“Altmış beş yaş nədir ki...”

 

... Mənim üçün son  dərəcə doğma olan bu məktəbin qapısını sonuncu  dəfə 46 il  bundan əvvəl açmışam. Bu  müddət  ərzində  yüz  dəfələrlə yanından o yanabu yana keçmişəm,  amma dönüb kandarından içəri keçməmişəm. Bilirsiz niyə? Düşünürdüm ki, mənə 10 il zəhmət  çəkib  təhsil verən, müstəqil həyata hazırlayan bu  müqəddəs  ocağın  qapısını “əliboş” açmayım, heç olmasa, əziz müəllimlərimin, şagird dostlarımın görüşünə alnıaçıq, üzüağ gəlim. Həmin  görüş  bu günün  bəxtinə  düşdü...

 

Bu fikirləri Azərbaycanın tanınmış arxeoloqu, tarix elmləri doktoru,  professor, Milli Televiziya  Radio Şurası sədrinin müavini,  Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qafar Cəbiyev anadan olmasının 65-ci  ildönümü  münasibətilə oktyabrın  27-də İsmayıllı rayonunun Talıstan kənd orta  məktəbində  təşkil edilmiş tədbirdə   səsləndirdi.  Özü  barədə, çoxşaxəli  fəaliyyətində  qazandığı  uğurlar  haqqında təvazökarcasına    xəsisliklə  danışsa da təcrübəli  pedaqoq  kimi, çıxışında əsas diqqəti  gənc  nəslin təhsilinə,  təlim-tərbiyəsinə, elmi biliklərə dərindən  yiyələnmək  zərurətinə yönəltdi.

Qeyd etdi ki,  İsmayıllı  respublika  miqyasında  həmişə  özünün  təhsil  ənənələri  ilə  tanınan  rayon  olub. İsmayıllıların  təhsil sahəsindəki müsbət   təcrübəsi öyrənilərək ölkə miqyasında  yayılıb.  Neçə onilliklərdir ki,  İsmayıllı  məktəbləri  ali  məktəblərə  qəbul  göstəricilərinə  görə respublika üzrə  birincilər  sırasındadır. Görünür,  elə  məhz  bu  cəhəti  nəzərə alaraq  möhtərəm  Prezidentimiz  cənab  İlham Əliyev  İsmayıllıya rayonun  parlaq  yetirmələrindən  biri,  uzun illər elm    təhsil  sahəsində məsul  vəzifələrdə  çalışmış,  iqtisad elmləri doktoru,  professor, Azərbaycan Respublikasının   Əməkdar  elm  xadimi Mirdamət Sadıqovu  rayon icra hakimiyyətinin  başçısı  təyin  edib.  Bu  uğurlu  təyinatın  bəhrələrini  siz məndən də yaxşı  görür,  duyur    hiss edirsiniz.  Respublikamızın bütün  bölgələrində –  kənd, qəsəbə,  rayon    şəhərlərində  gedən  quruculuq    abadlıq  işləri burada  bir  qədər  geniş     düşünülmüş  şəkildə,  elmi  əsaslar  üzərində  aparılır. Təhsilə, elmə,  mədəniyyətə  daha  çox  diqqət yetirilir, insanların,  xüsusən gənc  nəslin  qəlbində doğma  yurda  bağlılıq,  torpağa sevgi,  Vətənə  məhəbbət,  sabaha inam hissi  tərbiyə olunur. Bundan  yetərincə   yararlanmaq  lazımdır...

Talıstan  məktəbindəki  tədbir  sonra  daha  geniş  şəkildə İsmayıllı Mədəniyyət  Mərkəzində  davam etdirildi. Rayon icra hakimiyyətinin  başçısı, Mirdaməd Sadıqov tədbiri açaraq  qeyd etdi ki,  ismayıllılar  elmi,  təhsili,  mədəniyyəti  üstün tutan, alimə,  ziyalıya  hörmət  qoyan insanlardır.  Bura toplaşanların  çöhrələrinə  diqqət yetirin,  görün  necə  sevinirlər. Bu,  bir  tərəfdən  İsmayıllı  torpağının yetirdiyi görkəmli  alim,  publisist Qafar Cəbiyevin 65 illik  yubileyi  ilə  əlaqədardırsa, digər  tərəfdən Azərbaycanımızın  çox  dəyərli  insanlarının – akademiklərin, professorların,  digər  ziyalıların bu  görüşdə  iştirak  etməsi ilə  bağlıdır. Bu sevinci bizə  bəxş etdiyinizə görə ismayıllılar adından  sizə dərin minnətdarlığımı  bildirirəm. Qafar Cəbiyev İsmayıllı  torpağında  böyüyüb boya-başa  çatsa da,  indi  bütün  Azərbaycanımızın  oğludur.  Onun  uğurlarına  bütün  İsmayıllı  camaatı  sevinir  öz  dəyərli   həmyerlimizə  yeni-yeni  uğurlar  arzulayırıq.

