Naxçıvan iqtisadiyyatı

yeni inkişaf mərhələsində

 

Müstəqilliyin bərpasından sonrakı illərdə ölkə regionlarının iqtisadisosial inkişafı Azərbayacan dövlətinin diqqət mərkəzində olmuşdur. Milli iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olan regional inkişafa isə 2003-cü ildən sonra xüsusi diqqət yetirilmişdir. Mövcud təbii ehtiyatlardan və əmək resurslarından tam və səmərəli istifadə etmək əsasında regionların iqtisadi inkişafını sürətləndirmək və miqyasını genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü, rəhbərliyi və nəzarəti ilə dövlət proqramları qəbul olunmuş və həyata keçirilməsi ardıcıl təmin edilmişdir.

 

Regional dövlət proqramının icrası digər regionlarda olduğu kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında da mühüm mərhələ olmuşdur. Keçən dövr ərzində muxtar respublikada genişmiqyaslı infrastruktur layihələri gerçəkləşdirilmiş, iqtisadiyyatın bütün sahələri üzrə islahatlar aparılmış, yeni təsərrüfatçılıq sistemi formalaşdırılmışdır. Xüsusən, burada enerji sektorunda baş vermiş böyük dönüşinkişaf iqtisadiyyatın tamamilə yenidən qurulmasına və yüksək nəticələrin əldə olunmasına təminat vermişdir.  Bütün bunların nəticəsidir ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında 2003-cü ilə nisbətən məhsul (xidmət) istehsalı 12,3 dəfə, sənaye məhsullarının istehsalı 46,5 dəfə, kənd təsərrüfatı məhsulları 4,8 dəfə, tikintinin həcmi 12,5 dəfə, informasiya və rabitə xidmətləri 10 dəfə, xarici ticarət dövriyyəsi 12,2 dəfə artmışdır. Naxçıvan iqtisadi rayonunda ümumi məhsul (xidmət) istehsalında sənaye məhsulunun xüsusi çəkisi artaraq 2014-cü ildə 32 faiz olmuşdur.

 Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı həmişə diqqət mərkəzində olmuşdur. Ona görə aqrar sektorda da böyük dönüş baş vermişdir. Aparılmış genişmiqyaslı işlərin, ardıcıl siyasətin nəticəsində artıq muxtar respublikada, demək olar ki, bütün əsas kənd təsərrüfatı məhsulları üzrə daxili tələbat nəinki tam ödənilir, hətta bəzi məhsullar ölkəmizin və yaxın xarici dövlətlərin bazarlarına da çıxarılır.

Nəticə etibarilə, muxtar respublikanın ümumi daxili məhsulu 2010-cu ildəki 1,2 milyard manatdan 2014-cü ildə 2,4 milyard manata çatmışdır. Naxçıvan MR- də son 12 ildə, yəni 2003– 2014-cü illərdə əsas kapitala 5,7 milyard manat investisiya qoyulmuşburada 63,2 min yeni yeri açılmışdır. Onların da 75 faizə qədəri daimidir. Regionda təsərrüfat subyektlərinin sayı artaraq 2013-cü ildə 17 minə yaxın olmuşdur.Ümumi məhsul istehsalının həcmində qeyri-dövlət müəssisələrinin payı 87 faiz olmuş, sahibkarlıq subyektlərinin sayı isə 2 dəfədən çox artmışdır.

Naxçıvan iqtisadi rayonunda əsas kapitala investisiyaların 46,4 faizini dövlət, 53,6 faizini isə qeyri-dövlət investisiyaları təşkil etmişdir. Əsas kapitala investisiya qoyuluşu əsasən 97 faiz daxili mənbələr hesabına həyata keçirilmişdir.

Muxtar respublika üzrə 2014-cü ildə əhalinin sayı 2003-cü ilə nisbətən 117 faiz artaraq 437,6 min nəfərə çatmışdır. Əhalinin orta illik artımı 1,5 faiz olmuşdur ki, bu da Azərbaycan üzrə orta illik göstəricidən 15,4 faiz çoxdur. Regionda məşğul əhalinin sayı 30 faiz artmışdır. Muxtar respublikanın blokada vəziyyətində olduğunu nəzərə alaraq, bu rəqəmin mühüm bir göstərici olduğu daha da aydın olar.

