Nərimanov rayonu: sosial-iqtisadi inkişaf

salnaməsinə yeni səhifələr yazılır

 

Ölkəmizdə aparılan uğurlu islahatların müsbət nəticələri getdikcə artır.  Məhz bu islahatların nəticəsidir ki, hazırda Azərbaycan Respublikası regionun ən sabit inkişaf edən ölkəsinə çevrilmişdir. Son illər paytaxt Bakıda, eləcə də regionlarda mühüm infrastruktur layihələrinin icrası xeyli sürətlənmiş, dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində  ölkənin hər yerində geniş quruculuq və abadlıq işləri aparılır, şəhər və rayonlarımız yeni görkəm alır, insanların həyat səviyyəsi getdikcə yaxşılaşdırılır. Ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət  Bakı şəhərinin mərkəzi rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafına təkan vermişdir. Elə bu ilin ötən doqquz ayında da Nərimanov rayonunun sosial-iqtisadi sferasında yüksək nailiyyətlər əldə edilmiş, rayonun tarixində bir sıra əlamətdar hadisələr baş vermişdir.

 

Makroiqtisadi göstəricilər uğurludur

 

Son illər sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi yüksək nailiyyətlər Nərimanov rayonunu paytaxtın, eləcə də ölkənin qabaqcıl rayonlarından birinə çevirmişdir. Təsadüfi deyil ki, indi  rayon bütün statistik göstəricilərinə görə ölkə üzrə öncül sıralarda qərarlaşmışdır. Sevindirici haldır ki, bu inkişaf və tərəqqi meyilləri cari ilin ötən doqquz ayında da davam etmiş, rayon özünün inkişaf salnaməsinə yeni səhifələr yazmışdır. Elə sosial-iqtisadi inkişafı təmin edən ayrı-ayrı sahələr üzrə son doqquz ayda görülmüş işlər, həyata keçirilmiş tədbirlər də bunu bir daha təsdiq edir. Belə ki, 2015-ci ilin yanvar-sentyabr aylarında rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı nəticəsində xidmətlər də daxil olmaqla 1 milyard 792 milyon manatlıq məhsul istehsal olunmuş, istehlakçılara 1 milyard 938  milyon manatlıq sənaye məhsulu göndərilmişdir. İlin ötən dövründə rayonun sənaye kompleksində işləyənlərin sayı 12478 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 5,3 faiz artaraq 535,8 manata çatmışdır. Nərimanov rayonunda məşğulluq strategiyasının reallaşdırılması, sakinlərin işlə təminatı da xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bu ilin doqquz ayında rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2982 daimi yeri açılmışdır.

Sürətli inkişafı təmin edən başlıca şərtlərdən biriinvestisiya fəallığı ilə bağlıdır. Təqdirəlayiq haldır ki, Nərimanov rayonunda bu sahədə də ciddi artım müşahidə edilmişdir. Təkcə onu demək kifayətdir ki, cari ilin doqquz ayında  rayon üzrə bütün mənbələr hesabına əsas kapitala 230 milyon 57 min manatlıq investisiya qoyulmuşdur ki, bunun da əsas hissəsi iqtisadisosial sahələrin inkişafına yönəldilmişdir. İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də xeyli artmışdır. Belə ki, ötən doqquz ayda ticarət şəbəkələri tərəfindən rayon əhalisinə 920 milyon 159 min manatlıq istehlak malları satılaraq ötən ilin eyni dövrünə nisbətən 20 faiz artım əldə edilmişdir. Ölkədə əlverişli biznes mühitinin yaradılmasının, azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsinin nəticəsidir ki, son illər Nərimanov rayonunda müasir standartlara cavab verən çoxsaylı kiçikorta müəssisələr yaradılmışdır. Hazırda həmin müəssisələrdə yüksək keyfiyyətli yeyinti məhsulları, məişət avadanlıqları, tikinti materialları və digər məhsullar istehsal olunur, əhaliyə nümunəvi xidmətlər göstərilir. Müasir standartlara uyğun yaradılmış müəssisələrdə istehsal olunan mallar isə daxili bazarda məhsul bolluğunun təmin edilməsi ilə yanaşı, ixraca da yönəldilir. Bundan əlavə, hesabat dövründə rayonun xidmət müəssisələri tərəfindən əhaliyə 211 milyon 694 min manatlıq pullu xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 112 faiz artım deməkdir.

Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 52 milyon 29 min manatlıq xidmət göstərilmiş, bu sahədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 83 faizlik artım sürəti əldə olunmuşdur.

 

Abadlıq-quruculuq işləri geniş vüsət alır

 

Ölkə Prezidenti İlham Əliyevin Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr vermişdir. Son illər Nərimanov rayonunun geniş quruculuq məkanına çevrilməsinin ən başlıca səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da dövlət başçısı İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Elə cari ilin ötən doqquz ayı ərzində ölkə Prezidentinin  müxtəlif açılış və təməlqoyma mərasimlərində iştirak etmək üçün  bu rayonda olması da bunu təsdiqləyir. Belə ki, 2015-ci ilin ötən dövrü ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Olimpiya Stadionunun açılışında, eləcə də birinci Avropa Oyunlarına hazırlıqla bağlı dəfələrlə ölkəmizin baş idman arenasının ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun, Həsən Əliyev küçəsi – Ziya Bünyadov prospektiOlimpiya Stadionu avtomobil yolunun tikintisinin, həmçinin mərkəzi küçə və prospektlərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olmuşdur. Bununla yanaşı, ölkə Prezidenti aprelin 16-da Bakı Metropoliteninin Nəriman Nərimanov adına elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə tanış olmuş, həmin ayın 29-da Bakı Konqres Mərkəzinin,  mayın 7-də  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının C. Hacıbəyli küçəsi, 26 ünvanda inşa olunmuş yeni inzibati binasının açılışlarında iştirak etmiş, iyunun 4-də isə birinci Avropa Oyunları çərçivəsində kamandan oxatma yarışlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə tanış olmuş, dəyərli təklif və tövsiyələrini vermişdir.

Bütövlükdə isə cari ilin ötən dövründə rayonda abadlıq və quruculuq işləri geniş vüsət almış, paytaxtın ümumi inkişaf salnaməsinə parlaq səhifələr yazılmışdır. Belə ki, metronun  “Gənclik” stansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrinin həyata keçirilməsi işləri uğurla yerinə yetirilmişdir. İlk Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası uğurla təmin olunmuş, yeni inşa olunan Olimpiya Stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilmiş, Ziya Bünyadov prospektinin uzunluğu 15 kilometr olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtükləri yenidən qurulmuş, digər hissələrdə isə hasarlar tikilərək müasir üzlük tavanlarla bəzədilmiş, şəkilər yenidən qurulmuş, yaşıllıqlar salınmışdır. Məhz bunun nəticəsidir ki, hazırda Ziya Bünyadov prospekti paytaxtımızın ən yaraşıqlı  prospektlərindən birinə çevrilmişdir. Olimpiya Stadionunun ətrafında sahəsi 15 hektar olan yamacda yaşıllıqlar salınmış, müxtəlif ağac və bəzək kolları əkilmiş, müasir suvarma sistemi quraşdırılmışdır. Böyük Şor gölü ətrafında, Olimpiya Stadionuna yaxın ərazidə yeni bulvar zolağı salınmış, burada rayon sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Bu ilin ötən dövründə rayonun Heydər Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində yeni park yaradılmışdır.

Eyni zamanda, rayon sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində bir neçə il bundan əvvəl başlamış layihələrin icrası da uğurla davam etdirilmişdir. Belə ki, Heydər Əliyev prospekti, 64 və Koroğlu Rəhimov küçəsi, 3a ünvanlarında müasir memarlıq üslubunda inşa edilmiş yeni yaşayış binaları sakinlərin istifadəsinə verilmişdir. Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmişsökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisi sürətlə və yüksək keyfiyyətlə davam etdirilmişdir. Artıq binaların fasad hissəsində işlər başa çatdırılmış, binadaxili işlər isə davam etdirilir. Həmin binaların da yaxın müddətdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Quraşdırılmış müasir işıqlandırma sistemləri isə gecə vaxtlarında prospektə xüsusi gözəllik verir.

