Əsas məqsəd Azərbaycanın

milli maraqlarını qorumaqdır

 

Müsahibimiz Avropa Birliyi Şərq Tərəfdaşlığı

Proqramının Vətəndaş Cəmiyyəti Forumunun

həmsədri, iqtisadçı alim Vüqar Bayramovdur

 

Bu gün Azərbaycan ilə Avropa İttifaqı (Aİ)  arasında əldə edilmiş müxtəlif razılaşmalar və proqramlar çərçivəsində iki tərəfin maraqlarına uyğun səmərəlilik və bərabərlik prinsiplərinə əsaslanan normal iqtisadi əlaqələr formalaşmaqdadır. Əgər Aİ ölkəmizin iqtisadi, sosial inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına dəstək olursa, Azərbaycan da Aİ-nin enerji təhlükəsizliyinə töhfəsini verməkdədir.

 

Avropa İttifaqı ilə münasibətlərin hüquqi əsası 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə qoyulub. Növbəti 3 il müddətində bu saziş üzv dövlətlər tərəfindən ratifikasiya edildi və 1 iyul 1999-cu ildə rəsmi olaraq qüvvəyə mindi. TƏS-in imzalanmasında məqsəd ölkəmizin Aİ ilə münasibətlərinin dərinləşdirilməsi və Azərbaycanda qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması idi. Təbii ki, saziş həyatın bütün sahələrini, o cümlədən iqtisadi sahəni əhatə edirdi.

Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ilə Azərbaycan Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edildi. Bu addım ölkəmizin Avropaya inteqrasiyasının sürətləndirilməsində mühüm hadisə oldu. Nəticədə Azərbaycan islahatları sürətləndirməklə vətəndaş, əmtəə, xidmət və kapitalın azad hərəkətini təmin etmək üçün inteqrasiyaliberalizasiya proseslərində iştirak etmək, üzv ölkələrlə güzəştli ticarət əlaqələri, açıq bazar, miqrasiya, investisiyanın stimullaşdırılması, yeni maliyyə mənbələrinə çıxış, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesinin dəstəklənməsi kimi bir sıra üstünlüklər əldə etdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2009-cu ilin may ayında Şərq Tərəfdaşlığı Proqramının təsis edildiyi Praqa Sammitində Avropa Birliyi (AB) ilə birgə anlaşmanı imzalayaraq ölkəmizin Vətəndaş Cəmiyyəti Forumunun formalaşmasında iştirakını təsdiq etdi. Həmin bəyannamənin ölkə başçısı tərəfindən imzalanması Azərbaycanda bu foruma ciddi önəm verildiyini və ölkəmizin sözügedən qurumla birbaşa əməkdaşlıqda maraqlı olduğunu göstərir. Praqada imzalanan anlaşmaya əsasən forumun əsas dörd məqsədi göstərilmişdir: vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığına cəlb olunması, Şərq Tərəfdaşlığına daxil olan 6 ölkədə  vətəndaş cəmiyyəti təşkilatları (VCT) arasında əməkdaşlığın qurulması, vətəndaş cəmiyyətinin hökumətlə dialoqu, AB və 6 tərəfdaş ölkədən olan VCT-lər arasında əməkdaşlıq.

2013-cü ilin noyabrında keçirilən Vilnüs Samitində gənc azərbaycanlı alim Vüqar Bayramov Şərq Tərəfdaşılığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçildi. Bu faktın özü Azərbaycana göstərilən yüksək etimad kimi qiymətləndirilməlidir. Onu da deyək ki, həmsədr seçkisində bütün  Şərq Tərəfdaşılığı ölkələri, eləcə də Avropa Birliyinə üzv ölkələr azərbaycanlı namizədi dəstəklədilər. Bunu həm də Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf göstəricisi kimi qiymətləndirmək lazımdır. Artıq Azərbaycanın vətəndaş cəmiyyətləri institutları Avropanın  aparıcı qurumlarına rəhbərlik edirlər. Bu isə təbii ki, sözügedən sektorda inkişafdan xəbər verir. Bəs ötən bir ildə Vətəndaş Cəmiyyəti Forumunun  fəaliyyətini necə qiymətləndirmək olar? Forumun həmsədri iqtisad elmləri namizədi Vüqar Bayramov dedi:

- Avropa Birliyi Şərq Tərəfdaşılığı Proqramının Vətəndaş Cəmiyyəti Forumu Avropanın vətəndaş cəmiyyəti sferasında əsas qurumlarından biridir. Təbii ki, bu qurumun fəaliyyəti zamanı ölkəmizin maraqlarının qorunması və Azərbaycan həqiqətlərinin doğru və qərəzsiz şəkildə təqdim edilməsi olduqca vacibdir. Qeyd edim ki, 2014-cü ildə ölkəmizə qarşı bir neçə dəfə qərəzli münasibət müşahidə edildi. Məhz bu quruma həmsədrliyim müəyyən mənada həmin qərəzli addımların qarşısının alınmasına kömək etdi.  Əvvəla, Belçikanın Brüssel şəhərində fəaliyyət göstərən katiblik tərəfindən ötən ilin avqust ayının əvvəllərində Azərbaycan Milli Platformasının iştirakı və razılığı olmadan “Azərbaycanda siyasi məhbuslar” adlı qondarma broşüra hazırlanmışdı və ölkəmizdə guya 100 “siyasi” məhbusun olduğu bildirilmişdi.

Həmin sənəd forumun internet səhifəsində yerləşdiriləndən dərhal sonra öz imkanlarımdan istifadə edərək onun yayılmasının qarşısını almağa çalışdım. Bununla da, Azərbaycanla bağlı qondarma broşüranın internet səhifəsindən götürülməsinə nail oldum. Onu da deyim ki,  Azərbaycan Milli Platforma üzvlərinin əksəriyyətinin dəstəyi ilə bu barədə bəyanat qəbul edildi və həmin bəyanatda forum tərəfindən gələcəkdə Azərbaycanla  bağlı hazırlanacaq bütün sənədlərin Milli Platforma ilə razılaşdırılmasının vacibliyi vurğulandı.

Digər tərəfdən, bir sıra beynəlxalq qurumların  ölkəmizlə bağlı hazırlanmaqda olan və Azərbaycanın milli maraqlarına xələl gətirən bir sıra qərəzli bəyanat mətnlərinin qəbul edilməsinin qarşısını ala bildik.  Aydın məsələdir ki, qərəzli bəyanatların  qarşısının alınması ölkəmizlə bağlı həqiqətlərin xaricdə daha geniş yayılmasına və Azərbaycan haqqında doğru rəyin formalaşdırılmasına yardım edir. 2014-cü ildə Vətəndaş Cəmiyyəti Forumunda iştirak üçün keçirilən seçkilər nəticəsində Milli Platformanın tərkibinin müsbət mənada dəyişilməsinə də nail olduq. Nəticədə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Beynəlxalq Avrasiya Mətbuat Klubu, Qadın Konsensus Mərkəzi, Azərbaycan Səhiyyə Əlaqələri Mərkəzi kimi bir sıra aparıcı təşkilatlar forumun işində fəal iştirak hüququ əldə etdi. Bu isə Milli Platformada konstruktiv mövqeyi olanmilli maraqları qoruyan təşkilatların sayının xeyli dərəcədə artmasına gətirib çıxartdı.

Vüqar müəllim, bir sıra ermənipərəst qurumlar artıq neçə ildir ki, qondarma “Dağlıq Qarabaq Respublikası”nın beynəlxalq forumlarda iştirakına çalışırlar...

