20 Yanvar şəhidlərinin

xatirəsi ehtiramla yad edilir

 

Nərimanov

 

Nərimanov Rayon İcra Hakimiyyətində yanvar faciəsinin ildönümü qeyd olundu. Dünən Nərimanov Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan 20 Yanvar şəhidlərinin ailələri və əlillərlə görüş keçirildi.

Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışaraq bildirdi ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı yönəldilmiş təcavüz aktı kimi tarixə düşsə də, həmin gün, eyni zamanda, soydaşlarımızın yaddaşına qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunmuşdur. Belə ki, qanlı yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.

Natiq qeyd etdi ki, baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək  mətbuat konfransı keçirmiş, bu qanlı aksiyaya kəskin etirazını bildirmişdir. Ulu öndərin 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rol oynadığını diqqətə çatdıran natiq bildirdi ki, ümummilli liderimiz müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlamışdır. Hazırda şəhid ailələrinin, eləcə də qanlı yanvar hadisələri zamanı əlil olmuş şəxslərin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayan Ş. İbadov onu da dedi ki, ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezidentimiz İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə verilən təqaüd və müavinətləri daim artırır.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Ağsaqqallar Şurasının sədri Miri Həsənov və digərləri  çıxış edərək bildirdilər ki, Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə uca tutulacaq.

Şəhid ailələrinin üzvləri və əlillər adından çıxış edən 20 Yanvar Fondunun rayon şöbəsinin sədri Müxəstə Həsənova  bu dəhşətli qətliamı törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışaraq, hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət vertən ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin şəhid ailələrinə və əlillərə göstərdiyi diqqət və qayğını minnətdarlıqla xatırlatdı, bu siyasəti davam etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Tədbirin sonunda 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və əlillərə rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərildi.

 

Suraxanı

 

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı ümumrayon tədbiri keçirilib. Mərasimdə icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, sənaye, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunmuş rəsm müsabiqəsinin qaliblərinin əl işlərindən təşkil olunmuş sərgiyə baxıblar.

Mərasim Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra isə 20 Yanvar qətliamı haqqında film nümayiş etdirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bu hadisələrin Azərbaycan xalqının tarixində faciəvi, eyni zamanda, şanlı səhifələrdən birinə çevrildiyi və hadisələrdən 25 il ötsə də, faciə qurbanlarının xatirəsinin heç vaxt unudulmadığını qeyd edib.

Natiq bildirib ki, 1990-cı il yanvarın 20-də Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin, Əbdürrəhman Vəzirovun və keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasının totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyi qeyd olunub. Qətlə yetirilənlər sırasında Azərbaycan, rus, yəhudi, ləzgi millətlərinin nümayəndələrinin, yetkinlik yaşına çatmayan uşaqların, qadınların, qocaların, şikəstlərin də olması diqqətə çatdırılıb.

Sevinc Hüseynova Azərbaycanın informasiya blokadasına alındığı vaxtlarda ümummilli lider Heydər Əliyevin o zaman çox ağır bir şəraitdə çəkinmədən ölkəmizin Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu aşkar şəkildə nümayiş etdirməsini minnətdarlıq hissi ilə xatırladıb. Bildirib  ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət də yalnız ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onların adlarının əbədiləşdirilməsi məqsədi ilə bir sıra fərman və sərəncamlar imzalayıb, 20 Yanvar ümumxalq hüzn günü elan olunub.

Tədbir boyu zaldakı ekranlarda bəşər tarixinin dəhşətli cinayət hadisəsi olan 20 Yanvar faciəsi haqqında video-çarx nümayiş olunub.

Sonda məktəblilərin hazırladığı ədəbi-bədii kompazisiya göstərilib.

 

*   *   *

“Azərenerji” ASC

 

Dünən “Azərenerji” ASC-də 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar “20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda keçirilən anım tədbiri şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edənlər xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş, onun sonrakı taleyinə güclü təsir göstərmiş hadisələr sırasında 1990-cı ilin 20 yanvar tarixinin özünəməxsus yeri olduğunu, bu hadisənin təkcə çoxsaylı insan tələfatına, ölçüyəgəlməz mənəvi itkilərə və maddi dağıntılara səbəb olmuş faciə kimi deyil, həm də ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şərəf və qəhrəmanlıq səhifəsi kimi səciyyələndiriblər. Qeyd olunub  ki, bu ictimai zorakılıq və hərbi vəhşilik xalqımızın milli oyanışını, onun azadlıq və müstəqillik arzularını boğmağa yönəlsə də, bir nəticə verməmiş, əksinə milli istiqlalın gerçəkləşdirilməsi uğrunda mücadiləyə misilsiz təkan vermişdir.