Tədbirdə  Qafar  müəllim  haqqında  xoş  sözlər  deyildi, fəaliyyətinə yüksək qiymət verildi.  Həmin  çıxışlardan  bəzi  məqamları  oxucuların  diqqətinə çatdırırıq.

Azərbaycan Milli  Elmlər Akademiyası  Tarix İnstitutunun  direktoru ,  AMEA-nın  müxbir üzvü,  Əməkdar  elm xadimi, Milli Məclisin  deputatı Yaqub Mahmudov:

– Mən  fəxr edirəm ki,  Azərbaycanımızda  Qafar  müəllim  kimi  dəyərli  alimimiz    ziyalımız  var.  Qafar  müəllim  Azərbaycan  tarixi  elmində   dərin  iz qoyan  alimlərimizdəndir.  Digər  xidmətləri  ilə bərabər, professor Qafar  Cəbiyevin  Girdiman  tarixitarixi coğrafiyası” adlı fundamental  əsəri Azərbaycan albaniyaşünaslığına onun töhfəsi kimi  dəyərləndirilməlidir. Əvvəla, həmin  mövzünün  dərin  elmi  əsaslarla araşdırılması  tarixşünaslığımız  üçün  ona  görə  aktualdır ki, Girdiman dövlətinin  tarixi     ərazisi  barədə  sovetlər dönəmində  xüsusi  məqsəd  güdən  ciddi  saxtakarlığa yol verilmişdi.  Azərbaycanın qədim  vilayəti olan Girdimanı Şirvandan uzaqlaşdırıb onun sərhədlərini indiki Ermənistana yaxın  regiona  aparıb  çıxaran erməni  tarixçiləri,  əslində,  mifik  Böyük  Ermənistan”ı  reallaşdırmaq  və ölkəmizə  qarşı  ərazi  iddialarını “əsaslandırmaq”  məqsədini  güdürdülər.  Qafar Cəbiyev  ciddi    inkaredilməz  elmi  əsaslara  söykənərək  erməni   tarixçilərinin  bütün  iddialarını  alt-üst etdi və belə bir  möhtəşəm  əsərlə sübut etdi ki,  Girdiman dövləti  Şirvan  ərazisində  yaranmış,  təşəkkül  tapmış və  öz  inkişafının zirvəsinə  yüksəlmişdir. Bu,  real  tarixdir,   olmuş  tarixdir,  bizim  tariximizdir.  Həm də,  bu,  təkcə  müəllifin deyil,  ümumiyyətlə, tarix elmimizin  böyük  uğurudur.

Akademik  Teymur Bünyadov:

— Mənim  aləmimdə  Səməd Vurğundan  böyük  şair yoxdur. Dahi  Səməd Vurğunun,  sözün  həqiqi  mənasında,  vurulduğu,  vəsf  etdiyi  Talıstan  kəndinə  gəldiyimiə    sizinlə     saf  əqidəli, təmiz  niyyətli talıstanlılarla  görüşdüyümə görə  özümü  xoşbəxt sanıram.  Mən  Qafarın  xətrini  çox istəyirəm. Talıstandan olduğunu biləndən sonra ona  olan  rəğbət    məhəbbətim  qat-qat artıb. Qafar özünün  bənzərsiz  xarakteri – təvazökarlığı,  mədəniyyəti,  səmimiyyəti, qayğıkeşliyi,  zəhmətkeşliyi  ilə  mənim  qəlbimə  yol tapıb, hüsn-rəğbətimi  qazanıb. O,  böyük ləyaqət sahibidir.  Qafar Cəbiyev öz yurdunun tarixini yazmaqla  bütöv  Azərbaycan  tarixini  zənginləşdirib.  Qafar  elə bir  oğuldur ki,  onunla  nəinki  Talıstan,  İsmayıllı,  hətta bütün  Azərbaycan fəxr edə bilər...

