Bakı dünyanın qlobal problemlərinin

müzakirə olunduğu diplomatik

paytaxt statusunu qazanmaqdadır

 

2014-cü ildə beynəlxalq təşkilatların xətti ilə Azərbaycanda

təşkil olunan tədbirlər də bunu təsdiqləyir

 

 2014-cü il respublikamızın tarixində bir sıra əlamətdar hadisələrlə yadda qalacaq. Əvvəlki illərdə olduğu kimi, keçən il də həm daxili, həm də xarici siyasətdə uğurlu addımlar atılmış, ölkəmizin dünya birliyində reytinqinin yüksəldilməsi istiqamətində əhəmiyyətli hadisələr baş vermişdir. Xarici siyasət sahəsində qazanılan uğurlar ölkəmizin dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir.

 

Respublikamızın beynəlxalq aləmdəki əlaqələrinin getdikcə genişləndirilməsini prioritet vəzifə kimi qarşıya qoyan Prezident İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin 2014-cü ildə keçirilmiş beşinci müşavirəsində ölkəmizin xarici siyasətinin prinsipial və ardıcıl surətdə aparıldığını və Azərbaycan diplomatiyasının inkişaf dövrünü yaşadığını qeyd edərək, bu istiqamətdə mühüm tapşırıqlar vermişdir.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən xarici siyasət beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi əsasında, dövlətlərarası münasibətlərdə qanunun aliliyi və dövlətlər tərəfindən öz öhdəliklərinə riayət edilməsi kimi məsələləri təşviq edib. Bütün bunların nəticəsi olaraq hazırda ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur və bizimlə sıx əməkdaşlıq etmək istəyən tərəfdaşların sayı getdikcə artır. Bunu ölkə başçısının 2014-cü ildə keçirdiyi görüşlər və xarici ölkələrə səfərləri də təsdiqləyir. Keçən il Azərbaycan Prezidentinin səfərləri, görüşləri və beynəlxalq tədbirlərdə iştirakı əvvəlki illərlə müqayisədə xeyli zəngin olmuşdur. Bu tədbirlər ölkəmizin beynəlxalq aləmdə reytinqini daha da yüksəltmiş, nüfuzunu artırmış və əlaqələrini möhkəmləndirmişdir. Azərbaycan Prezidenti müxtəlif ölkələrə 15-ə yaxın rəsmi səfər etmiş, həmçinin 10-a yaxın beynəlxalq tədbirdə iştirak etmişdir. Bu səfərlərin əksəriyyəti Avropa ölkələrinə həyata keçirilib.

İlin ilk ayından başlayaraq sonuna qədər dövlətimizin başçısı xarici siyasət sahəsində mühüm görüşlər keçirmiş, ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli tədbirlərdə iştirak etmişdir. Yanvar ayının 14 -15-dən Belçika Krallığında işgüzar səfərlə başlayan tədbirlər silsilə halında davam etdirilmişdir. Həmin səfərlərə diqqət yetirdikdə ölkə başçısının qrafikinin necə gərgin olması bir daha özünü büruzə verir. Bu səfər çərçivəsində Azərbaycan Prezidenti müxtəlif təşkilatların rəhbərləri ilə dörd görüş keçirmişdir. Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort, NATO-nun baş katibi Anders Foq Rasmussen, NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşmüşsonda mətbuat konfransında iştirak etmişdir. Bundan bir həftə sonra isə Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə işgüzar səfərdə olmuşdür. Bu səfər çərçivəsində ölkə Prezidentinin gündəlik qrafiki daha gərgin və zəngin olmuşdur. Azərbaycan Prezidenti Davosda səfərdə olarkən iki gün ərzində 17 görüş keçirmişdir. Holcim”, “Airbus Group International”, “Swiss Re”, “Philips”, “Hewlett-Packard”, “GDF Suez”, “Microsoft International” şirkətlərinin nümayəndələri, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti və digər dövlətlərin nümayəndələri ilə keçirilən görüşlərdə əsas məqsəd ölkəmizin iqtisadi qüdrətinin daha da artırılması, Azərbaycana yeni investorların cəlb edilməsi, həmçinin ikitərəfli əməkdaşlığın yeni müstəviyə qədəm qoyması olmuşdur.