Çox vacib bir məqama toxundunuz. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda yerləşən “Helsinki Təşəbbüsü-92” adlandırılan qondarma təşkilat 2014-cü ilin noyabrında Gürcüstanda təşkil edilən forumda müstəqil şəkildə iştirak üçün müraciət etmişdir. Forumun İdarə Heyətinin bir sıra üzvlərinin cəhdlərinə baxmayaraq, həmin təşkilatın ərizəsi rədd edildi onun forumda iştirakına imkan verilmədi. Bununla da ermənilərin daha bir məkirli siyasətinin qarşısı alındı. Qeyd edim ki, Milli Platforma ötən ilin avqust ayında erməni separatçılarının Azərbaycan Respublikası Sılahlı Qüvvələrinin mövqelərinə xaincəsinə hucumunu pisləyən bəyanat qəbul etdi həmin sənəd Azərbaycan ingilis dillərində yayımlandı. Sənəddə qeyd edilirdi ki, son günlər Azərbacan ərazisinin 20 faizini işğal etmiş Ermənistan Respublikasının Silhalı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması, Azərbaycan Respublikası Sılahlı Qüvvələrinin mövqelərinə bir neçə istiqamətdə hücumların edilməsi rəsmi Yerevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli səylərinə əngəl olmaq məqsədini niyyətini bir daha nümayiş etdirir.

Bəyanatın müəllifləri beynəlxalq təşkilatları – BMT, Avropa Birliyi, Avropa Şurası, ATƏT, Avropa Parlamenti, AŞPA, ATƏT PA- Ermənistanın təcavüzkar siyasətə son qoyması, müharibə siyasətindən əl çəkməsi, dinc nizamlama prinsiplərinə sadiq qalması üçün  rəsmi Yerevana qarşı sanksiyalar məsələsini müzakirə etməyə çağırmışlar. Milli Platforma olaraq biz ikili standartlar siyasətinin arxa plana keçəcəyinə, sağlam düşüncə ümumavropa təhlükəsizlik maraqlarının ön plana çıxacağına,  birliyin bütün çətinliklərə baxmayaraq sülh siyastənə üstünlük verəcəyinə inanırıq ümid edirik ki, beynəlxalq təşkilatlar tərəfindən Ukraynaya verilən dəstək tezliklə Azərbaycana da göstəriləcəkdir.

Gürcüstanda forumun keçirilməsi  məsələsinə toxundunuz. Bildiyimiz kimi, həmin forumda Çexiya təşkilatı Azərbaycana qarşı qərəzli sərgi keçirməyə  səy göstərmişdir...

- Bu forumda baş verənlər bizlər üçün bir dərs sınaq kimi qiymətləndirilə bilər. Batumi Forumunda baş verənlərə qısaca olaraq yenə münasibət bildirmək istərdim. Çexiyanın “People in Need” təşkilatı Azərbaycan əleyhinə həmin forumda “side event” kimi qərəzli sərgi təşkil etmişdir. Qeyd edim ki, adətən “side event” - proqrama daxil olmayan aksiyalar, sərgilər keçirilirsə, bu, bir ölkə ilə deyil, bir neçə ölkə ilə bağlı olur. Son 6 ildə keçirilən forumlarda ilk dəfə idi ki, bir ölkə ilə bağlı, kifayət qədər stendləri olan sərgi təşkil olunmuşdu. Nəzərə alsaq ki, həmin sərginin təşkil olunması proqramda yox idi, çünki bu, proqrama daxil olan bir hadisə deyil. Ona görə sərginin keçirilməsi ilə bağlı məlumatı forum başlayan gün aldıq. Bir  gün öncə qeydiyyat başladı qeydiyyatdan keçəndə bizə forumun proqramı verilmədi. Hətta proqramı istəyəndə bildirdilər ki, axşam email ünvanına göndəriləcək. Forumun son proqramı bizə tədbir başlanandan bir gün öncə, Batumi saatı ilə gecə 12-də göndərildi tədbir başlayan gün belə bir sərginin təşkil olunması haqda məlumat aldıq. Sayd event”lər İdarə Heyətinin razılığı tələb olunmadan təşkil edilir. Bu baxımdan mən İdarə Heyətinin bütün iclaslarında əvvəlcədən bildirmişdim ki, əgər hər hansı birsayd event”lər  təşkil olunursa, o, bir yox, bir neçə ölkəyə həsr edilsin bununla bağlı iştirakçılara məlumat verilsin.