AMEA-nın  müxbir üzvü,  tarix elmlər doktoru,  professor Vəli Əliyev:

Düz,  qırx  il bundan əvvəl aspiranturaya  qəbul imtahanı götürürdüm.  Bir yerə iki namizəd vardı. Biri  mənim  öz  həmyerlim –  naxçıvanlı idi,  sənədlərinə  baxıb öyrənmişdim.  Digəri isə  həmin bu  Qafar idi, birinci dəfəydi ki,  üzünü görürdüm. İnsafən,  hər ikisi suallara  əhatəli  cavab verdi.  Amma Qafarın mövzuya  daha  dərindən bələdliyi,  güclü  məntiqi  məni  valeh etdi. Bunabeş” yazdım,  həmyerlimə “dörd”. O vaxtdan fəaliyyətini,  yaradıcılığını  izləyir,  uğurlarına  sevinirəm. O, sözün  həqiqi  mənasında,  şəxsiyyətdir. Altmış beş  nədir ki,  cavandır,  daha  böyük  uğurları  hələ qabaqdadır...

AMEA ArxeologiyaEtnoqrafiya  İnstitutunun  şöbə  müdiri,  tarix  elmləri doktoru,  professor Əsədulla  Cəfərov:

– Azərbaycan Texniki Universitetinin kafedra  müdiri, professor  Şikar  Qasımov, etnoqraf-alim, tarix üzrə fəlsəfə doktoru Tofiq Babayev, Milli  Televiziya  Radio Şurasının üzvü Əlvan Ağayev, “Miras” Mədəni İrsin  Öyrənilməsinə Kömək İctimai Birliyinin  sədri,  tarix üzrə fəlsəfə doktoru  Fariz Xəlilli, “Təzadlar”  qəzetinin  baş redaktoru Asif Mərzili, İsmayıllı  Rayon  İcra  Hakimiyyəti  başçısının  humanitar  məsələlər üzrə müavini Sevil xanım Əhmədova,  RİH-in  məsul işçisi Valeh Salehov, İsmayıllı  rayonunda  çıxan “Zəhmətkeş”  qəzetində  vaxtilə bir yerdə  işlədiyi  həmkarı Lətifə xanım Əliyeva, Talıstan  kənd orta  məktəbinin direktoru Aydın Əzizov,  həmin məktəbin müəllimi İradə  xanım Hüseynova    başqaları çıxış edərək  Qafar Cəfər oğlu Cəbiyevin  müxtəlif  məziyyətlərindən söz açdılar,  ünvanına  bol-bol  təriflər yağdırdılar. Bu  haqlı  təriflərin “dozası”  o  qədər yüksək  oldu ki,  Qafar müəllim  tədbirin  təşkilatçılarına və  iştirakçılarına  təşəkkür edərkən  özünə  xas olan təvazökarlıqla dedi: “Allah sizə insaf  versin,  bu  qədər də tərif olar? İnanın ki,  dabanıma  qədər məni tər basdı”.

Amma  vaxt  darlığından  söz  demək  istəyənlərin  bəzilərinə  növbə  çatmadı.  Tədbirdən sonra  Bakıya  qayıdarkən  Qafar müəllimin ən “köhnə”  və yaxın dostlarından  biri  Azərbaycan Dövlət Sirkinin  direktor  müavini Rəhim  Qədirovdan  soruşdum: – Nəsə  söz  deməyə  cəhd etmədiniz...

Ehtiyac  duymadım, – dedi. – Qafar müəllimi  kifayət qədər  yaxşı  təqdim etdilər,  demək  olar ki,  hər şeyi dedilər. Mən  onun  digər  məziyyətlərini bir yana qoyuram. Qafar müəllim etibar  ediləsi, ağayana  kişilərdəndir. Ən  çətin anlarımda,  dar  günlərimdə  onu yanımda görmüşəm. Belə  bir insanla dost olmağımla  fəxr edirəm...

Zənnimcə,  burada nöqtə qoymaq olar.

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.- 2015.- 30 oktyabr.- S.11.