyinin tabeliyində olmuş, onuSultantitullu yerli hakimlər idarə etmişlər. Səfəvi— Osmanlı müharibələrində dağıntılara məruz qalan və zəifləyən Ərəş sultanlığı XVIII əsrin 50-ci illərində əvvəl Şəki xanlığının vassalına çevrilmiş, 1795-ci ildə onun tərkibinə qatılmışdır. Rus işğalı zamanında 1819-cu ildən mahalın ərazisi Şəki əyalətinin, 1840-cı ildən Şəki qəzasının (1867-ci ildən Nuxa qəzası) tərkibində qalmışdır. 1873-cü ildə Ağdaş kəndi mərkəz olmaqla ayrıca Ərəş qəzası yaradılmışdır.    

XVI - XIX əsrlərdə “Üçqovaq” adı ilə tanınmış və təxminən,  min nəfər sakini olmuş Ağdaş kəndinə 1900-cü ildə şəhər statusu verilmişdir. XIX əsrin sonunda Ağdaş bütün Qafqazda pambıq istehsalı, emalı və satışı mərkəzi sayılmışdır. Buna görə 1904-cü ildə Qafqaz pambıqçılarının I qurultayı Ağdaşda keçirilmişdir. O zamanQafqaz” qəzeti yazmışdı ki, “Ağdaş xaricə, Marselİtaliyaya göndərilən  bütün xam ipəyi və baramanı özündə cəmləşdirən mərkəzdir”. 1882-ci ildə Azərbaycanın yeni tipli 3 məktəbindən biri Ağdaşda açılmış, XX əsrin əvvəllərində burada “Nəşri- maarif” cəmiyyəti, qiraətxana, “Səadət” qızlar məktəbi, “Darülirfan”, “Rüşdiyyə” kimi tədris ocaqları fəaliyyət göstərmişdir.

 Sovet dövründə  1926-cı ilədək Ağdaş qəzası adlandırılan Ərəşin sonrakı illərdə Xaldan dairəsi Nuxa qəzasına, Ağdaş şəhəri və dairəsi isə  Göyçay qəzasına birləşdirilmişdir.1048 kvadratkilometr ərazisi olan Ağdaş rayonu 1930-cu ilin avqustunda yaradılmışdır. O zaman rayonun eyniadlı inzibati mərkəzinə çevrilən və 5 min insan yaşayan Ağdaş şəhərinin əhalisi sovet dövrünün ümumi inkişafı axarında 27 min, son illərin sürətli yüksəlişi nəticəsində isə 35 min nəfərə çatmışdır. Hazırda Ağdaş respublikanın iri və hərtərəfli inkişaf etmiş bölgələrindən biridir.

Bütün bunlar torpaq altında və tarixin səhifələrində qalmış, son bir neçə əsrdə yaşamış nəsillərin əməllərinin canlı yadigarı olaraq bugünümüzə çatmış Ağdaşın tarixinin ən yığcam tarixçəsidir. Dövlət müstəqilliyinin ölkəmizə gətirdiyi misilsiz quruculuq imkanları və fəaliyyət coşğusu bölgəni elə bir inkişaf hüdudlarına gətirib çıxarmışdır ki, artıq tarixin Ağdaşı, necə deyərlər, öz qabığına sığmamış, bugünün Ağdaşı özünə yeni meydan açmışdır.

 

Bugünün Ağdaşı

 

Doğrudan da, son illərdə Ağdaş şəhərinin təbii inkişafını respublikamızın sürətli və hərtərəfli yüksəlişinin miqyas və keyfiyyətinə uyğun aparmaq “Dünənin Ağdaşı” hududlarında, sadəcə,  mümkün olmamış, “Bugünün Ağdaşı” nı yaratmaq zərurətə çevrilmişdir. Rayonun indiki təşəbbüskar və gələcəyin tələbatını düzgün nəzərə alan rəhbərliyinin şəhərin yanından keçən magistral yolun sağ  tərəfindəki boş çöldə “Yeni Ağdaşyaratmaq barədə əsaslandırılmış təklifini Prezident İlham Əliyevin dərhal dəstəkləməsi şəhərin tarixində yeni bir səhifə açdı. Rayon sakinləri ölkə başçısının bu diqqət və qayğısını sonsuz minnətdarlıq duyğuları ilə qarşıladılar.

