Horadiz əməliyyatı”:

Azad olunan doğma torpaq

 

Ulu öndər Heydər Əliyevin xalqa tarixi müraciətindən 21 il keçir

 

 1994-cü il yanvar ayının 5-dən 6-a keçən gecə. Bu tarix Füzuli sakinlərinin yaddaşına əbədi olaraq həkk olunmuşdur. Əlbəttə, bu, səbəbsiz deyil. Məsələ burasındadır ki, məhz həmin gün Azərbaycan Silahlı Qüvvələrinin güclü əks-hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz şəhəri erməni silahlı qüvvələrindən azad edilmişdir.

 

Bəli, bu uğurlu əməliyyat Qarabağ müharibəsi tarixinə qızıl hərflərlə yazılmışdır. Düzdür, bundan əvvəl Ağdərə əməliyyatı da uğurla başa çatdırılmış, onlarla yaşayış məntəqəsi düşməndən azad edilmiş, Tərtər – Kəlbəcər yolu açılmışdı. Ancaq təəssüf ki, böyük itkilər və qan bahasına qazanılmış bu qələbəni qoruyub saxlamaq mümkün olmadı. Nəticədə, silahlı qüvvələrimiz müəmmalı şəkildə geri çəkildi, mühüm strateji məntəqələr yenidən düşmən əlinə keçdi.

İndi tarixçilərin də, sosioloqların da, elə hərbçilərin də etiraf etdikləri mütləq bir həqiqət var: UğurluHoradiz əməliyyatı” Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziyaradio ilə 2 noyabr 1993-cü il tarixli müraciətinin bilavasitə nəticəsi idi. Başqa sözlə desək, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalından sonra da Ermənistan silahlı qüvvələrinin hücumu ara vermirdi. Artıq onlar Beyləqanın 8—10 kilometrinədək gəlib çıxmışdılar. Şəhər bir neçə dəfə “Qrad” qurğularından güclü atəşə tutulmuş, ictimai və yaşayış binaları dağıdılmış, ölənlər və yaralananlar olmuşdu. Nəticədə, Beyləqanın özü artıq ciddi təhlükə qarşısında idi.

Bax belə bir gərgin vaxtda ölkə Prezidenti, ümummilli lider Heydər Əliyevin xalqa tarixi müraciəti oldu. İstisnasız olaraq deyə bilərik ki, bu müraciət yaşından, vəzifəsindən, mövqeyindən asılı olmayaraq damarlarında azərbaycanlı qanı axan hər kəsin qəlbini ümidinam hissi ilə coşdurdu. Hamı üzünü cəbhəyə çevirdi, özünü müsəlləh əsgər bildi. Əsgərlər və komandirlər, elə bil, silkinib yuxudan oyandılar: arxaya bir addım da olsun geri çəkilmək olmaz, necə olursa-olsun, düşmən qüvvələri geri otuzdurulmalıdır. Bunun ardınca ulu öndər 2 dəfə Beyləqan rayonunda oldu, cəbhə xəttinə getdi, əsgərlərlə, komandirlərlə söhbət etdi. Yaranmış hərbi vəziyyət, ondan çıxış yolları geniş təhlil olundu, qarşıya konkret vəzifələr qoyuldu.

Bu, o zaman idi ki, Azərbaycan Milli Ordusu, əslində, yenicə yaranırdı. Düzdür, necə deyərlər, kağız üzərində ordumuz bir neçə il idi ki, yaranmışdı. Ancaq sonradan bütün çılpaqlığı ilə məlum oldu ki, bu, ordu deyil, ayrı-ayrı siyasi partiyalara və təşkilatlara, hətta müxtəlif adamlara xidmət edən dəstələr idi. Belə ordu ilə müharibə aparmaq, düşmənə qalib gəlmək əsla mümkün deyildi. Elə bu cür cinayətkar hərəkətlərin və satqınlığın nəticəsi idi ki, dədə-baba torpaqlarımız dalbadal düşmən əlinə keçdi. Ölkə başçısının xalqa tarixi müraciətində deyilirdi: “...İki ildən artıqdır ki, Azərbaycan Respublikası müstəqil bir dövlətdir. Bu iki il müddətində müstəqil dövlətimiz öz müdafiə qüvvələrini, öz ordusunu yaratmalı idi. Bundan ötrü Azərbaycan Respublikasının bütün imkanları vardı. Ordunu bir gündə, beş gündə, bir ayda, üç ayda yaratmaq mümkün deyil. Ancaq iki il, üç il müddətində ordu yaratmaq, Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək və ərazi bütövlüyünü də təmin etmək mümkün idi. Lakin bu fürsət əldən verilib və Azərbaycanın müdafiə imkanları get-gedə möhkəmlənmək əvəzinə, zəifləmişdir. Ayrı-ayrı dəstələr, qruplar, yaxud batalyonlar tərəfindən aparılan ayrı-ayrı döyüşlərin hamısı pərakəndə şəkildə olmuş, müxtəlif qüvvələrə, məqsədlərə xidmət etmiş, böyük bir hərbi strategiya, müdafiə strategiyası əsasında, hərbi nizam-intizam əsasında görülən tədbirlər olmamışdır... Mən indi bütün bunlara qiymət vermək istəmirəm. Ancaq bir neçə sözlə Azərbaycan vətəndaşlarını, xalqımızı agah etmək istəyirəm ki, haradan başlamışıq, nə üçün bu günə gəlib düşmüşük, böyük potensialı, imkanları, 7 milyon əhalisi olan Azərbaycan Respublikası nə üçün indi ağır vəziyyətə düşmüşdür”.

