“Azərbaycanın görkəmli şəxsiyyətləri”

seriyasından yeni biblioqrafiya

 

Görkəmli şair, yazıçı-publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucov çoxşaxəli yaradıcılığı və mükəmməl, fərqli poetik xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında və ümumilikdə ictimaiyyətində özünəməxsus yerə malik bir şəxsiyyətdir.

 

M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanası belə görkəmli şəxslərin geniş ictimaiyyətə təqdim edilməsində, əsərlərinin təbliğində zəngin bilik xəzinəsi kimi hər zaman öz imkanlarını əsirgəməyib.

Kitabxanadan AzərTAc-a bildirilib ki, 2014-cü ildə Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından geniş ictimaiyyətə təqdim edilən növbəti mükəmməl biblioqrafik informasiya mənbəyi Hidayət Orucovun biblioqrafiyasıdır. Onun haqqında 2001-ci ildə tərtib edilmiş ilk biblioqrafiyadan fərqli olaraq bu vəsait daha da təkmilləşdirilmiş, ədibin gəncliyindən başlamış bu günə kimi geniş ədəbi, ictimai-siyasi fəaliyyətini işıqlandıran materiallar toplanıb.

Biblioqrafik göstəriciyə kitabxanaşünasalim, professor Kərim Tahirovun yazdığı “Həyatın, zamanın fövqündə gedən sənətkar” başlıqlı “Ön söz”də ədibin şəxsiyyəti, ədəbi yaradıcılığı , ictimai-siyasi fəaliyyəti geniş təhlil olunub.

Biblioqrafik vəsaitdə “Hidayətin həyat və fəaliyyətinin əsas tarixləri”, “Qələm dostları, ədəbiyyat, mədəniyyət xadimləri və oxucuları Hidayət haqqında”, “Əsərləri”, “ Hidayət Orucovun həyat və yaradıcılığı haqqında” bölmələri yer alıb.

Azərbaycan, rusingilis dillərində materialları əks etdirən bu biblioqrafiyada Hidayət Orucovun geniş bir dövrü əhatə edən zəngin poeziyası, dramaturgiyası, nəsri, publisistikası, müxtəlif simpozium, toplantı və konfranslardakı çıxışları, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, haqqında dərc edilmiş məqalə, rəy və məlumatlar müfəssəl şəkildə əks etdirilib.

Yeni nəşrdə Hidayət Orucovun xarici dillərdə nəşr edilən yaradıcılıq nümunələri ilə maraqlanan oxucular da nəzərə alınıb və şairin ingilis, fransız, türk, ərəb, özbək, tat, gürcü, ukrayna, çuvaş dillərində kitablardadövri mətbuatda dərc edilmiş əsərləri haqqında biblioqrafik informasiyalar xronoloji ardıcıllıqla verilib.

Biblioqrafiyanın sonunda oxucuların nəşrdən daha asanrahat istifadəsini təmin etmək məqsədilə Azərbaycan və rus dillərində “Əsərlərinin əlifba göstəricisi”, “Hidayət Orucov haqqında yazan müəlliflərin əlifba göstəricisi”, “Sərlövhə üzrə təsvir edilmiş ədəbiyyatın əlifba göstəricisi” adlı köməkçi vəsait də tərtib olunub.

Özündə zəngin informasiyanı əks etdirən geniş elmi, təcrübi əhəmiyyətə malik bu biblioqrafik informasiya mənbəyi geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Xalq qəzeti.- 2015.- 13 yanvar.- S.8.