Yeri gəlmişkən, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakı şəhərində keçirilmiş birinci Avropa Oyunları ilə əlaqədar bu möhtəşəm idman bayramına hazırlıq dövrü ərzində Nərimanov rayonu ərazisində də bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, Olimpiya Stadionunun ətrafında, xüsusilə Ziya Bünyadov prospekti boyu ərazilərdə geniş abadlıq və quruculuq işləri aparılmış, həmçinin rayon ərazisində yerləşən müəssisələrin ətraf ərazilərində abadlıq işləri aparılaraq yaşıllıqların salınması, mövcud yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi və sanitariya-təmizlik işlərinin görülməsi istiqamətində müvafiq işlər həyata keçirilmişdir. Birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar rayonun magistral prospekt və küçələrinin asfalt örtüyünün bərpası, binaların fasad hissələrinin koloristik həlli, eyvanlardan artıq elementlərin və əşyaların yığışdırılması, yolların kənarlarında mövcud yaşıllıqlara qulluğun təmin edilməsi, qurumuş ağacların kəsilməsi, digərlərinin budanılaraq zövq oxşayan görkəmə salınması, parkxiyabanlarda səliqə-səhman yaradılması, oturacaqların təmir olunması, fəvvarələrin işlək vəziyyətdə olması üçün zəruri tədbirlər görülmüşdür.

 

Rayonun xidmət sahələri

uğurlu  fəaliyyəti ilə seçilir

 

Növbəti payız-qış mövsümünə hazırlıq işlərinin yüksək səviyyədə aparılması, sakinlərin istilik, elektrik enerjisi, qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə rayonun xidmət sahələri tərəfindən çoxsaylı tədbirlər həyata keçirilmişdir. Payız-qış mövsümündə yaşayış binalarının və sosial obyektlərin istiliklə təchizatının yaxşılaşdırılması məqsədilə 1110 metr magistral istilik xətləri dəyişdirilmiş və 592 kvadratmetr boru izolyasiya olunmuş, 27 ədəd qazan cari təmir olunmuş, 14-ü isə  mexaniki üsulla təmizlənmişdir. Bundan əlavə, 16 ədəd nasos, 112 siyirtmə və 6 ədəd mühərrik əsaslı, 18 ədəd nasos isə cari təmir olunmuş, 50 siyirtmə dəyişdirilmişdir.

Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 1115 metr 0,4 kV-luq və 10461 metr 6/10 kV-luq kabellər yenisi ilə əvəz olunmuşya yeni kabellər çəkilmişdir. Bundan əlavə, 3 ədəd kompleks transformator məntəqəsi yenisi ilə əvəz olunmuş, 12 ədəd yeni transformator məntəqəsi tikilmiş, 14 analoji qurğu quraşdırılmışdır. Ziya Bünyadov prospektiAkademik Həsən Əliyev küçəsində yeni yolların çəkilişi ilə əlaqədar 24960 metr plastik boru qoyulmuş, 23 ədəd lyuk tikilmişdir.

Rayon Sukanal Departamentinin su şəbəkələri və qurğularının istismarı xidməti tərəfindən cari ilin doqquz ayında  277 ədəd nasos, 185 ədəd mühərrik və 100 ədəd siyirtmə təmir olunmuş, 686,7 paqonometr su və 153 paqonometr kanalizasiya boruları, 30 ədəd nasos və 40 ədəd siyirtmə dəyişdirilmiş, 21 ünvanda su anbarları yuyulmuşdur.

Nərimanov Rayon Qaz İstismar Sahəsi tərəfindən yeraltı və yerüstü qaz kəmərlərinə profilaktiki xidmətlər göstərilmiş, 2044 paqonometr magistral qaz xətti çəkilmiş və ya dəyişdirilmişdir. Hesabat dövründə 631 yeni mənzil və 47 qeyri-yaşayış obyekti qazlaşdırılmış, 740 ədəd “smart-karttipli sayğac quraşdırılmış, 114 ədəd qaz siyirtməsi təftiş edilmişdir.

Bununla yanaşı, rayon ərazisində yerləşən, şirkət və nazirliklərin nəzdində fəaliyyət göstərən digər mənzil kommunal istismar sahələri tərəfindən ayrı-ayrı ünvanlarda yerləşən binaların dam örtükləri, daxili kommunikasiya xətləri, yağış suları axıdılan navalçalar, ümumi girişlərdəki pəncərə və qapılar dəyişdirilmiş, zirzəmilərdə yığılan suların çəkilməsi və kəskin qəzalı vəziyyətdə olan evlərin təmiri üçün zəruri tədbirlər həyata keçirilmiş, həyətlərdəki oturacaqlar və məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər rənglənmişdir.