Göründüyü kimi, 2014-cü ilin ilk ayından dövlət başçısı İlham Əliyev çox gərgin fəaliyyətə başlamışdır. Bir-birini əvəz edən görüşlər, səfərlər və beynəlxalq tədbirlərə qatılmaq uğurlu daxili siyasətimizin davamı olaraq müstəqil, prinsipial, çevik və ardıcıl xarici siyasətimiz milli maraqlarımıza xidmət etmiş və Azərbaycanı dünya birliyində söz sahibinə çevirmişdir.

Qeyd edək ki, 2014-cü il beynəlxalq münasibətlər sistemində ziddiyyətlər və hərbi-siyasi bloklara bölünmə kimi meyillərin dərinləşməsi ilə yadda qalmışdır. Bütün bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına təsir göstərə bilməyib. Əksinə, nüfuzlu beynəlxalq qurumlar öz tədbirlərini Azərbaycanda keçirməyə üstünlük veriblər. Respublikamıza olan bu inametimad bir daha təsdiqlədi ki, bu gün Azərbaycan postsovet məkanında, yəni Sover İttifaqının süqutundan sonra yaranan müstəqil dövlətlər içərisində, heç bir problemi olmayan, sürətlə inkişaf edən, beynəlxalq aləmdə reytinqi getdikcə artan bir dövlətdir. Dünyanın tanınmış ekspertləri də təsdiqləyirlər ki, postsovet ölkələri ilə müqayisədə Azərbaycan iqtisadi, siyasi, hərbi, mədəni, idman və digər sahələrdə əməkdaşlıqla bərabər, beynəlxalq aləmdə öz mövqeyini gündən-günə möhkəmləndirir.

Ötən ilin yadda qalan hadisələri sırasına dövlət başçımızın Macarıstana səfəri, iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişlənməsinə və dərinləşməsinə təkan verəcək mühüm bir bəyannamənin imzalanması da daxildir. Bundan bir gün sonra reallaşan İran İslam Respublikası Prezidentinin Bakıya səfəri də əlamətdar hadisə kimi dəyərləndirilməlidir. Bu səfər çərçivəsində Azərbaycan və İran prezidentləri arasında mühüm bəyannamə imzalanmışdır. Ekspertlərin fikrincə, həmin sənədlər çox böyük əhəmiyyət kəsb edir. Çünki bəyannamə bu ölkələrin əməkdaşlıq edəcəyi bütün sahələri əhatə edir. Xüsusilə, ölkəmiz üçün vacib olan odur ki, hər iki bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsi, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, zor işlətməməklə həlli və digər amillər açıq-aydın formada özünü göstərir. Bu səfərlər zamanı elə bir sahə olmadı ki, həm Azərbaycanla Macarıstan, həm də Azərbaycanla İran arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi, müzakirə aparılmasın. Ötən il Azərbaycan Prezidentinin İtaliyaya səfəri zamanı da İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıqla bağlı bəyanat qəbul edilmişdir.

Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyündən və müxtəlif vaxtlarda bu quruma sədrliyindən sonra xarici siyasətimizin coğrafi ölçüləri daha da genişləndi. Bundan sonra qlobal proseslərə təsir imkanlarımız xeyli artdı. Latın Amerikası ilə bərabər, AsiyaAfrika istiqamətləri üzrə ikitərəfli əlaqələrimizin inkişafı üçün əlverişli imkanlar yarandı. Bu regionlarda yeni diplomatik təmsilçiliklərimizin yaradılması, dövlət və hökümət başçılarının qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin gələcək inkişafının təməlini qoydumövqeyimizin möhkəmlənməsinə əsaslı təsir göstərdi.