Horadiz əməliyyatı” da bax belə bir vaxtda başlandı. Sözün tam mənasında, əsl ölüm-dirim müharibəsi idi. Düşmən qısa müddət ərzində ordumuzda yaranmış bu cür intizam və qətiyyəti gözləmirdi. Ona görə də qəfil zərbədən sarsıldı, pərən-pərən oldu, tankların, digər hərbi maşınların üstündə yazılmış “Heydər Əliyev uğrunda”, “Torpaq, qeyrət uğrunda” sözləri əsgərləri daha da ruhlandırır, onları düşməndən intiqam almağa, doğma torpaqlarımızı geri qaytarmağa çağırırdı.       

Döyüş əməliyyatına rəhbərlik edən polkovnik Şair Ramaldanov o günləri belə xatırlayır:

– Vəziyyəti çətinləşdirən o idi ki, düşmən qüvvələri vacib strateji yüksəklikləri ələ keçirmişdi. Buna baxmayaraq, ölkə Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin xalqa tarixi müraciəti, ordumuzda yaranmış böyük ruh yüksəkliyi və möhkəm nizam-intizam, döyüşən bütün qüvvələrin vahid komandanlığa tabe edilməsi öz həlledici sözünü dedi. Qısa müddət ərzində 22 yaşayış məntəqəsi, yüz hektarlarla torpaq sahəsi düşmən caynağından azad edildi. Mən həmin döyüşlərdə qəhrəmancasına şəhid olanların müqəddəs ruhu qarşısında baş əyirəm. Doğrudan da, “Horadiz əməliyyatı” Azərbaycan silahlı qüvvələrinin nəyə qadir olduğunu bir daha sübut etdi.

Elə buradaca xatırladaq ki, Füzuli bölgəsində gedən döyüşlərdə 18 min nəfər iştirak etmişdir. Həmin döyüşlərdə 6500 nəfər həyatını qurban vermişdir. Onlardan min nəfəri füzulililər olmuşdur. Füzuli şəhərindən 192 itkingirov var. Döyüşlərdə rayon əhalisindən 1240 nəfər əlil olmuşdur. Onlardan 450 nəfəri hərbçidir. “Horadiz əməliyyatı”nda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür ki, onlardan da 6-sı füzulilidir.

O vaxtdan 21 il keçir. Bu illər Horadiz şəhəri və başqa yaşayış məntəqələri üçün bərpa, inkişaf və yenidənqurma illəri olmuşdur. Hər şeydən əvvəl, yandırılmış, dağıdılmış evləri, körpüləri, yolları bərpa etmək lazım idi. Əsl qayıdış da elə bundan sonra başladı. Respublika Prezidentinin bu istiqamətdə imzaladığı fərman və sərəncamlar, dövlət başçısının döyüş bölgəsinə müntəzəm xarakter alan səfərləri, gündəlik diqqət və qayğısı bərpa və quruculuq işlərinə yeni təkan verdi. Bütün səy və qüvvələr düşmənlə üz-üzə dayanan bu bölgəyə yönəldildi.

Bərpa və quruculuq işlərindən danışarkən bir məsələni ayrıca qeyd etmək lazımdır. Respublika Prezidentinin müvafiq sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir. Horadizin inkişafında yeni mərhələ də, əslində, bundan sonra başlanmışdır. Daha əyani təsəvvür üçün təkcə son üç il ərzində burada görülmüş böyük işləri, inkişaf və yüksəlişi əks etdirən bəzi fakt və rəqəmləri bir daha yada salaq. İlk öncə onu xatırladaq ki, Horadiz şəhəri xeyli genişlənmiş, burada Heydər Əliyev parkı, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası, Gənclər Mərkəzi, Təhsil və Polis şöbələrinin yeni binaları tikilmiş, parkxiyabanlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmış, dünyanın müxtəlif ölkələrindən nadir gül-çiçək və 100 minə yaxın ağac gətirilmişdir.

