Azərbaycanda turizm sektoru iqtisadi uğurun

açarı kimi : problemlər mülahizələr

 

Müasir dünyamızda turizm istənilən ölkənin milli dəyərlərindən birinə çevrilib. Ölkə iqtisadiyyatına çox böyük həcmdə gəlir gətirən turizm sektoru istər milli mənfəətə, istərsə ölkənin dünyada tanınmasına ciddi təsir göstərməkdədir. Müasir dövrdə ölkələrin turizm siyasəti:

 

- Turizmin inkişafı üçün yeni imkanlar, hədəflər mümkünlüklər ortaya qoyur;

- iqtisadi hədəfə istiqamətlənir turizmdən gələn iqtisadi faydaları ən yüksək həddə çatdırmağa istiqamətlənir;

- turizm sahəsində mövcud olan psixoloji sosial maneələri, fərqli fikir davranışları tənzimləyir;

- turizm sektorunda mövcud problemlərin müəyyənləşib, qarşısının alınmasına qismən yardım edir.

Turizm sektorunun inkişafı üçün 3 şərtin olması vacibdir:

- mövcud təbii-coğrafi şərait, yəni zəruri infrastruktur (cəlbedici, tarixi, maraqlı məkanların olması);

- yüksək xidmət;

- münasib qiymət.

Bu gün, Azərbaycan üçün əsas hədəf neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunmasıdır. Neft tükənən,bərpa olunmayan təbii sərvətdir. Bu baxımdan, bu zəngin təbii sərvətdən son dərəcə səmərəli şəkildə, qənaətlə istifadə olunmalıdır. Ulu öndər Heydər Əliyev çıxışlarında daim bəyan etmişdir ki, neft təkcə indiki nəsillərə deyil, həm də gələcək nəsillərə məxsusdur.

Respublikamızda iqtisadiyyatın yalnız neft amilindən asılılığının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. Bu istiqamətdə turizmin inkişafı ayrıca qeyd olunmalıdır. Məlumdur ki, ölkənin turizm potensialının inkişafı təsərrüfatın bütün sahələrinə təsir göstərir və onların inkişafını stimullaşdırır. Azərbaycan Respublikasında tətbiq olunan turizm siyasəti iqtisadi inkişafa yönləndirilir.

 

Azərbaycan turizmi və özəllikləri

 

Məhz kontinentlərin və əlaqələrin yaranışından bu günə kimi dünyanın vacib keçid bölgəsi rolunda çıxış etməsi qədim mədəniyyətlərin beşiyi olması və bu təsirin iz qoyduğu fərqlilik, zənginlik respublikamıza turizm ölkəsi kimi böyük üstünlük bəxş etmişdir. Ölkəmizin hər bölgəsində fərqli təsirlərin, zəngin gözəlliklərin şahidi olmaq mümkündür. Azərbaycan yalnız qədim, antik mədəniyyəti ilə deyil, həm də müasirliyi ilə fərqlənir. Ölkəmizi gözəlləşdirən və özəlləşdirən amil budur. Bir sözlə, Azərbaycan həm coğrafi mövqeyi və iqlimi, həm də sahib olduğu təbii sərvətləri baxımından böyük üstünlüyə malikdir.

Azərbaycanın turizm sektorunda mövcud problemlər və onların həlli yolları barədə təkliflərimiz:

1) Ölkə turizminin ən böyük problemlərindən biri səriştəsiz təqdimatıdır:

Azərbaycanın zəngin təbii-coğrafi durumunun layiqli və düzgün şəkildə tanıdılması turizmdə yüksəlişi təmin edən əsas amillərdəndir. Nəzərə almaq lazımdır ki, 2012-ci ildə Eurovisiona ev sahibliyi edən ölkəmiz maksimum potensialını nümayiş etdirmək üçün imkan qazandı. Yeni bir imkan isə 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Olimpiya Oyunları ilə reallaşacaq. Lakin bu iş müvəqqəti, dövri xarakter daşımamalıdır. Davamlılığı təmin etmək, turist axınını kütləviləşdirmək vacibdir. Bunun üçün isə hər il Azərbaycanın turizm imkanlarını dolğun şəkildə təqdim edəcək, turist maraqlarına xidmət edəcək məlumatlandırıcı proqramlarının hazırlanması vacibdir. Artıq dövlətin sosial və iqtisadi həyatının mühüm hissəsinə çevrilmiş turizm sektorunun daha sürətli inkişafı, rəqabətqabiliyyətliliyi və yüksək gəlir əldə edilməsi üçün plan hazırlanması olduqca zəruridir. Bu iş dövlət və özəl sektorun birgə fəaliyyətini tələb edir. Bu işi məqsədyönlü və ardıcıl şəkildə aparmaq üçün turizmdə məlumatlandırıcı proqramlara nəzarət edən qurumun yaranması vacibdir.

2) Kadr çatışmazlığı:

- turizm sektorunda ölkəmizin üzləşdiyi vacib problemlərdən biri də məhz bu sektorda xidmət edən ixtisaslı mütəxəssislərin azlığı problemidir. Turizm sektoru ilə əlaqəli biliyi olan işçi tapmaq olduqca çətindir. Ölkəmizdə turizmlə bağlı təhsil qurumlarının kifayət qədər olmaması problemin həllini çətinləşdirir. Bu baxımdan turizm personalının mütəmadi olaraq kurslara göndərilməsi, maarifləndirilməsi, vaxtaşırı treninqlərin keçirilməsi problemin həllinə təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, son illər ərzində dövlət tərəfindən mütəmadi şəkildə keçirilən kursların, treninqlərin şahidi olmaq mümkündür. Belə kursların regionlarda da aktiv və daimi şəkildə təmin olunmasını təşkil etmək lazımdır. Təkzibedilməz faktdır ki, bu gün dünyada ən vacib sektorları belə geridə qoyan, bacasız sənaye olaraq adlandırılan turizm işsizliyin aradan qalxmasının ən təsirli dərmanlarından biri hesab olunur.

3) Əyani vəsaitlərin azlığı:

ölkəyə gələn turistlər Azərbaycanla tanış olmaq üçün kifayət qədər əyani vəsaitlərə malik deyillər. Bu problemin həllində əsas vasitə ilk növbədə turist xəritələrinin təşkil olunması, səyahət ediləcək şəhər, rayon, kənd haqqında ətraflı məlumatların müxtəlif dillərdə turist kitabçalarının, broşurların çap olunaraq turistlərə paylanmasıdır.

4) Turizm obyektlərində qiymətlərin baha olması:

- turizm sektorunun inkişafına əngəl törədən ən vacib problemlərdən biri məhz mövcud qiymətdir. Məsələn, Azərbaycanda nəqliyyat xərcləri də daxil olmaqla turistin 1 həftəlik dincəlməsi üçün xərclər qonşu Gürcüstanla müqayisədə təxminən 60 faiz, Türkiyəylə müqayisədə təxminən 40 faiz bahadır. Bu isə ölkənin daxili turizmin inkişafına ciddi əngəl törədir. Məhz buna görə də yerli turistlər də səyahət üçün ölkə daxilini deyil, əsasən qonşu ölkələri (Gürcüstan, Türkiyə və s) seçirlər. Bu da öz növbəsində vətəndaşlarımızın qonşu ölkələrin turizm sektoruna maliyyə vəsaitini yönəltməsi, ölkənin turizm imkanlarından tam istifadə edilməməsi deməkdir. Bu problemin həlli üçün əsas vasitə məhz dövlət dəstəyinin daha da artırılmasıdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə də nəzər salsaq, görərik ki, bu ölkələrdə turizmin daha keyfiyyətli, cəlbedici və rəqabətqabiliyyətli olması üçün dövlət tərəfindən müxtəlifyönlü dəstəkləyici tədbirlər həyata keçirilmişdir (aşağı dəyər vergisinin tətbiq olunması, turizm obyektlərinin xərclərinin azaldılması və s.). Turizm sektorunda fəaliyyət göstərən şirkətlərdən 18 faiz həcmində əlavə dəyər vergisinin tutulması onların xərcini daha da artırır, eyni zamanda, həmin şirkətlərin də yerlixarici tursitlərə daha yüksək məbləğ dəyərində xidmət təklif etməsinə səbəb olur. Bu sahədə dövlət tərəfindən müəyyən həvəsləndirici güzəştlərin edilməsi zəruridir.