Çıxış edənlər Qanlı Yanvar hadisələrinə də ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini, ölkəmizin sürətlə inkişaf etdiyini, ordumuzun gücləndiyini vurğulayıblar.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

 

Gəncə

 

20 Yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə Gəncə Şəhər Səhiyyə İdarəsində anım mərasimi keçirilib. Tədbirdə həmin dəhşətli gecə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra qanlı hadisələr bir daha yada salınıb.

Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən danışıb. Bildirib ki, Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən insanlar Bakı küçələrinə çıxaraq buna öz qəti etirazlarını bildiriblər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Bu hadisələrdə tibb işçilərinin fədakarlığından danışan rəis müavini qeyd edib ki, 1990-cı ilin qanlı 20 yanvar gecəsində güllə yağışına tuş olan yaralıların harayına ən tez təcili tibbi yardım stansiyalarının əməkdaşları çatmışlar. Onlar öz həyatlarını təhlükəyə ataraq, yaralıları xəstəxanalara daşımış, bir çoxuna qan verərək həyatlarını xilas etmişlər.

Sonra çıxış edənlər həmin gecə Azərbaycan xalqının birlik nümayiş etdirdiyini, Bakı şəhərindəki bütün təcili yardım stansiyaları əməkdaşlarının, həkimlərin səfərbər olunduğunu bildiriblər.

 

Biləsuvar

 

Ölkəmizin hər yerində olduğu kimi, Biləsuvarda da “Qanlı yanvar” hadisələrinin 25-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Rayon icra hakimiyyəti tərəfindən tərtib olunmuş tədbirlər planına uyğun olaraq yanvarın 13-dən təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda, məscid və ziyarətgahlarda faciə ilə bağlı təşkil edilən mərasimlərin gənclərin vətənpərvərlik tərbiyəsində önəmi böyük olub.

Heydər Əliyev Mərkəzində və Tarix-diyarşünaslıq muzeyində düzənlənən tədbirlərdə icra hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova 1990-cı ilin yanvar faciəsindən danışaraq bildirib ki, buna ilk olaraq mənfi münasibətini ümummilli liderimiz Heydər Əliyev bildirib. Hadisələrdən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər heç nədən çəkinmədən KİV nümayəndələri qarşısında faciəni törədən şəxsləri kəskin pisləyib və bunu insanlığa sığmayan vəhşilik kimi dəyərləndirib. Dahi şəxsiyyət müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrdə də daim çalışıb ki, dünya miqyasında 20 Yanvar hadisələri tanınsın. Məhz ümummilli liderin prinsipial mövqeyi sayəsində  faciəyə siyasi qiymət verilib. Tədbirdə qeyd olunub ki, bu gün ölkəmizin sürətli inkişafı və ordumuzun güclənməsi müstəqilliyimizin dönməz xarakter daşıdığını göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında doğma Qarabağın erməni işğalından azad ediləcəyi günuzaqda deyil.

Sonra   20 Yanvar hadisələrindən bəhs edən “Azadlığa gedən yollar” sənədli filminin nümayişi keçirilib.

YAP Biləsuvar rayon təşkilatında rayon qadınları tərəfindən 20 Yanvar şəhidləri ehtiramla anılıb.  Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək  önünə tər çiçəklər qoyublar. Tədbirdə qeyd olunub ki, azadlıq mücahidlərimizin ölməz xatirəsi daim qəlblərdə yaşayacaq.

Tədbirdə rayon qadınlar şurasının sədri X.Ağayeva, YAP rayon təşkilatı qadınlar şurasının sədri L.Yüzbaşova, Əlil Qadınlar Cəmiyyətinin sədri F.Mahmudova çıxış ediblər. Gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən şahmat üzrə açıq rayon birinciliyi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub. Turnir iki gün davam edib qaliblərə diplomlar, mükafatlar verilib.

“20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidirmövzusunda  inşa müsabiqəsində rayonun 26 məktəbindən 26 şagird iştirak edib. Tədbirdə həmin faciəli günlərdə xalqının azadlığını, şərəf ləyaqətini hər şeydən uca tutan 130 nəfərdən yuxarı Vətən övladının şəhidlik zirvəsinə ucaldığı əbədi həyat qazandığı vurğulanıb. Qeyd olunub ki, onların arasında Biləsuvardan Baba Xammədov Əlimərdan Hüseynov da var.

Tədbir iştirakçıları  20 Yanvar faciəsini əks etdirən videofilmə tamaşa etdikdən sonra inşalar yazılıb. Fərqlənənlərə fəxri fərmanlar verilib.

 

Zaqatala

 

Bəşər tarixinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərindən biri olan 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Zaqatala rayonunda silsilə tədbirlər keçirilmişdir.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri rayon ictimaiyyətinin nümayəndələri şəhər qəbiristanlığında şəhidlərin məzarlarını ziyarət etmiş, daha sonra şəhidlərin xatirə kompleksinə gələrək şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmiş, önünə  gül-çiçək düzmüşlər.