4300-ə yaxın ailə üçün 17 yeni qəsəbə salınmış, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilmişdir. Horadiz şəhərində yandırılmış və dağıdılmış 1565 yaşayış evinin əksəriyyəti bərpa olunaraq sakinlərin istifadəsinə verilmişdir. Qaz, elektrik, su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Bütün bu tədbirlər nəticəsində respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış 120 min rayon sakinindən 70 minə yaxını, o cümlədən 6 min Horadiz şəhər sakini öz doğma torpaqlarına qayıtmışdır.

Bundan başqa, ölkə rəhbərinin sərəncamı ilə bərbad vəziyyətdə olan Əhmədbəyli - İkinci Mahmudlu - Aşağı Kürdmahmudlu - Yuxarı Kürdmahmudlu - Alxanlı - Beşinci Zobucuq, o cümlədən Bala Bəhmənli - Səngər - Araz Dilağarda - Araz Zərgar kəndlərini birləşdirən yollar əsaslı şəkildə təmir olunmuşdur.

Ölkə Prezidenti İlham Əliyev Füzuliyə 2014-cü il avqust ayının 28-də sonuncu səfəri zamanı demişdir: “Bu, mənim Füzuli rayonuna beşinci səfərimdir. Hər dəfə burada olarkən yeniliklər görürəm, ürəyim sevinir və əldə edilmiş bütün uğurlar münasibətilə Sizi ürəkdən təbrik edirəm. Demək istəyirəm ki, füzulililəri çox sevirəm və çox sevinirəm ki, Füzulidə indi bu qədər inkişaf var.

Siz düşmənlə üz-üzə yaşayırsınız, siz böyük cəsarət, mərdlik göstərirsiniz. Biz burada, düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük. Getsinlər öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığına görə onların paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan bir neçə dəfə üstündür. Bu, reallıqdır. Bunu hər kəs görür və görməlidir. Azərbaycan ictimaiyyəti də bunu bilməlidir".

Həmin tarixi səfər zamanı ölkə rəhbəri tikiş fabrikinin, Tarix-Diyarşünaslıq muzeyinin, Əhmədalılar - Molla-Məhərrəmli - Arayatlı - Babı avtomobil yolunun, 2 nömrəli körpələr evi - uşaq başçasının, Horadiz şəhərində işğal zamanı dağıdılmış 227 evin və 3 binanın bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Prezident Dövlət Bayrağı Meydanında, Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə, Mil - Muğan hidroqovşağının fəaliyyəti ilə də tanış olmuşdur. Onu da əlavə edək ki, həmin səfər və keçirilən görüşlər bu gün də füzulililərin yaddaşında unudulmaz bir xatirə kimi yaşamaqdadır. Ölkə Prezidentinin görülmüş işlərə yüksək qiymət verməsi, məsləhət və tövsiyələri rayon sakinlərini daha da ruhlandırmış, onlara əlavə stimul vermiş, adamların sabaha inam və ümidlərini artırmışdır.

Biz bu yazı üzərində işləyərkən mütəxəssislər maraqlı bir arayış təqdim etdilər: Ərazisinin 70 faizindən çoxu hələ də işğal altında olmasına baxmayaraq, indi burada istehsal olunan kənd təsərrüfatı məhsulları əvvəlki illərlə müqayisədə qat-qat çoxdur. Məsələn, təkcə ötən il havaların əlverişsiz keçməsinə baxmayaraq, zəmilərdən 91 min ton taxıl götürülmüşdür. Ölkə rəhbərinin taxılçılığın inkişafına dair göstərişindən sonra rayonda 300 hektar sahədə toxumluq təsərrüfatı yaradılmışdır və həmin sahələrdən 60 sentnerə yaxın taxıl götürülmüşdür. Bu isə yaxın gələcəkdə füzulililərə taxılçılığı öz yetişdirdikləri elit növ toxum hesabına inkişaf etdirməyə və bugünkü nəticəni 160-200 min tona çatdırmağa imkan verəcəkdir.

Heyvandarlıq məhsulları istehsalı da dinamik inkişaf edir. Hazırda rayonda 31622 baş qaramal, 115490 baş qoyun-keçi, 407190 baş ev quşları var. 3489 ton ət, 13473 ton süd, 5840 milyon ədəd yumurta, 152 ton yun istehsal edilmişdir. Bunlar isə öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Başqa kənd təsərrüfatı məhsulları istehsalında da nəticələr yüksəkdir.

Rayonda sahibkarlığın inkişafına ciddi fikir verilir. Son 3 ildə adamlarına yaradılmış şərait nəticəsində Əhmədbəyli kəndi ərazisində 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar kompleksi, ildə 2,5-3 min ton quş əti istehsal edən “Qarabağ - Broyler” MMC fəaliyyətə başlamışdır. Müasir üslubda Qarabağ Ailəvi İstirahət Mərkəzi, bir neçə şadlıq evi tikilərək istifadəyə verilmişdir.