 

Təhsil, mədəniyyət və səhiyyə

sahələrində fərəhli nəticələr çoxdur

 

Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövründə də rayonda təhsil, mədəniyyət və səhiyyə sahəsində bir sıra uğurlara imza atılmışdır. 2015-ci ilin 9 ayı ərzində təhsil və səhiyyə sahəsində də işlər davam etdirilmişdir. 2014-2015-ci tədris ilində Nərimanov rayonunun orta təhsil müəssisələrində 23918 şagird təhsil almışdır ki, onlardan 2136 nəfəri ümumi orta təhsil haqqında şəhadətnamə, 1853 nəfəri isə tam orta təhsil haqqında attestat almışdır. Məzunlardan 109 nəfəri fərqlənməyə layiq görülmüşdür. 4 nəfər isə məktəbi qızıl medalla bitirmişdir. 2015-ci ildə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə,  90 nəfər 600-dən yuxarı bal toplamış, onlardan 30 nəfəri isə 650 baldan yuxarı nəticə əldə etmişdir. 2014-cü illə müqaisədə bu rəqəmin 25 nəfər artması təhsilin keyfiyyətinin yaxşılaşmasının göstəricisidir. Ölkə Prezidentinin 2 oktyabr 2015-ci il tarixli sərəncamı ilə rayonun 5 müəllimi “Tərəqqi” medalına, 4 nəfər isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

İlin ötən dövründə rayonun təhsil, səhiyyə və mədəniyyət obyektlərinin təmiri də diqqət mərkəzində saxlanılmışdır. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 193 nömrəli tam orta məktəbdə, Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda, Respublika Uşaq Reabilitasiya Mərkəzində, 21 saylı musiqi məktəbində əsaslı təmir işləri davam etdirilmiş, bir sıra təhsil müəssisələrində mütəmadi olaraq cari təmir işləri aparılmışdır.

 

Əhalinin həyat səviyyəsinin

yüksəldilməsinə diqqət artır

 

Bu ilin ötən dövründə rayon əhalisinin sosial-müdafiəsinin gücləndirilməsi, sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması məqsədilə  xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon Şöbəsi sosial sahədə qəbul edilmiş dövlət proqramlarının icrasını uğurla həyata keçirmişdir. İlin ötən dövründə pensiya təminatı sahəsində maliyyə sabitliyinin daha da möhkəmləndirilməsi diqqət mərkəzində olmuşdur ki, bu da maliyyələşmələrin tələb olunan səviyyədə həyata keçirilməsinə imkan vermişdir. Pensiya islahatlarının sürətləndirilməsi, pensiya və müavinətlərin təyin olunması, maliyyələşdirilməsi, ödənişinə nəzarət üzrə vahid dövlət pensiya sisteminin yaradılması istiqamətində mühüm işlər görülmüş, dövlət sosial sığorta sistemində fərdi uçotun qurulması sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işi davam etdirilmiş, altı ay ərzində qeydiyyatda olan 24165 nəfər  pensiyaçıya hər ay 4  milyon 801 min manat vəsait ödənilmişdir. Pensiyaların mütərəqqi üsulla yenidən hesablanmasının başa çatdırılmasından sonra rayon üzrə orta pensiyanın məbləği artaraq 190,6 manat təşkil etmişdir ki, bu da yüksək göstərici sayıla bilər.

Bununla yanaşı, Nərimanov Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən də bu sahədə mühüm işlər görülmüş, ünvanlı dövlət sosial yardımı proqramının həyata keçirilməsi ilə əlaqədar 1422 ailəyə və ya 5495 nəfər ailə üzvünə orta hesabla hər ailəyə 153,3 manat ünvanlı sosial yardım ödənilmişdir. Bununla yanaşı, ötən 9 ay  ərzində mərkəz tərəfindən 1188 nəfərə, o cümlədən, 13 nəfər Milli Qəhrəman ailəsinə, 12 nəfər 20 Yanvar şəhidi ailəsinə, 213 nəfər şəhid ailəsinə, 406 Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə Prezident təqaüdü ödənilmişdir.

