Qeyri-neft sənayesinin

inkişafında yeni mərhələ

 

Biz öz siyasətimizi elə aparmalıyıq ki, iqtisadiyyatın bütün sahələri, ilk növbədə, qeyri-neft sənayesi inkişaf etsin. Yalnız bu yolla biz Azərbaycanı  hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ümummilli lider Heydər Əliyevin  müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövrün çağırışlarına uyğun zənginləşdirilməsi Azərbaycan iqtisadiyyatının potensial imkanlarının daha da yüksəlməsinə yol açmışdır.

 

Ölkə iqtisadiyyatının neft sənayesindən asılılığının azaldılması və dayanıqlı inkişafının təmin edilməsi üçün aparılan dövlət siyasəti, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ilə bağlı görülən işlər və bu sahədə reallaşdırılan digər tədbirlər ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sahələrinin inkişafına etibarlı zəmin yaratmışdır.

Ölkəmizdə bol xammal bazasının, təbii resursların, metal tələbatlı sənaye və tikinti sahələrinin və təcrübəli kadr potensialının olması ağır sənayenin, o cümlədən metallurgiya sənayesinin inkişafı üçün geniş imkanlar açır. Sənayenin ümumi inkişafında metallurgiyanın xüsusi rolunu və əhəmiyyətini nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi, əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır”.

Ölkə  Prezidentinin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu mühüm dövlət sənədində sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi və elmtutumluinnovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm vəzifələr irəli sürülmüşdür. Həmin vəzifələrin həyata keçirilməsi üçün proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, mövcud istehsal sahələrinin inkişaf etdirilməsi və yeni sahələrin yaradılması, sənayenin regional strukturunun təkmilləşdirilməsi, onun infrastruktur təminatının yaxşılaşdırılması, sənaye zonalarının və klasterlərinin təşkili və s. olmaqla 24 istiqamət müəyyənləşdirilmişdir.

İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Sənayeləşmə təkcə iqtisadi baxımdan deyil, həm də əhalinin məşğulluğu, gəlir səviyyəsi, urbanizasiya, ixtisaslı işçi qüvvəsi, araşdırma və tədqiqat kimi bir sıra sosial, elmi və mədəni aspektlər baxımından əhəmiyyətlidir. 2004-cü ildən etibarən Azərbaycanda sənayeləşmə templəri yüksəlmiş, sənayenin regional strukturunun təkmilləşdirilməsi, onun enerji təminatı məsələlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Respublikamız təbii qazelektrik enerjisi idxalçısından ixracatçıya çevrilmiş, sənayenin infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Ötən dövrdə infrastruktur layihələri ilə yanaşı, dövlət investisiyaları bir sıra istehsal təyinatlı layihələrə yönəldilmiş, ölkədə əlverişli biznes investisiya mühiti yaradılmış, özəl sektor tərəfindən icra edilən layihələrin güzəştli şərtlərlə dövlət tərəfindən maliyyələşdirilməsi və zərurət yarandığı halda dövlətin bu layihələrdə pay iştirakı təmin edilmişdir. Bu gün Azərbaycanda sənayenin inkişafı üçün bütün zəruri şərtlər mövcuddur. Əlverişli biznes investisiya mühiti, ixtisaslı kadr potensialı, institusional potensial, yenilənmiş enerji və nəqliyyat infrastrukturu, xammal resurslarının mövcudluğu, beynəlxalq bazarlara çıxış və geniş maliyyə imkanları bu şərtlərin əsasını təşkil edir.

Ölkənin daxili tələbat və yüksək artım potensialına malik ixrac imkanları növbəti illərdə sənaye istehsalının strukturunun təkmilləşdirilməsində xüsusi rol oynayacaqdır. Sənayenin diversifikasiyası bir sıra ənənəvi istehsal sahələri ilə yanaşı, ənənəvi olmayan, yeni istehsal sahələrinin qurulmasını tələb edir. Zəngin neftqaz ehtiyatlarından səmərəli istifadə edərək əldə olunan gəlirin ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiyanın başlıca istiqamətidir.