Əvvəllər də qeyd etdiyimiz belə bir cəhəti xatırlatmaq yerinə düşər ki, “Yeni Ağdaş”ın tikintisi, sözün əsl mənasında, ümumrayon hərəkatına çevrildi. Bütün qüvvə və səylər hərəkətə gətirildi, əlavə imkanehtiyat mənbələri işə salındı. Təsadüfi deyildir ki, tikinti-abadlıq işləri nəzərdə tutulmuş vaxtda başa çatdırıldı. Dövlət başçısının müvafiq qərarından kerçən qısa müddətdə— cəmi 2 ildə boş ərazidə Aşdaş şəhərinin tarixi özünəməxsusluğunun və müasir memarlıq üslubunun üzvi vəhdətindən qaynaqlanan yeni inzibati mərkəz yaradıldı.

Prezident İlham Əliyev rayona sayca dördüncü səfərində – 2014-cü ilin ilk may günündə “Yeni Ağdaş”ın ilk məhəlləsində yaradılmış yaraşıqlı obyektlərin açılış mərasimində görülmüş işlərə yüksək qiymət verdi: “Ağdaş rayonunda böyük işlər görülmüşdür. Rayonda sosial infrastrukturun yaradılması, məktəblərin inşası, qazlaşdırma və kənd yollarının tikintisi layihələri icra edilir. Yəni insanların normal yaşaması üçün bütün şərait yaradılır və Ağdaş şəhəri də gözəlləşir, abadlaşır. Ağdaşın yeni tikilən inzibati mərkəzində işlər böyük səliqə ilə, zövqlə görülmüşdür”.

 Həmin səfər çərçivəsində ölkə başçısının şəhərin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət etməsi, Heydər Əliyev Mərkəzinin, Ağdaş Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Ləki dəmir yolu vağzalının yeni binalarının, meyvə və yem emalı zavodlarının, Ləki - Pirəzə - Xınaxlı avtomobil yolunun, 220 kilovoltluqAğdaşelektrik yarımstansiyasının açılışında iştirakı, Heydər Parkında aparılan yenidənqurma işləri ilə tanış olması, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü ağdaşlıların xatirəsində hərarətli və unudulmaz izlər qoydu. Dövlət başçısının dediyiÇox şadam ki, burada işlər yaxşı gedir. Ağdaşın gələcək inkişafı üçün də əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq ki, rayon daha da gözəl, daha da yaxşı olsun”— sözləri insanları bir daha əzəmətli quruculuq işlərinə həvəsləndirdi.

Görülüb başa çatdırılmış işlərə verilən yüksək qiymət, daha böyük hədəflər üçün göstəriş və tövsiyələr rayonda bütün sahələrdə sürətli inkişafa geniş yol açdı, adamların sabaha olan inam və ümidlərini daha da artırdı. Onu da əlavə edək ki, son illərin yüksəliş prosesi təkcə rayon mərkəzini  əhatə etmir. Tikinti-quruculuq və abadlıq işləri bütün yaşayış məntəqələrində, özü də ardıcıl və sistemli aparılır. Ağdaşda müşahidə etdiyimiz daha bir vacib məsələ barədə: burada iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibət bəslənilir, qarşılıqlı əlaqə, fikir və təcrübə mübadiləsi əsas götürülür.

Prezident İlham Əliyevin rayona səfərindən keçən il yarım müddətində dövlət başçısının yeni quruculuq işlərini davam etdirmək üçün göstərdiyi ənənəvi dəstək, dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin ardıcıl icrası yeni uğurlara meydan açmış, ciddi təminat yaratmışdır.

