Milli Kitabxanaya 5000

kitab hədiyyə edilmişdir

 

Bu yaxınlarda M. F. Axundzadə adına Azərbaycan  Milli Kitabxanasında Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Dr.Əhməd Sami Elaydy ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşmüşdür.

 

İşgüzar məqsəd daşıyan görüşdə Azərbaycan və Misir respublikalarının qarşılıqlı mədəni əlaqələrindən, Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxanasının uzun illər davam edən səmərəli əməkdaşlığından söhbət açılmış və bu əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Daha sonra Misir Ərəb Respublikasının Mədəniyyət Mərkəzinin müdiri Dr.Əhməd  Sami Elaydy ərəb dilində müxtəlif mövzularda  beş minə yaxın kitabın elektron versiyasını və  Misir  Ərəb Respublikasının mədəniyyətini əks etdirən kitabları  Milli Kitabxanaya hədiyyə etmişdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 14 yanvar.- S.7.