Sərgi ilə bağlı məlumat aldıqdan sonra mən digər həmsədrlə söhbət etdim. Bu zaman bizim nümayəndə heyəti ilə “People in Need” təşkilatı üzvləri arasında hər hansı qarşıdurma baş verməmişdi. Digər həmsədrə bildirdim ki, bu sərginin keçirilməsi Azərbaycan nümayəndə heyətinin iştirakı üçün problem yaradır. Çünki o, yalnız Azərbaycana həsr olunub, digər ölkələrlə bağlı sərgi yoxdur. Bu isə Azərbaycan nümayəndə heyətinə diksriminativ münasibətin olmasından xəbər verir. Problemi  katibliklə müzakirə etdik. Ancaq ümumi razılığa gələ bilmədik. Nəticədə sərgiyə ciddi etirazımızı bildirdik ölkə əleyhinə olan bəyanatları rədd etdik.

Sərgidə iki böyük yanlışlığa yol verilmişdi: onlardan biri ölkə rəhbərliyinin fotosunun sərgidə nümayiş etdirilməsi, digəri isə həmin sərginin ancaq Azərbaycanla bağlı olması idi. Bu iki böyük yanlışlıq hətta həmin təşkilatın erməniyönlü olub-olmamasını müzakirə etmədən belə deməyə əsas verirdi  ki, ortada Azərbaycana qarşı qərəzli mövqe var. Eyni zamanda, bu sərginin təşkili ilə Vətəndaş Cəmiyyəti Forumunun siyasiləşdirilməsinə cəhdlər oldu. İstənilən məsələdə fərqli fikirlərin olması normaldır. Amma onların əsaslandırılmasına ehtiyac var. Çox təəssüf ki, bəzi hallarda hətta fərqli arqument gətirənlər Azərbaycan nümayəndə heyətinin deyil, həmin sərgini təşkil edənlərin bəyanatları hazırlayanların tərəfində olurlar. Başa düşmürəm, helikopterin vurulması ilə bağlı erməni tərəfinin bəyanatını necə dəstəkləmək olar? Erməni tərəfi helikopterin vurulması ilə bağlı bəyanatında Azərbaycanı birmənalı şəkildə ittiham edirsə, hətta təhqiredici fikirləri bəyanata salırsa, biz o bəyanatın qəbul edilməsinə gözmü yummalıydıq? Məncə, milli məsələlərdə fərqli münasibətlərin olması arzuolunan hal deyil.

Batumi forumu həm vətəndaş cəmiyyəti üçün bir sınaq oldu. Vahid mövqe nümayiş etdirməyimiz imkan verdi ki, Batumidə bu tip cəhdlərin qarşısını alaq.  Eyni zamanda, bu forumda praktik olaraq Azərbaycanın əleyhinə heç bir bəyanat qəbul edilmədi. Hazırlanmış bəyanat nəinki Azərbaycan, eyni zamanda, Gürcüstan, Ukrayna, Belarus, Avropa Birliyindən olan nümayəndə heyətləri tərəfindən rədd edildi.

– Təəssüf ki, Azərbaycana qərəzli münasibət göstərən  insanlar həm ölkə daxilində, həm də xaricdə var. Bu baxımdan 2015-ci ildə fəaliyyətinizi necə quracaqsınız?

Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan bir sıra məsələlərdə qərəzli münasibətlə rastlaşır. O qeyd edib ki, bütün çətinliklərə baxmayaraq Azərbaycan azadlıq, müstəqillik yolu ilə inamla irəliləyir və heç bir qüvvə ölkəni bu yoldan döndərə bilməz. Cənab Prezidentin söylədiyi kimi, qərəzli qüvvələrin olmasına baxmayaraq, Azərbaycanı xaricdə daha yaxşı təmsil etmək və ölkəmizə qarşı olan bütün məkrli addımlara vaxtında cavab vermək bir vətəndaş olaraq bizim üçün  əsas prioritet olacaq. Bu baxımdan, 2015-ci ildə də ölkəmizin milli maraqlarının beynəlxalq arenada qorunması əsas məqsəd olaraq qalacaq.

 

Müsahibəni apardı:

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 18 yanvar.- S.5.