Ölkənin məhsul istehsalında Naxçıvan Muxtar Respublikanın payı 2013-cü ildə 2008-ci illə, birinci regional dövlət proqramının icrası ilə müqayisədə 2 dəfədən çox artaraq 4,7 faiz təşkil etmişdir. Nəticədə, regionda adambaşına məhsul (xidmət) istehsalı 2008-ci ildəki 2422 manatdan 2013-cü ildə 6662 manata çatmışdır. Bu da digər 9 iqtisadi rayonunun müvafiq göstəricisindən 2,6– 4,6 dəfə çoxdur.

Hesablamalar göstərir ki, 2014-cü ildə 2003-cü illə müqayisədə Naxçıvan Muxtar Respublikası əhalisinin gəlirləri 10,9 dəfə artmışdır. Bu, hər nəfərə düşən gəlir 4059 manat olmaqla, digər iqtsadi rayonlara nisbətən 1,4– 1,9 dəfə çoxdur.

Naxçıvan Muxtar Respublikasında 2010– 2014-cü illərdə istehsal olunan ümumi məhsul və xidmətlərin hər manatının 80– 85 qəpiyi dövlət büdcəsinin gəlir bazasıdır. Aralıq istehlak hesab edilən material xərcləri isə 15– 20 qəpikdir. Bu, iqtisadi inkişafda çox müsbət meyldiristehsal xərclərinin yüksək olmadığını əks etdirir. Belə müsbət meyl muxtar respublikanın əsas kapitala yönəlmiş investisiyalarının iqtisadi səmərəliliyi göstəricisində də baş verir. Məsələn, 2011– 2014-cü illərdə regionun sosialiqtisadi inkişafına qoyulan hər manat investisiya dövlət büdcəsinin gəlir bazasının, yəni ümumi daxili məhsulun 33 qəpik artımına səbəb olmuşdur.

İqtisadi inkişafın keyfiyyət göstəricilərindən biriregionun iqtisadi strukturudur. Qeyd etmək lazımdır ki, son dövrlərdə Naxçıvan Muxtar Respublikasında mütərəqqi struktur dəyişiklikləri baş vermişdir. Regionda müasir texnologiyalara əsaslanan iri sənaye müəssisələri və kompleksləri yaradılmışdır. Regionda sənayeləşdirmə prosesi sürətlə davam edir. Burada 2003– 2013-cü illərdə təkcə qeyri- neft emalı sektorunda 61 yeni müəssisə və istehsal gücləri yaradılmışdır. Bu da Azərbaycanda tikilən belə müasir tipli obtektlərin 37 faizini təşkil edir.

Naxçıvan Avtomobil zavodunun məhsulları artıq daxili bazarda özünə münasib yer qazana bilmişdir. Bundan başqa, sutkalıq istehsal gücü min tondan çox olanyerli xammal- materiallarla işləyən Naxçıvan sement zavodu tikilib istifadəyə verilmişdir. Bu zavodun məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracyönümlü tendensiya üzrə də inkişaf edir. Hazırda Naxçıvan sement zavodunun məhsulları Türkiyənin yaxın regionlarında və Gürcüstan bazarında da tikinti sektorunun zəruri ehtiyaclarını ödəməyə xidmət edir.

Son zamanlarda Naxçıvan sement zavodu daha da genişləndirilmiş, burada tikintidə istifadə olunan digər inşaat materiallarının da istehsal edilməsinə başlanılmışdır. Ekoloji mühitin təmizliyini qorumaq üçün sement zavodunun əhatəsində yaşıllıq zolağının salınması ətraf ərazilərdəki digər sahələrin inkişafına mane olacaq meyillərin aradan qaldırılması məqsədi daşıyır.

Bundan başqa, Naxçıvan şəhərində Fransadan gətirilmiş, müasir avadanlıqla təchiz olunmuş məşhur “Badamlı” suyunu qablaşdıran yeni zavod tikilmişdir. Zavodun məhsulları keyfiyyətinə görə ölkə bazarında ən rəqabətədavamlı məhsul hesab edilirixrac üçün də əsas verir.

Son dövrlərdə Naxçıvanda çoxsaylı yüngülyeyinti sənayesi məhsullarını və tikinti materiallarını istehsal edən müəssisələr, geniş aqro-emal sənaye kompleksləri də yaradılmışdır. Ərzaq, tikiş- toxucu sənaye müəssisələri istehsal gücləri nəzərə alınmaqla bilavasitə kənd və qəsəbələrdə inşa edilmişdir. Bu, şəhər ilə yanaşı, kənd əhalisinin də işlə təmin olunmasına əlavə imkanlar açır, həm də müəssisələrin yerli xammalla təchiz edilməsinə kömək edir. Yerli xammaldan istifadə olunması sənaye məhsullarının qiymətlərinin də bazarın tələbatına uyğun olaraq tənzimlənməsinə imkan verir.