5) Turizm xidmətlərinin zəif elektronlaşması:

turizm sektorunda əsas problemlərdən biriturizm xidmətlərinin zəif elektronlaşmasıdır. Xüsusilə elektron əsri kimi xarakterizə olunan müasir dövrümüzdə elektron xidmətlərin fəaliyyətini daha da zəruri edir. İstər yerli, istərsə də əcnəbi turist səyahət edəcəyi şəhər, kənd, orada yerləşən turizm obyektləri, turizm xidmətləri haqqında əvvəlcədən elektron məlumat toplamağa çalışır. Azərbaycanda isə xüsusilə regionlarda fəaliyyət göstərən turizm obyektlərinin rəsmi internet səhifələrinin olmaması, kifayət qədər məlumatla zəngin materialların tapılmaması növbəti problemi doğurur. Bu işdə həll yolu ilk növbədə hər bir turizm obyektinin elektron məlumat bazasının formalaşması, xidmətlər haqqında ümumi məlumatın əks olunması, turizm obyektinin yeri, region haqqında dolğun informasiyanın çatdırılması, şəkillərin paylanması, öncədən xidmət haqqının ödənilməsini mümkünləşdirməkdir.

6) Turizmin bir istiqamət üzrə cəmləşməsi:

hər nə qədər alternativ turizm imkanları artsa da Azərbaycanda turizm əsasən bir nöqtə üzrə kəskinləşir. Respublikamızda tək şəhər turizminin deyil, rayon, kənd turizminin inkişafı üçünpotensial vardır. Ələlxüsus, şəhərdənkənar ərazilərdə füsunkar təbiət, təmiz, sakit hava ekoloji turizmin (dağ turizmi, su turizmi, veloturizms.) formalaşmasına imkan yaradır. Bu istər yerli, istərsə də əcnəbi turistlər üçün daha cəlbedicidir. Daxili turizm ölkəmizdə tam təkmilləşmiş bir sahə deyildir. Lakin daxili turizm tarixi-mədəni dəyərlərin öyrənilməsi, zəif inkişaf etmiş bölgələrimizin iqtisadi canlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzi iqtisadi problemlər, həmçinin təhsil səviyyəsi, səyahət mədəniyyətinin tam formalaşmaması daxili turizmə əngəl törədir. Avropa ölkələrində daxili turizm xarici turizmin alternativi deyil, tamamlayıcısı rolunu oynayır. Bizim ölkəmizdə isə daxili turizm xarici turizmə alternativ olaraq qiymətləndirilir. Problemin həllinə təsir göstərəcək amillər: ölkədaxili səyahət bazarının formalaşdırılması, təhsil səviyyəsinin yüksəldilməsi (məktəblərdə ölkənin turizm tarixinə dair dərslər təşkil etməklə maraq oyatmaq), qiymətlərin əcnəbi turistlərə nisbətdə əlverişli təqdim olunması, əhalinin rahatucuz istirahətinin təmin olunması üçün ölkə ərazisində turizm müəssisələrinin sayının çoxaldılması, ödəmənin asanlaşdırılması və s. Avropa ölkələrində mənimsənilmiş hər kəs üçün turizm prinsipi Azərbaycana da şamil olunmalıdır. Məsələn, fransızların 90,6 faizi tətil üçün öz ölkələrini seçir. Fransada turizm bazarının 65 faizini, İtaliyada da 65 faizini, Almaniyada isə 47 faizini daxili bazar formalaşdırır.