Azərbaycan Prezidentinin 23 aprel 2013-cü il tarixli sərəncamı ilə ölkədə metallurgiya sənayesinin yaradılması, bu sahənin inkişafı və yeni texnologiyaların tətbiqi məqsədi ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təsis edilmişdir. QSC   2014-cü il iyun ayının 6-da rəsmi dövlət qeydiyyatından keçmiş və fəaliyyətə başlamışdır.

QSC-nin əsas vəzifəsi Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini həyata keçirmək, kompleksin maddi-texniki bazasının müasirləşdirilməsini, habelə ondan səmərəli istifadəni, eyni zamanda, bu sahənin inkişafını təmin etməkdir. Buna görə də QSC Daşkəsən Filizsaflaşdırma Kombinatının fəaliyyətinin səmərəliliyini təmin edərək istehsal olunan dəmir filizinin keyfiyyətinin və həcminin artırılmasını və Gəncə şəhəri ərazisində Polad İstehsalı Kompleksinin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoymuşdur.

Son hesablamalara görə Daşkəsən qrupu yataqlarında 270 milyon ton filiz ehtiyatı var. Filizin tərkibinin orta hesabla 40 faizi dəmirdir. Bu da 100 milyon ton dəmir ehtiyatımızın olması deməkdir. Çıxarılma nisbətini və ehtiyatların təbii artım əmsalını nəzərə alsaq, 80-100 illik dəmir ehtiyatımız vardır.

QSC qısa vaxt ərzində struktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-də təxirəsalınmaz tədbirlər görmüş,  yeni texnika və avadanlıqlar alaraq fasiləsiz istehsalatı təmin etmişdir.Kombinatda aparılmış yenidənqurma işləri nəticəsində həm istehsal həcmi yüksəlmiş, həm də dəmir filizi konsentratının keyfiyyəti ilk dəfə olaraq 65 faizə yüksəldilmişdir. Hazırda kombinatın istehsal gücü illik 350 min tondur. İstehsalın həcminin ilin sonuna qədər mərhələli şəkildə 750 min tona çatdırılması nəzərdə tutulur. 2018-ci ildə Azərbaycan Polad İstehsalı Kompleksi zavodlarının tikintisi başa catdırıldıqdan sonra 1,7 milyon ton dəmir filizi konsentratının istehsal ediləcəyi gözlənilir.

Hazırda istehsal olunan məhsulun daxili bazarda satışı, habelə xarici ölkələrə ixracı reallaşdırılır. Qeyd etmək lazımdır ki, 2014-cü ildən başlayaraq dəmir filizi məhsulunun dünya bazarındakı qiymətləri 2,5 dəfə aşağı düşmüşdür. Lakin QSC -nin həyata keçirdiyi səmərəli marketinq siyasəti nəticəsində satışların həcmi artırılmış, satış qiymətləri əvvəlki illərə nisbətən 6 faiz yüksəlmişdir. QSC, eyni zamanda, ölkənin strateji layihələrindən biri olan “Şahdəniz-2" layihəsinin icrasına da cəlb olunmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyev 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda  çıxış edərək Azərbaycanın poladpolad məhsulları istehsalı sahəsinə dövlət investisiyalarının yatırılmasının vacibliyini bir daha vurğulamışdır. Ölkədə polad istehsalı kompleksinin yaradılması məqsədilə Gəncə şəhəri ərazisində 140 hektar sahə QSC -nin sərəncamına verilmişdir. Ötən müddət ərzində Azərbaycanın  polad məhsulları bazarı öyrənilmiş, daxili tələb dəqiqləşdirilmiş, istehsal meyarları müəyyənləşdirilmişdir. Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ölkəmizə illik orta hesabla 1,2-1,3 milyard dollar həcmində poladpolad məhsulları idxal olunur. İqtisadiyyat və Sənaye Nazirliyinin cəlb etdiyi Yaponiyanın “Marubeni Protechs Corporation” şirkətinin Azərbaycanda bazar araşdırmaları nəticəsində hazırladığı yekun hesabatda ölkəyə hər il 500 min ton uzun polad məhsulları (armatur, şvellers.) və 300 min ton digər polad məhsulları idxal edildiyi göstərilir.