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, adamları rayonun Haramı adlanan hissəsində 5000 baş ətlik və südlük istiqamətində heyvandarlıq kompleksisutkada 10 ton süd qəbul edəcək zavodun tikintisini sürətlə davam etdirirlər. Üçüncü Zobucuq qəsəbəsində gündə 40 ton çörək - un məmulatı istehsal edən zavodun istifadəyə verilməsinə də az qalır.

Dövlət Proqramına uyğun olaraq rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi, onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi diqqət mərkəzindədir. Son aylar Qazaxlar kəndində tam orta məktəb istifadəyə verilmişdir. Əhmədbəyli kəndində musiqi təmayüllü gimnaziya, Heydər Əliyev Fondunun dəstəyi ilə Horadiz şəhərində 100 yerlik, Bala Bəhmənli kəndində 60 yerlik uşaq bağçaları, Böyük Bəhmənli kənd xəstəxanası üçün 15 çarpayılıq yardımçı binalar tikilməkdədir.

Göründüyü kimi, bu gün Füzulidə həyatın axarı gurdur, adamlar sabaha böyük inam və ümidlə baxırlar. Elə bir sahə yoxdur ki, orada inkişaf və yüksəliş əldə edilməsin. Özüinkişaf təkcə Horadiz şəhərini əhatə etmir. Cəbhə xəttinin, necə deyərlər, ikiaddımlığında olan kəndlərdə də böyük infrastruktur layihələri həyata keçirilir. Su, qaz, elektrik enerjisi, yol baxımından heç bir problem yoxdur.

Bu möhkəm inam ümidi isə onlarda yaradan ölkə başçısı İlham Əliyevin gündəlik diqqət qayğısı, apardığı qətiyyətli uzaqgörən daxili xarici siyasət xəttidir. Görüşdüyümüz, söhbət etdiyimiz ağsaqqallar, ziyalılar, gənclər bu diqqət qayğı üçün ölkə Prezidentinə sonsuz minnətdarlıqlarını bildirdilər. Onlar daim bu müdrik şəxsiyyətin ətrafında olacaqlarını onu dəstəkləyəcəklərini bəyan etdilər.

...Füzuliyə sonuncu səfərimiz zamanı, demək olar ki, bütün yaşayış məntəqələrinə baş çəkdik. Görülüb başa çatdırılmış hazırda da davam etdirilən tikinti-quruculuq işləri ilə tanış olduq. Horadiz şəhərinin yeni yaradılmış küçə prospektlərinə, park xiyabanlarına tamaşa etdik, Dövlət Bayrağı meydanına çatdıq. Meydan 10 hektar sahədə salınıb. Sağ sol tərəflərdə hər biri 287 pillədən ibarət olan sütunlu pilləkan tikilib. Bayraq dirəyinin yerdən hündürlüyü 68 metrdir. Burada 3 istirahət guşəsi yaradılmış, 20 minə yaxın ağac gül kolu əkilmişdir.

Ancaq demək istədiyimiz mətləb başqadır. Buradan, Bayraq Meydanından Horadiz şəhəri, ətraf kəndlər, az qala, bütün Qarabağ görünür...

Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, elə bil, bütün füzulililərin, ağdamlıların, şuşalıların, laçınlıların... fikirlərini ifadə edərək dedi:

Bax gördüyünüz bu şəhəri, qəsəbə kəndləri, qoynunda min bir nemət yetirən bu bərəkətli torpaqları bizə yenidən qaytaran xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev olub. Bu yerləri yenidən quran, tikən, gülüstana çevirən isə ölkə Prezidenti İlham Əliyev, onun gündəlik diqqət qayğısıdır. Elə ona görə hər bir Füzuli sakininin qəlbində bu iki dahi şəxsiyyətin əbədi heykəli ucalıb. Ancaq bu hələ son deyil. Möhkəm inanırıq ki, Qarabağın işğal altında olan başqa yerləri tezliklə yağı düşməndən azad olunacaq. O yerlərdə bax belə yeni şəhərlər, kəndlər salınacaq, yollar, körpülər tikiləcək, abad, gözəl xoşbəxt həyat başlanacaq. Horadiz şəhəri, başqa qəsəbə kəndlərimiz buna əyani misaldır.

İcra başçısının böyük inam qətiyyətlə dediyi bu sözlərə heç əlavə etmədim.

 

Ziyəddin SULTANOV,

Xalq qəzeti”nin

bölgə müxbiri

 

Xalq qəzeti.- 2015.- 6 yanvar.- S.5.