2008-ci ildə Avstraliya hökuməti tərəfindən irəli sürülən dünya böhranı ilə əlaqədar iqtisadi problemlər yaşayan turizm sektorunu dirçəltməyə yönələn Tətil yoxdursa, həyat da yoxdur(no leave, no life) kampaniyası Avropa Birliyi ölkələri tərəfindən də böyük maraqla qarşılanmışdı. Avstraliya Turizm Nazirliyi ölkədaxili turizmi canlandırmaq məqsədilə tətilə çıxın şüarı altında kampaniyaya başlanılmasını təklif etmişdi.

Beləliklə, sadalanan strateji planmalardan istifadə etməklə, turizm sektorunda üzləşdiyimiz bir istiqamətli problemlərin həlli sahəsində qabaqcıl dünya təcrübəsini dərindən öyrənməli və tətbiq etməliyik.

7) Dövlət-özəl sektor əlaqələrinin zəifliyi;

turizm sektorunun formalaşmasında ən önəmli vəzifə məhz dövlətin üzərinə düşür. Bunu əyani şəkildə belə bir misalla göstərə bilərik: əgər turizm sektorunda özəl sektor ağacın gövdəsidirsə, dövlət ağacın kökü rolunu oynayır. Əgər ağacın kökü möhkəm və davamlıdırsa, gövdə də tez və güvənli şəkildə böyüyəcəkdir. Bu baxımdan turizmin böyüməsi üçün lazımi infrastrukturun qənaətbəxş səviyyəyə çatdırılmasında həm özəl sektorun, həm də dövlətin üzərinə böyük məsuliyyət düşür. Bunun üçün birgə fəaliyyət planının hazırlanması, qarşılıqlı fəaliyyətin və güzəştlərin reallaşması zəruridir.

Niyə məhz Azərbaycan? Azərbaycan nə üçün turist axınının diqqət mərkəzində olmalıdır? Bu suala ən dolğun və sadə formada aşağıdakı şəkildə cavab verə bilərik:

- əlverişli təbii-coğrafi şərait;

- tarixi qədim və zəngin mədəniyyətlə müasirliyin vəhdəti;

- mövcud siyasi sabitlik, cəmiyyətdə hökm sürən tolerantlıq;

- tarixi qonaqpərvərlik, humanistilik.

 

Azərbaycan turizminin inkişaf tarixi

və gələcək üçün strateji təkliflər planı

 

İlk səyahətlər əsasən ticarət, dini, iqtisadi amillərlə bağlı olmuşdur. İnsanlar yeni yerlər kəşf etmək, görmək, tanımaq, yeni təcrübələr qazanmaq, fərqli insanlar, fərqli mühit, fərqli davranış normaları ilə tanış olmaq, öz mədəniyyətlərini inkişaf etdirmək məqsədilə səyahətlərə çıxmışlar. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkəti ilk səyahətlər hesab olunur.

Azərbaycanın əlverişli təbii-coğrafi şəraiti, zəngin yeraltı və yerüstü sərvətləri hər bir tarixi dövr üçün aktual qiymətləndirilmişdir. Əvvəla, Şərqlə Qərb arasında körpü rolunu oynaması, zəngin tranzit potensialına malik olması, geostrateji mövqe Azərbaycanın istər-istəməz mühüm ticarət məkanı, əlçatan ölkə və qovşaq olmasını şərtləşdirirdi. Digər tərəfdən, Azərbaycan Böyük İpək yolu üzərində yerləşən mühüm dayanacaq mərkəzi kimi tanınırdı. Qədim atəşpərəstlik məbədləri, xüsusilə uzun illər ərzində zərdüştlərin ibadətgahına çevrilmiş Atəşgaha çoxsaylı ziyarətlər Azərbaycanda inanc turizminin əsası hesab olunur. Həmçinin, təbii sərvətlər, qara qızılla zəngin torpaqlar ölkəmizə marağı daha da artırırdı. Sadalanan amillər hələ qədim dövrlərdən bəri Azərbaycanı səyyah və tüccarlar, müxtəlif təbəqədən olan insanlar üçün cəlbedici edirdi. Bütün bunları özündə ehtiva edən həm ziyarət, həm ticarət atalar sözüeyni mənbədən qaynaqlanır. Həmin tarixi ənənə əsrlər boyu davam etmişdir. Sovet dönəmində də Azərbaycan turizm potensialı yetərli respublika olsa da bundan istifadə edilməmişdir.