 

Son uğurlar,

yeni hədəflər

 

Ağdaşa bugünlərdəki səfərimizdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatından aldığımız arayışdan məlum oldu ki, Heydər Parkında aparılan yenidənqurma işləri başa çatmışdır. İlin əvvəlindən Ağdaş şəhərinin müxtəlif küçələrinə 23 min metr uzunluğunda asfalt vurulmuşdur. Genişmiqyaslı quruculuq- abadlıq işlərini tamamlayan kütləvi yaşıllaşdırma aparılmışdır. Rayon mərkəzində və magistral yolların kənarlarında 55 min müxtəlif ağac əkilmişdir.

Aralbir kəndində 220 şagird yerlik məktəb binası istifadəyə verilmişdir. Tofiqi kəndində 220 şagird yerlik, Qarağan-Şıxlar və Qülbəndə kəndlərinin hər birində 180 şagird yerlik və Ərəbşəki kəndində isə 80 şagird yerlik məktəb binalarının tikintisi davam edir.

Rayonda əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatını yaxşılaşdırmaq məqsədilə ötən dövrdə şəbəkədə ardıcıl xidmət  işləri davam etdirilmiş, 32 kilometr müxtəlif gərginlikli elektrik xətləri və 52 transformator yarımstansiyası əsaslı və cari təmir olunmuş, 10 yeni transformator məntəqəsi istifadəyə verilmişdir.

İlin əvvəlindən 11 yaşayış məntəqəsində  qazlaşdırma işlərinə başlanılmış və Türyançay qəsəbəsi, Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Korarx və Cüvə kəndlərində qazlaşma işləri başa çatdırılmışdır. Hazırda digər 6 kənddə işlər davam edir.

Yeri gəlmişkən, rayonda həyata keçirilən daha bir mühüm layihə barədə məlumat verək. Azərbaycan hökumətinin və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır.  İşlərə 2008-ci ildə “Şəhər su təchizatı və kanalizasiya layihəsi”nin icrası ilə başlanılmış, ilk mərhələ üzrə tədbirlər 2010-cu ildə başa çatdırılmışdır.

Ağdaş şəhərinin sukanalizasiya infrastrukturu tamamilə yenidən qurulması 2012-ci ildə icrasına başlanılmış “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində  həyata keçirilir. Şəhər əhalisini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 2 yeni artezian quyusu qazılmışdır. Layihəyə uyğun olaraq, şəhərdə 141 kilometr  uzunluğunda su şəbəkəsi yaradılmış, 5200 ünvana birləşmə verilmişdir. İndiyədək 4521 abunəçi smart sayğaclarla təmin olunmuşbu istiqamətdə işlər davam etdirilir.

Bununla paralel olaraq şəhərin kanalizasiya sistemləri də yenidən qurulur. İnşası nəzərdə tutulan 127 kilometrlik kanalizasiya şəbəkəsinin tikintisi başa çatmaq üzrədir. Ağdaş şəhərində tullantı  suların təmizlənib zərərsizləşdirməsi hər birinin məhsuldarlığı sutkada  12500 kubmetr olan iki çirkab sutəmizləyici qurğuda həyata keçiriləcəkdir.

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı sahəsində aqrar sektorun inkişafına xüsusi əhəmiyyət verən ağdaşlılar taxılçılıqa daha ciddi fikir verirlər. Görülmüş işlər nəticəsində bu mövsümdə 10378 hektardan 31511 ton taxıl istehsal olunmuşdur. İlin əvvəlindən 2361 hektar tərəvəz sahəsinə aqrotexniki qulluq göstərilmiş və indiyədək 36581 ton tərəvəz yığılmışdır. 460 hektardan 3073 ton dən qarğıdalı, 670 hektardan 9996 ton kartof, 665 hektardan 10308 ton bostan məhsulu götürülmüşdür. Bitkiçilik məhsulları istehsalının artırılması üçün bu il fermerlərə güzəştli qiymətlərlə 300 ton gübrə satılmışdır.