Gəncə şəhərində yaradılacaq Polad İstehsalı Kompleksinin qabaqcıl dünya standartlarına uyğun qurulması nəzərdə tutulur. Bu zavodlarda bütün avadanlıqlar Yaponiyaya Almaniya istehsaı olacaqdır. İllik 1,5 milyon ton istehsal gücü olan müəssisələrdə hazırlanan polad məhsulları yüksək keyfiyyət standartlarına uyğun olacaqilkin mərhələdə daxili bazarın müxtəlif seqmentlərinin (tikinti, gəmiqayırma, neft-qaz, müdafiə sənayesi və s.) tələbatını tam ödəyəcək. İstehsal olunacaq məhsulların çeşidi və rəqabətə davamlılığı artırılacaq,  onların daxili bazarla yanaşı, xaricə çıxışı da təmin ediləcək. Beləliklə, Azərbaycan qısa müddətdə polad məhsulları idxal edən ölkədən ixrac edən ölkəyə çevriləcək.

Azərbaycanın dəmir filizi, təbii qaz, elektrik enerjisi ilə zəngin olması ölkədə poladpolad məhsullarının istehsalı üçün münbit şərait yaradır. Qurulacaq  kompleksdə ən qabaqcıl metallurgiya texnologiyalarının istifadə edilməsi regiondadünyada ən keyfiyyətli poladın istehsal olunacağına əsas verir. Eyni zamanda, məhsulun maya dəyərinin Türkiyə və Gürcüstanla müqayisədə daha aşağı olacağı da şübhə doğurmur. Bundan başqa, istehsal olunan məhsulun satış qiymətləri RusiyaUkraynadan ölkəmizə idxal edilən polad məhsullarından daha ucuz olacaqdır.

Polad istehsalı kompleksinin inşası və fəaliyyətə başlaması iqtisadi səmərə ilə yanaşı, regionda sosial şəraitin daha da yaxşılaşmasına səbəb olacaq. Belə ki, bu kompleksdə ümumilikdə 5 minə yaxın insan işləyəcək, onların da  2500-2700 nəfəri daimi işlə təmin olunacaq. Qeyd edək ki, Azərbaycanda dağ-mədən sənayesi, polad istehsalı sahəsində gənc mütəxəssislərin yetişdirilməsi məqsədilə QSC və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında, həmçinin  kompleksin fəaliyyəti çərçivəsində elmi-tədqiqat işlərinin aparılması və elmi nailiyyətlərin istehsalatda tətbiqi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası ilə müvafiq memorandumlar imzalanmışdır.

Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev ötən müddətdə ölkə iqtisadiyyatının dinamik inkişafına diqqət çəkərək bildirmişdir ki,  hesabat dövründə iqtisadiyyatda artım  3,7 faiz olmuşdur. Nəzərə alsaq ki, biz bunu qeyri-neft sektorunun hesabına əldə etmişik, bu, çox böyük göstəricidir. Qeyri-neft iqtisadiyyatımız 6 faizdən, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır.

Qeyri-neft sənayesinin lokomotivi rolunu üzərinə götürməyə hazırlaşan  “Azərbaycan Polad İstehsalı KompleksiQSC-nin bu inkişafda öz payı var. Belə ki, həyata keçirilən düzgün marketinq nəticəsində xaricidaxili bazarda yeni müştərilər tapılmışdır. Qara metallurgiya sənayesinin yaradılması və inkişaf etdirilməsi, bu sahənin qısa müddətdə inkişafı QSC kollektivinin qarşısında duran  başlıca vəzifədir. Bu vəzifənin uğurlu icrası isə heç kimdə şübhə doğurmur.

 

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 13 noyabr.- S.1.