Eyni zamanda, tarixən milli mentalitetimizə xas olan qonaqpərvərlik müəyyən mənada turizmdən faydalanma imkanlarımıza əngəl törətmişdir. Belə ki, milli şüurumuzda əksini tapmış əvəzsiz xidmət prinsipi turizmdən mənfəət üçün deyil, gələn qonaqların rifahı naminə istifadəyə yönəlmişdir. Yəni, Azərbaycan daha çox istifadə edilən tərəf qismində çıxış etmişdir. Bu isə turizmin inkişafına əks göstəricidir. Unutmaq olmaz ki, turizm əlverişli biznes növüdür. Turizm üzrə qabaqcıl olan ölkələrin təcrübəsinə nəzər yetirsək, bu ölkələrdə turizmin daha çox iqtisadi mənafeyə xidmət etdiyini görərik. Ola bilsin ki, ölkə mentaliteti səxavət və qonaqpərvərlik kimi keyfiyyətlərdən uzaqdır, lakin turizm potensialı onu başlıca kurort zonasına çevirir. Məhz bu problemdən doğan səbəbdir ki, Azərbaycan turizm ölkəsi kimi tanınmır və bu sahədə ölkəmizin inkişaf tarixini əks etdirən baza, demək olar ki, yox dərəcəsindədir. Bunun üçün, ilk növbədə, lazım olan qızıl ortanı müəyyənləşdirməkdir. Turist xidmətləri, ölkəmizə gələn qonaqlar üçün qiymət tarifi dəqiq müəyyənləşməli, aşağı, yaxud ifrat qiymətləndirmə tətbiq olunmamalıdır. Yəni bizə turist lazımdır, istər yerli, istərsə də xarici. Bu, həm ölkəmizin daha yaxşı, real şəkildə tanınması, həm də iqtisadi gəlirə yararlı xidmət üçün nəzərdə tutulmalıdır. Turistin ölkəmizdə qarşılaşdığı ab-hava, xoş təəsürat, qonaqpərvərlik, humanistlik isə turizmin davamlı inkişafına imkan yaratmalıdır.

Əslində, dünya gözəlliklərini görmək və bu görüntüdən həzz almaq bütün dünya vətəndaşlarının məxsusi bir haqqıdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin13-cü maddəsində də bildirildiyi kimi , turist və ziyarətçilər, dövlət və dövlətlərarası hüquqlara uyğun olaraq öz ölkələri içində və ya ölkələr arasında səyahət etmək azadlığına malikdirlər. Ölkəmizin turizm tarixinin qədim və kaloritli olmasına baxmayaraq, bu sahənin inkişaf istiqamətlərini, mahiyyət və rolunu özündə əks etdirən mövcud hüquqi baza qənaətbəxş deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsində istirahət hüququ əsas insan və vətəndaş hüquqlarından biri kimi təsdiq olunmuşdur. Lakin turizm qanunvericiliyində əsas boşluqlardan biri məhz dövlətin əsas qanunu hesab olunan Konstitusiyamızda turizmin iqtisadi inkişafa yönələn bir gəlir sahəsi kimi qeyd olunmaması, səyahət hüququ ilə bağlı heç bir maddənin əksini tapmamasıdır. Bir çox dövlətlərin Konstitusiyalarında ( məsələn, qonşu Türkiyə) səyahət hüququ vətəndaşların təbii hüquqlarından biri kimi öz təsdiqini tapmışdır. Həmçinin, yerlixarici turistlərin hüquqları çoxsaylı normativ aktlarda əks olunmuşdur. Lakin Azərbaycan qanunvericiliyində bununla bağlı norma geniş şəkildə əks olunmayıb. Mövcud qanunvericilikdəki boşluqlar turizm sektorunda sui-istifadə hallarının ( süni qiymət artımı, turist hüquqlarının pozuntusus.) yaranmasına gətirib çıxarır.