Keçən ilin eyni dövrünə nisbətən iri malın sayı 282 baş, davar  278 baş artmışdır. Diri çəkidə ət istehsalı 57,6 ton, süd 890,4 ton, yumurta 87 min ədəd, yun isə 3,2 ton çoxalmışdır.

Bu il 1000 hektarda biyan yetişdirilməsinə və biyan istehsalı müəssisəsinin yaradılması layihəsinə start verilmiş, ilkin olaraq 210 hektarda biyan əkilmişdir. “Aqrotexservisin Ağdaş filialı bu il 10 müxtəlif markalı taxılbiçən kombayn almışdır.

Ötən doqquz ay ərzində həyata keçirilmiş tədbirlər nəticəsində rayonda keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı 2,3 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 8,6 faiz, sənaye məhsulu istehsalı 1,1 faiz artmışdır. Bu dövrdə rayonda 33 milyon 621 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.  Bütün maliyyə mənbələri hesabına əsas kapitala 35 milyon 710 min manat həcmində investisiya  qoyulmuşdur.

Öyrəndik ki, ilin əvvəlindən rayonda 842-si daimi olmaqla 1762 yeni yeri yaradılmışdır.  Bu dövrdə 1766 ailənin 8 min 251 üzvünə 2 milyon 540 min manat ünvanlı dövlət sosial yardımı verilmişdir. 189 nəfər tək-tənha ahıl və əlillərə evdə sosial-məişət xidməti göstərilir. Bu il rayonda 19 şəhid və Qarabağ əlilləri üçün fərdi mənzil tikintisinə başlanılmış, hazırda tikinti işləri davam edir. Əhalinin məşğulluğuna köməklik göstərilməsi üçün sentyabr ayında əmək yarmarkası keçirilmiş, 83 vətəndaşa müvafiq yerləri üzrə göndərişlər verilmişdir.

Rayon rəhbərliyi qarşıda duran problemləri yerlərdə əhali ilə keçirilən görüşlərdə, ümumrayon toplantılarında vaxtaşırı müzakirə edir, konkret tədbirlər hazırlayıb həyata keçirir. Hazırda rayon ərazisində bir sıra həlli vacib problemlər qalmaqdadır. Bunların da vaxtında və yüksək səviyyədə həll olunması üçün aşağıdakı məsələlər təxirəzalınmaz hədəf kimi seçilmişdir: Ağdaş şəhərinin küçələrinin asfaltlaşdırılmasının davam etdirilməsi; mərkəzi küçələrin işıqlandırma sisteminin bərpa olunması, kəndlərarası yolların asfaltlaşdırılması; Ağdaş şəhərinin qaz istismar şəbəkəsinin yenidən qurulması, kənd yaşayış məntəqələrinin qazlaşdırılması; istismar müddəti başa çatmış elektrik dirəklərinin dəyişdirilməsi, elektrik xətlərinin SİP-kabellərlə əvəz olunması; əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə qəsəbə və kəndlərdə artezian su quyularının qazılması və sutəmizləyici qurğuların quraşdırılması; əhalinin məşğulluğunun artırılması, yeni yerlərinin yaradılması və s.  Bu problemlərin aradan qaldırılması məqsədilə hazırda rayonda ardıcıl və sistemli aparılmaqdadır.

Ağdaşlılar bu yaxınlarda ilin ötən dövrünün sosial- iqtisadi yekunlarını nəzərdən keçirərkən bir daha bildirmişlər ki, onlar qarşıdakı dövrdə də bütün qüvvə, imkan və səyləri səfərbər edəcək, davamlı inkişaf sayəsində müəyyən edilmiş hədəflərə nail olacaqlar.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 11 noyabr.- S.10.