Müstəqillik illərində muxtar respublikada 886 hektar sahədə yeni meyvə bağları və üzümlüklər salınmışdır. Kənd təsərrüfatı məhsulları keyfiyyəti ilə də diqqət cəlb edir. Burada yeni qarışıq yem istehsalı sahələri qurulmuş, kəndlərdə quşçuluq təsərrüfatları yaradılmışdır. Naxçıvan quşçuluq məhsulları daxili bazarda xüsusi yer tutur. Muxtar respublikanın rayonlarında 2009– 2013-cü illərdə ümumi tutumu 18 min ton olan 17 soyuducu anbar, 38 min ton tutumlu taxıl anbarı inşa edilmişdir.

Naxçıvan iqtisadi rayonu ölkənin yeganə regionudur ki, orada “Kənd mərkəzləri” konsepsiyası həyata keçirilir. Bu konsepsiyanın mahiyyəti meqapolis prinsipi ilə kəndlərin kompleks sosial-iqtisadi və mədəni inkişafını təmin etməkdən ibarətdir. Artıq muxtar respublikada kənd tipli yaşayış məntəqələrinin üçdə birində nümunəvi kənd mərkəzləri salınmışdır. Kənd mərkəzlərinə daxil olan məktəb, xəstəxana (tibb məntəqəsi), kitabxana, baytarlıq məntəqəsi, ticarət mərkəzi, rabitə evi, bələdiyyə binası və sair yerli əhalinin tələbat və ehtiyaclarının ödənilməsinə, ümumi inkişafa böyük təkan verir, vaxt itkisinin qarşısını alır. Kənd mərkəzləri müasir kəndin inkişafının mühüm amilinə çevrilir.

Regionu fərqləndirən bir mühüm xüsusiyyət də infrastruktur obyektlərinin miqyaslı inkişafıdır. Belə ki, qısa müddət ərzində burada 5 avtovağzal, beynəlxalq hava limanı, 5 elektrik stansiyası, 27,3 min yerlik 84 ümumtəhsil məktəbi, ümumi sahəsi 1.5 milyon kvadratmetr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir.  Arpaçay- 2" su elektrik stansiyasının, ümumi gücü 80 meqavat olan Şərur və Biləv su elektrik stansiyalarının tikintisi başa çatdırılmışdır. Hazırda Ordubad su elektrik stansiyasının tikintisi davam etdirilir. Regionda külək və günəş enerjisi ilə işləyən elektrik stansiyalarının yaradılması istiqamətində müvafiq işlər aparılır. Naxçıvan MR elektrik enerjisi idxal edən bölgədən indi ixrac edən regiona çevrilmişdir.

Sosial sahənin inkişafı da diqqət mərkəzində dayanmışdır. Regionda səhiyyəyə sərf olunan xərclər 5,5 dəfə artmışdır. 2008-ci ildə yenidən qurularaq istifadəyə verilmişDuzdağfizoterapiya mərkəzi nəinki Azərbaycan əhalisinə xidmət edir, burada Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən gələn xəstələr də şəfa tapırlar. Mərkəzdə bronxial astmaastmatik komponentli digər xəstələr də müalicə olunurlar. Duzdağ fizoterapiya mərkəzi ən yüksək dünya standartlarına cavab verir.

Bundan başqa, müasir üslubda Doğum Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, Naxçıvan Şəhər Poliklinikası və region əhəmiyyətli digər səhiyyə ocaqları muxtar respublikada əhalinin sərəncamına verilmişdir. Rayonların hamısında müasir tibb texnologiyası ilə təchiz edilmiş yeni tipli xəstəxanalar fəaliyyət göstərir.

Son 15 il ərzində təkcə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinin deyil, rayonların sosial- mədəni həyatında da mühüm yeniliklər baş vermişdir. Sahəsi 1,7 min kvadratmetr olan Kəngərli rayon mədəniyyət evi, Culfada uşaq musiqi məktəbi, rayon mərkəzlərində hər cür şəraiti olan mədəniyyət və istirahət parkları, idman kompleksləri tikilib istifadəyə verilmişya movcud olanlar tam modernləşdirilmişdir. Muxtar respublikanın onlarla kəndində müasir tipli musiqi məktəbləri fəaliyyət göstərir.

