Ötən il turizmin inkişafında

mühüm uğurlar qazanılmışdır

 

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Turizm sahəsində əldə olunan uğurlar bunu bir daha təsdiq edir. Bu sahədə qəbul olunan dövlət proqramları inkişaf üçün mühüm stimul yaratmışdır. Turizmin ötənilki inkişaf tempi yeni uğurlar qazanılmasına şərait yaratmışdır.

 

Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədilə həm ölkəmizdə, həm də xaricdə ötən il bir sıra tədbirlər keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi davamlı tədbirlər nəticəsində Azərbaycanın turizm potensialı geniş təbliğ olunmuşdur. İstanbul, Berlin, Moskva, Kiyev, Dubay, Almatı, Paris, Londons. şəhərlərdə keçirilən beynəlxalq turizm sərgilərində Azərbaycanın turizm imkanları geniş şəkildə təqdim olunmuşdur. Sərgilərdə ziyarətçilərə Azərbaycan turizmi ilə bağlı müxtəlif dillərdə reklam-çap məhsulları paylanıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrda Parisdə Azərbaycan şəhərciyi adlı sərgi və digər silsilə tədbirlər keçirilib. Tədbirlərdə nazirlik tərəfindən Azərbaycan mədəniyyətinin və turizminin təbliği də həyata keçirilib. Eyni zamanda ölkəmizin turizm imkanlarına dair reklam çarxları Euronews, TV5 Monde, Rossiya 2, və başqa telekanallarda nümayiş olunub.

Ən əsası isə beynəlxalq qurumlarla turizm sahəsində əməkdaşlığın davam etdirilməsi olub. Artıq Mədəniyyət və Turizm Nazirliyi Rusiyada turizm nümayəndəliyi açıb.

Bakıda ənənəvi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF-2014) keçirilib. Ötənilki sərgiyə 38 ölkədən 351 şirkət və təşkilat qoşulub, eyni zamanda Azərbaycanın 22 şəhər və rayonunun stendi yer alıb. Sərgi günlərində paytaxtımızda BMT-nin Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 57-ci iclası və Səmərəli turizm klasterlərinin inkişafı üzrə seminar keçirilib.

Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən iclasında Azərbaycan tərəfindən hazırlanmış Münaqişə zonalarının təbliğinin və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması adlı qətnamə müzakirə edilib. Məsələyə qurumun növbəti iclasında baxılacaq.

Tvinninq layihəsi çərçivəsində Azərbaycanda turizm statistikasının mövcud vəziyyəti haqqında hesabata əsasən daxili turizm sahəsində müvafiq təhlillər aparılıb. Daxili turizm haqqında statistik məlumatların yığılması və daxili turizm perspektivinin araşdırılması məqsədilə 6 mərhələdən ibarət olacaq Yerli turistlərin ölkə daxili səyahət tendensiyasının öyrənilməsi mövzusunda bazar araşdırmasının ilk mərhələsi başlanıb.

Yerli vətəndaşların xarici ölkələrə səfər tendensiyalarının araşdırılması məqsədilə ERA Research marketinq şirkəti tərəfindən Xarici turizmdən istifadə səbəblərinin öyrənilməsi sorğusu keçirilib. Turizm sənayesi ilə işin təkmilləşdirilməsi, turizm sahəsində mövcud olan problemlərin müzakirə olunması və aradan qaldırılması məqsədilə dövlət və özəl sektorun nümayəndələrinin iştirakı ilə beş işçi qrupu yaradılıb. Qeyd olunan qruplar Gəlmə turizmielektron viza, Getmə turizmi, Turizm təhsili, Bələdçilər və Müalicəvi turizm mövzuları üzrə fəaliyyət göstərəcəklər.

2014-cü ilin yanvar-noyabr ayları ərzində 62 hüquqifiziki şəxsə turizm fəaliyyəti, 74 hüquqifiziki şəxsə isə mehmanxanamehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Hazırda Azərbaycanda 272 turizm şirkəti, 306 mehmanxana Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir. Bundan başqa, Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qaydasına əsasən, 2014-cü il ərzində ekspert qrupu tərəfindən 37 obyektə baxış keçirilib və beləliklə, dövlət təsnifatından keçmiş mehmanxanamehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.

2013-cü ilin martından tətbiqinə başlanılan elektron turist viza sistemi bu il tətbiq olunub. Bu günə qədər ölkəmizdə gəlmə turizmlə məşğul olan 55 turizm şirkəti Mədəniyyət Turizm Nazirliyi tərəfindən akkreditasiyadan keçirilərək bu sistemə qoşulub.

Ötən ilin turizm sahəsində ən mühüm yeniliklərindən biri Mədəniyyət Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında Azərbaycan Turizm Menecment Universitetinin yaradılması barədə ölkə Prezidentinin dekabrın 22-də imzaladığı sərəncam oldu. Qeyd edək ki, hazırda ali təhsil ocağında 3 fakültə, 10 kafedra, 11 ixtisas üzrə bakalavr səviyyəsində 1527 nəfər, magistraturada 146, doktoranturada 55, ikinci ali təhsildə 27, ilk peşə ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 460 şagird biliklərə yiyələnir. 2015-ci il Azərbaycanda turizm təhsili üçün yeni inkişaf mərhələsi olacaq.

Bütün bunlar bir daha təsdiq edir ki, ötən il Azərbaycanda turizmin inkişafı bu sahənin əsas məqsədlərə çatması üçün yeni imkanlar açacaq.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 8 yanvar.- S.6.