Dövlət başçısının həyata keçirdiyi məntiqli siyasətin nəticəsidir ki, hazırda paytaxt Bakı regional çərçivədə biznes, mədəniyyət, idman mərkəzi kimi statusları ilə bərabər, qlobal problemlərin müzakirə olunduğu diplomatik paytaxt statusunu qazanmaqdadır.

2014-cü ilin ən yaddaqalan hadisələrindən biri də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi oldu. Ölkəmiz 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib. Bu müddət ərzində Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərilmiş, qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq edilmişdir.

Ölkəmizin sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, dövlətlərin üzləşdikləri təhdidlər, respublikamızın müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilmişdir. Həmin prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilmişdir.

Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı əməkdaşlığı dövlət başçımızın diqqət mərkəzində saxladığı prioritet vəzifələrdən olub. 2014-cü ildə də bu sahədə qətiyyətli addımlar atılmış və əlaqələrimiz daha da möhkəmlənmişdir. Bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin özəyini təşkil edib. Şərq Tərəfdaşlığı və Avropa İttifaqı ölkələrinin Vilnüs Zirvə toplantısı, ondan sonrakı dövrdə imzalanmış ikitərəfli sənədlər, həmin sənədlərin icrası istiqamətində aparılan ölkəmizin bu qurumla əməkdaşlığının əsas tərkib hissəsinə çevrilib. Avropa Komissiyasının sabiq sədri Joze Manuel Barrozunun iyunun 14-də ölkəmizə rəsmi səfəri zamanı Azərbaycanın Avropa İttifaqı proqramlarında iştirakına dair imzalanmış protokol müvafiq dövlət qurumlarında kadr potensialının gücləndirilməsinə, iqtisadi, mədəni və humanitar sahədə təcrübə mübadiləsinə şərait yaradan mühüm sənəd olmuşdur.

Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın inkişafı üzrə xarici siyasət kursu uğurla davam etdirilib. Azərbaycanın Aİ-yə üzv ölkələrlə geniş əlaqələri rəsmi Bakının bu təşkilatla münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan fəaliyyətə təkan verib. Belə ki, bu ölkələrlə fərdi qaydada siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə genişləndirilən dialoq Aİ ilə əməkdaşlıq gündəliyinin zənginləşdirilməsi və bərabərhüquqlu tərəfdaşlığın inkişafı istiqamətində aparılan işə müsbət töhfə verib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın özünü etibarlı tərəfdaş kimi təsdiq etməsi, eləcə də Aİ-də strateji tərəfdaşlarının sayının artması Azərbaycanın bu təşkilatla əməkdaşlığının strateji ruhda köklənməsini zəruri edib.

2014-cü il ərzində Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi qarşıya qoyulan prioritet vəzifələrdən olub. Bu məqsədlə birgə hökumətlərarası iqtisadi komissiyanın 18 və işçi qrupun 2 iclası keçirilib. İclaslarda Azərbaycanın bu ölkələrlə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, informasiyatelekommunikasiya texnologiyaları, kənd təsərrüfatı və aqrar sənayesi, turizmelmi-texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə konkret razılaşmalar əldə olunub və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib. Bununla yanaşı, Azərbaycanın bir sıra mühüm ölkələrlə keçirdiyi hökumətlərarası iqtisadi komissiyaişçi qruplarının iclasları zamanı qəbul olunmuş sənədlərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və işğal altında olan digər ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması məqsədilə həmin ölkələrlə birgə səylərin aparılması üzrə razılıqlar əldə edilib.

Ümumilikdə, 2014-cü ili xarici siyasət sahəsində uğurlar ili kimi də dəyərləndirmək olar. Dövlət başçısının ilin bütün aylarında gərgin qrafiki olmuş, bəzi aylarda o, 15-dən çox tədbirdə iştirak etmişdir. Bütün bunlar Azərbaycanın dünya birliyində mövqelərinin getdikcə möhkəmləndirilməsinə zəmin yaratmışdır.

 

Əliqismət  BƏDƏLOV

 

Xalq qəzeti.- 2015.- 7 yanvar.- S.4.