Daha sonra rayon mədəniyyət evində “20 Yanvar-xalqımızın qəhrəmanlıq səlnaməsimövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuşQan yaddaşıadlı rəsm sərgisinə baxış keçirmiş, 20 Yanvar faciəsində, eləcə Azərbaycan Respublikasının müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “20 Yanvar- xalqımızın qəhrəmanlıq səlnaməsimövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri ümummilli liderimiz Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet imperiyasının bütün qadağalarına baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu qanlı cinayətlərin təşkilatçılarını iştirakçılarını pisləyərək bəyanat verdiyini bu bəyanatının xalqımızın haqq səsini müdafiə edən onun köməksiz olmadığını bütün dünyaya yayan cəsarətli bir addım olduğunu bildirmişdir.

Natiq qeyd etmişdir ki, məhz ulu öndərimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmiş, qanlı faciənin bütün dünyaya tanıdılması üçün çox görülmüşdür. Məruzədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət və qayğının artırılması sahəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilmişdir.

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı rayonun bütün yaşayış məntəqələrində, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında anım mərasimləri, foto və rəsm sərgiləri təşkil olunmuş, məktəblilər arasında inşa müsabiqələri keçirilmişdir. Rayon Olimpiya idman kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş yeniyetmələr arasında cüdo idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Rayondakı bütün şəhid ailələrinə yardımlar göstərilmiş, ehsan süfrələri təşkil olunmuş və şəhidlərin ruhuna dualar oxunmuşdur.

 

İsmayıllı

 

Həmişə olduğu kimi bu dəfə də İsmayıllı Rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına əsasən 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş mərasimlər bütün idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələrini əhatə edirdi. Dünən İsmayıllıda anım mərasimi Heydər Əliyev Mərkəzində “Heydər Əliyev idarəetmə məktəbinin məşqələsi” formasında keçirilmişdir. Rayon təhsil şöbəsi, gənclər və idman idarəsi və mədəniyyət və turizm şöbəsinin birgə keçirdikləri 20 Yanvar faciəsinə həsr olunmuş inşa yazı və rəsm müsabiqəsinin qalibləri də buraya dəvət olunmuşdular.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbir iştirakçıları 20 Yanvara həsr olunmuş qısa video-filmə baxdılar. Məşğələdə İsmayıllı Dövlət HumanitarTexnalogiya Kollecinin direktor əvəzi Sevda Qasımova “20 Yanvar xalqımızın qan yaddaşıdır,” Əməkdar müəllim Şəfaqət Rəsulov “20 Yanvar faciəsinin siyasihüquqi qiymətini ümummilli liderimiz Heydər Əliyev verdi” və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Vidadi Zərbiyev “Qarabağ şəhidliyi 20 Yanvar şəhidliyinin davamıdır” mövzusunda məruzə etdilər.

İnşa yazı müsabiqəsində birinci yeri tutan şəhər 3 saylı tam orta məktəbin on birinci sinif şagirdi Sona Şalbuzova dərin hissiyatla, şəhidlərin ruhuna ehtiramla yazılan inşasını təqdim etdi.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov  20 Yanvar hadisələrinin fəal şahidi kimi faciənin əsl mahiyyətini açdı, o zamankı hakimiyyət nümayəndələrinin biganəliyindən, dünya ölkələrinin Azərbaycana, ümumiyyətlə müsəlman dünyasına ikili yanaşmasından, tökülən qanların  bihudə getmədiyindən, milli birliyimizin, vəhdətimizin daha da möhkəmlənməsindən danışdı.

Natiq qeyd etdi ki, o zaman Sovet hökumətinin sağlam düşüncədən məhrum başçıları Azərbaycana sözün tam mənasında silahlı hücum təşkil etdilər. Qətliam törədildi. 1990-cı il yanvar ayının 19- dan 20- nə keçən gecə müasir hərbi texnikasursatlarla silahlanmış muzdlu Sovet ordusu silahsız soydaşlarımızın üzərinə yeridildi, qana susamış ordunun zabit və əsgərləri Bakını, gülləbaran etdilər. Azərbaycan hakimiyyətinin başçıları yenə xaincəsinə susdular, lakin millətin səsinə ilk olaraq səs verən ümummilli liderimiz Heydər Əliyev oldu. O, həyatını təhlükəyə ataraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi, Bakıya silahlı hücum təşkil edən M. Qorbaçova etirazını bildirdi, onu lənətlədi, baş verənlər üçün SSRİ rəhbərliyinin  məsuliyyət daşıdığını bəyan etdi.

Tədbirdən sonra Heydər Əliyev Mərkəzinin foyesində rəsm müsabiqəsi qaliblərinin əl işlərinə baxış keçirildi, hər iki müsabiqənin qaliblərinə diplomlar və hədiyyələr verildi.

 

Mirbağır YAQUBZADƏ,

Vaqif BAYRAMOV,

Hamlet QASIMOV,

Əli NƏCƏFXANLI,

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2015.- 20 yanvar.- S.10.