Regional iqtisadi siyasətin əsas hədəflərindən biri bazar iqtisadi sisteminin mühüm keyfiyyət göstəricisi olan dövlət büdcəsinin yerli gəlirlərinin artırılmasını təmin etməkdən ibarətdir. Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial- iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Biz çalışmalıyıq ki, hər bir bölgə özünə xas olan xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək, özünü maksimum dərəcədə yerli istehsalın artırılması hesabına təmin edə bilsin”. Buna görə də ölkə üzrə regionların özünümaliyyələşdirmə prinsipinə keçməsinin təmin edilməsi mühüm strateji vəzifələrdən biridir.

Hazırda ölkəmizdə bu istiqamətdə geniş aparılır. Yuxarıda qeyd olunan diqqətəlayiq nailiyyətlərin nəticəsində 2014- ildə 2010- cu illə müqayisədə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin yerli gəlirləri 1,4 dəfə artmış və 67 milyon manata yaxın olmuşdur. Blokada şəraitində belə bir inkişafa nail olamq yalnız yüksək idarəetmə sayəsində mümkün ola bilmişdir. Digər şəhər və rayonlardan fərqli olaraq, Naxçıvan Muxtar Respublikasındakı bütün dövlət və özəl müəssisə və təşkilatların (bələdiyyə müəssisələrindən başqa) vergi və digər ödənişləri, Vergi Məcəlləsinə uyğun olaraq, onun büdcəsinin gəlir mənbəyidir.

Nazirlər Kabinetinin qeyd olunan iclasında Prezident İlham Əliyev bu məsələyə yenidən qayıdaraq dövlət qurumları tərəfindən vergilərin tam şəkildə ödənildiyini, amma özəl sektorda bu sahədə müəyyən problemlərin olduğunu vurğulamışdır. Ölkə başçısının yoxlamaların aradan qaldırılmasına dair verdiyi müvafiq tapşırıqlar və qəbul etdiyi əhəmiyyətli qərarlar sahibkarlığın inkişaf etdirilməsi strategiyasına xidmət edir.

Artıq bu istiqamətdə dövlət səviyyəsində konkret proqramların həyata keçirilməsi üçün müvafiq icra mexanizmləri hazırlanıb tətbiq olunur. Buna uyğun olaraq, sənaye sektorunun, infrastruktur və xidmət sahələrinin inkişaf etdiyi Naxçıvan iqtisadi regionunda gəlirlərin maliyyə uçotuna nəzarət mexanizmlərinin daha da gücləndirilməsi, fikrimizcə, burada yerli büdcə gəlirlərinin məbləğinə müsbət təsir edən əsas amillərdən biri olacaqdır  Bundan başqa, regionda inkişafın yeni mərhələsində real maliyyə potensialına adekvat planlaşdırılmaya diqqətin artırılmasını da məqsəduyğun hesab edirik. Burada gəlirlərin əsaslandırma və digər iqtisadi göstəricilərlə əlaqələndirmə səviyyəsinin daha da yüksəldilməsi nəzərdə tutulur. Bu baxımdan Çin Xalq Respublikasında və Fransada tətbiq olunan müsbət təcrübədən yaradıcı şəkildə istifadə etmək də məqsədəuyğun olardı.

Ölkəmizdə 2014-2018-ci illəri əhatə edən regionların sosial-inkişafına dair üçüncü dövlət proqramına əsasən, Naxçıvan Muxtar Respublikasında sənayeləşdirmə tədbirləri daha da genişləndirilir, üzümçülük plantasiyalarının salınması, gülçülük təsərrüfatlarının yaradılması davam etdirilir. Regionda baramaçılığın bərpa edilməsi, balıqçılığın inkişaf etdirilməsi, aqrofermaların genişləndirilməsi, yeni istehsalsosial infrastruktur obyektlərinin tikintisinin davam etdirilməsi və mövcud olanların modernləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.

Bütün bunların ardıcıllıqla və sistemli şəkildə həyata keçirilməsi, uğurla gerçəkləşdilməsi özünümaliyyələşdirməyə dair dövlət tapşırıqlarının yerinə yetirilməsində irəliyə doğru əhəmiyyətli addım olacaqdır. Beləliklə, Azərbaycan Respublikasının ümumi inkişafında Naxçıvan Muxtar Respublikasının imkanları daha da genişlənəcəkdir.

 

Tofiq HÜSEYNOV,

Əməkdar iqtisadçı,

Azərbaycan Milli Elmlər

Akademiyası İqtisadiyyat

İnstitutunun şöbə müdiri,

iqtisad elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2015.- 15 noyabr.- S.5.