Etibarlı ərzaq təminatı Azərbaycanın

iqtisadi sabitliyinin əsas şərtidir

 

2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan olunmuşdur

 

Kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək,  modernləşdirmək, bu sahədə mövcud problemlərin həllinə sistemlikompleks yanaşmanı reallaşdırmaq, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək  məqsədi ilə Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixdə imzaladığı  sərəncamla  2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ilielan edilib.

 

Həmin sərəncamda bildirilir ki, Azərbaycanda  həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin  təməlini qoymuşdur. Hazırda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklariri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.

Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişlər. Fermersahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.

Hazırda kənd təsərrüfatına yararlı torpaqlardansu resurslarından səmərəli istifadə olunması məqsədilə dövlətin dəstəyi ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır. Samur-Abşeron suvarma sistemi hesabına isə Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır.

Aqrar sektorda son illər görülən işlər ötən ilin 11 ayında meyvə ixracının 12,5 faiz, tərəvəz ixracının 28,6 faiz artırılmasına imkan vermişdir.

Aqrar sektorun inkişafına müsbət təsir göstərən amillərdən biri də özəl bölmənin, sahibkarlığın qayğı və diqqət ilə əhatə olunmasıdır. Dövlət başçısının  “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq ötən il biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir.

Ötən il  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 295 milyon manat güzəştli kredit ayrılmışdır. Bu layihələr hesabına 39 iri istehsal, emalinfrastruktur müəssisəsi istifadəyə verilmişdir. Cari ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

Kiçik sahibkarlıqla məşğul olan vətəndaşların uzun illərdir ki, üzləşdikləri girov probleminin həlli məqsədilə bank olmayan kredit təşkilatları ilə qurulmuş əməkdaşlıq da hazırda  onlara kredit almaq imkanı verir, fermerlər arasında kooperasiya əlaqələrini gücləndirir.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident  İlham Əliyev demişdir: “Bu ilsahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və yerləri bunu göstərir. Eyni zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək göstərilir...”.

Dövlət başçısı sözügedən iclasda aqrar sektorun  inkişafından danışarkən həmçinin qeyd etmişdir ki, biz keçən il və 2013-cü ildə iki nəhəng layihəni istismara vermişik - Şəmkirçay və Taxtakörpü su anbarlarının tikintisi başa çatıbdır. Azərbaycan tarixində bu layihələrin çox mühüm yeri var. Bu layihələri ancaq müstəqillik dövründə icra edə bilmişik və həmin layihələr Azərbaycanın nə qədər güclü ölkə olduğunu bir daha göstərir.

Bu layihələrin davamı olaraq kanallar çəkilməli, yeni əkin sahələri dövriyyəyə buraxılmalıdır. Ona görə meliorativ tədbirlər də prioritet olaraq qalacaqdır. Bunlar bilavasitə ərzaq təhlükəsizliyi ilə bağlı olan layihələrdir. Biz keçən ilgörmüşük ki, ərzaq təhlükəsizliyi ilə bağlı olan planlar vaxtında müəyyənləşdirilmiş və  icra edilməyə başlamışdır. Çünki ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq, çalışmalıyıq ki, daxili istehsalı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq. Çünki keçən ildə bir sıra ərzaq məhsullarının ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulduğunu gördük...

Prezident İlham Əliyevin tövsiyəsi ilə hazırda ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimulnlaşndınrılnmansı, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə  bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanmışdır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmışdır.

Azərbaycanda aqrar-sənaye kompleksinin 270 sayda məhsul üzrə məhsullararası balansı tərtib edilmiş, rəqabətqabiliyyətliliyinin üstünlüyünün qiymətləndirilməsi modeli yaradılmışdır. Model üzrə aparılmış hesablamalar göstərir ki, respublikamızın həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının əksəriyyəti beynəlxalq rəqabət üstünlüyünə malikdir. Bu rəqabətqabiliyyətliliyi reallaşdırmaq məqsədilə ölkədə müxtəlif  aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi, dövlətin subsidiya, kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazarsosial infrastruktur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması, maarifləndirmə, elmikadr təminatının yaxşılaşdırılması üzrə təklif və tövsiyələr hazırlanmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zəncirində kompleksliliyin təmin olunması maya dəyərinin azaldılması, əlavə dəyərin artırılması, sosial rifahın yüksəldilməsi və nəticədə rəqabətqabiliyyətliliyin artırılması baxımından çox vacibdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 18 yanvar.- S.6.