 

Sakinlərin müraciətlərinə

həssaslıqla yanaşılır

 

Rayon əhalisinin rifahının yaxşılaşdırılması, habelə onların sosial-mədəni sahələrdə problem və təkliflərinin öyrənilməsi məqsədi ilə vətəndaşlarla birbaşa ünsiyyət vasitəsi kimi yerlərdə qəbulların müstəsna əhəmiyyəti vardır. Məhz buna görədir ki, son illər Nərimanov Rayon İcra Hakimiyyətində bu amilə xüsusi həssaslıqla yanaşlır, vətəndaşların müraciətlərində verilmiş təkliflər öyrənilir və araşdırılaraq lazımi tədbirlər görülür. Bu ilin 9 ayı ərzində yerlərdə keçiriləcək qəbulların təsdiq olunmuş qrafikinə əsasən rayonda 20 səyyar qəbul və görüş keçirilmişdir. Qəbullar müəssisə və təşkilatlarda, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda, inzibati və inşası yarımçıq qalmış binalarda, habelə rayonun ayrı-ayrı yaşayış sahələrində, əhalinin mədəni-kütləvi tədbirlər otağında və s. yerlərdə keçirilmişdir.  Həmin qəbullarda rayon sakinləri, əmək kollektivlərinin üzvləri, məcburi köçkünlər rayon rəhbərliyi tərəfindən qəbul edilmişlər. Ötən dövr ərzində keçirilmiş 20 səyyar görüş  qəbullarda 2038 nəfər vətəndaş iştirak etmişdir. Bu görüş və qəbullar zamanı 193 müraciətdən 184-ü həll edilmiş, 8-i isə nəzarətə götürülmüşdür. Rayon rəhbərliyinin keçirdiyi səyyar görüş və qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılmış məsələlər hər ay təhlil edilir. Yerlərdə keçirilən qəbullarda vətəndaşların müraciətlərinin əksəriyyəti küçə və məhəllədaxili yolların təmiri, kanalizasiya, su problemləri, binaların dam örtüklərinin, giriş qapılarının təmiri, pilləkən qəfəslərinin işıqlandırılması, işlə təmin olunma, mənzil şəraitinin yaxşılaşdırılması və sosialyönümlü məsələlərlə bağlı olmuşdur. Bütövlükdə isə hesabat dövründə rayon icra hakimiyyəti başçısı yanında Şuranın 18 iclasında 18 məsələ müzakirə olunmuş və məsələlərin icrası ilə əlaqədar aidiyyəti üzrə  qərar və tapşırıqlar verilmişdir. Şura iclaslarında müzakirə olunmuş məsələlərlə bağlı irəli sürülmüş təklif və tövsiyələr əsasında qərarlar qəbul edilmişdir.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  məruzə və nitqlərində  ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərinin, sosial-iqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında dolğun məlumatların operativ qaydada əhaliyə çatdırılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq yüksək hazırlığa, biliyə və nüfuza malik ziyalılardan ibarət yaradılmış təbliğat qruplarının  rayonun idarə, müəssisə və təşkilatlarında, habelə sakinlərin toplaşdıqları yerlərdə həftə görüşlərinin keçirilməsi təmin edilmişdir. 2015-ci ilin 9 ayı ərzində təbliğat qruplarının keçirdiyi  31  həftə görüşündə 2986 nəfər iştirak etmişdir...

Göründüyü kimi, bu ilin ötən dövründə Nərimanov rayonu ölkəmizin dinamik  sosial-iqtisadi inkişafının təmin olunmasına mühüm töhfələr vermişdir. Qarşıda rayonun daha da abadlaşdırılması, quruculuq işlərinin davam etdirilməsi, sakinlərin firavan yaşamaları, çalışmaları və istirahətlərinin səmərləi təşkili ilə bağlı  mühümciddi vəzifələr durur. Həmin vəzifələrin yerinə yetirilməsi, dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi sahəsində görülən hər bir isə Nərimanov rayonunun sosial-iqtisadi inkişafının bir qədər də sürətlənməsinə, rayonun simasının daha da gözəlləşməsinə səbəb olacaqdır...

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2015.- 22 oktyabr.- S.7.