Yuxarıda sadalanan problemlərin həllində əsas vasitə mütəşəkkil normativ-hüquqi bazanın yaradılmasıdır. Bu baza ölkədə turizm siyasətinin perspektivlərini, mahiyyətini, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsini, mövcud turizm potensialının beynəlxalq aləmdə tanınmasını, yerlixarici turistlərin hüquqlarını, dövlət və özəl sektor əlaqələrini tənzimləyən hüquqi normaları ehtiva etməlidir.

Qeyd olunmalıdır ki, son illər ərzində Azərbaycanda turizm qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir. Turizmin inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar, aparılan islahatlar məhz ölkənin turizm imkanlarından səmərəli şəkildə yararlanması, Azərbaycanın dünyada yalnız neft ölkəsi kimi deyil, eyni zamanda zəngin turizm potensialı, əlverişli coğrafi mühitin hakim olduğu bir dövlət kimi tanınması məqsədini daşıyır. 2010-cu ildə 2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramının qəbul olunması, Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda Turizm ili elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq və icra olunması nəticəsində ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoymuşdur. Bununla belə, yenə də müəyyən istiqamətlərdə boşluqlar özünü göstərir. Baxmayaraq ki, Azərbaycan 23 illik qısa tarixi müstəqilliyə və faktiki müharibə şəraitinə malik bir dövlətdir, artıq tarixi minillərə dayanan turizm potensialının reallaşması vaxtıdır. Bunun üçün də çalışmalıyıq ki, Azərbaycanın məhz zəngin, çoxəsrlik, özünəməxsus turizm dəyərlərini layiqincə dünyaya tanıdaq. Əvvəl evin içi, sonra çölü prinsipini tətbiq edərək, daxili turizm imkanlarını artırmalı, qanunvericilikdəki boşluqları tənzimləməli, problemlərin həlli yollarını müəyyənləşdirməliyik.

Eyni zamanda, Turizmin İnkişafına dair Strateji Plan hazırlanmalıdır.

Turizm sektoru, obrazlı ifadə etsək, bir növ ölkələrarası əlaqələrə barış, dostluq duyğusunu qataraq, həm iqtisadi, həm sosial, həm siyasi inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Əgər beynəlxalq arenada söz sahibi olan ölkə olmaq istəyiriksə, ilk öncə güclü dövlətlər və millətlərlə qlobal yaxınlaşmanı təmin etmək lazımdır.

Ümumdünya Turizm Təşkilatı 2020-ci ildə bütün dünyada 1 milyard 600 milyon insanın turist şəklində səyahət edəcəyini, bu turistlərin 2 trilyon dollardan artıq xərcləyəcəyini proqnozlaşdırır. ÜTT-nin məlumatlarına görə dünya əhalisinin 3,5 faizi hərəkət halında olacaq. Bizim üçün əsas hədəf bu imkandan maksimum şəkildə yararlanmaq, gələcək illərdə Azərbaycanın turizm ölkəsi kimi tanınmasına nail olmaq, çoxsaylı turist axınını ölkəmizə cəlb etməkdir.

Ölkəmizin uğurlu gələcəyi naminə turizmə dəyər verək və dəstəkləyək!

 

Nailə MƏMMƏDOVA

Azerbaijan Realities

analitik təhlil qrupunun üzvü

 

Xalq qəzeti.- 2015.- 9 yanvar.- S.5.