Qüdsinin musiqi dünyası”

 

Azərbaycan dövləti  milli-mənəvi dəyərlərimizə, elm, ədəbiyyat, sənət  xadimlərimizin yaradıcılığının təbliğinə daim qayğı ilə yanaşıb və həmin tendensiya indi də davam edir. Prezident  İlham Əliyevin ötən il fevralın 12-də imzaladığı  Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi  haqqında” sərəncam da bunun təsdiqidir.

 

Sərəncamın icrası prosesində – 2014-cü il boyu  keçirilən tədbirlər silsiləsi  Bakıxanovlar şəcərəsinin görkəmli nümayəndəsi,  Xalq artisti,  “Şöhrət” ordenli bəstəkar, Bakı Musiqi Akademiyasının professoru  Tofiq Bakıxanovun  Qüdsinin musiqi dünyası” adlı kitabının  çap olunması ilə yekunlaşdı.

İlin son günlərində, “Şərq-Qərb” Nəşriyyat evində,  Xalq artisti, professor Ağaverdi Paşayevin redaktəsi ilə, nəfis şəkildə işıq üzü görən bu kitab ulu öndər Heydər Əliyevin xalqımızın dünya elminə bəxş etdiyi görkəmli simalar - Nəsirəddin Tusi, Əbülhəsən Bəhmənyar, Mirzə Fətəli AxundovAbbasqulu ağa Bakıxanov barədə söylədiyi dəyərli fikirlərlə açılır. Sonrakı səhifədə dövlət başçımızın adı çəkilən sərəncamı verilirqeyd olunur ki, kitab məhz həmin sərəncam əsasında çap olunur. Eyni zamanda, ön səhifələrdən birində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun  Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin muxtar respublikada keçirilməsi ilə əlaqədar Tədbirlər Planını təsdiq edən 7 mart 2014-cü il tarixli sərəncamı da verillmişdir.

Xalq yazıçısı Nəriman Həsənzadənin kitaba yazdığı “Ön söz”də  deyilir: “ Abbasqulu ağa Bakıxanovu, adətən, “Azərbaycan tarix elminin  atası" adlandırırlar. Məlum olduğu kimi , böyük tədqiqatçı “Gülüstani - İrəm” kitabında 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsinə qədərki tariximizi ilk dəfə müəyyən bir sistemlə, ardıcıllıqla qələmə almışdır. Nizami Gəncəvidən ta Hacı Zeynalabdin Şirvaniyə qədər yaşamış tarixi şəxsiyyətlər barədə ilk elmi məlumat verdiyi üçün mənə elə gəlir ki, o, ədəbiyyat tariximizin də atası sayıla bilər. Bu da təbiidir. Çünki Bakıxanov maraqlı bir ədəbi mühitdə yaşamış, gözəl, lirik şeirlərin müəllifi kimi qələm yoldaşları arasında nüfuz qazanmışdır”. Professor Tofiq Bakıxanovun  böyük alimin musiqi dünyası barədə qələmə aldığı əhatəli materialda  isə Abbasqulu ağanın Şərq musiqisi, xüsusən, Azərbaycan muğamları barədə dərin biliklərə malik olduğu barədə çoxsaylı faktlarla təsdiqlənir.

Kitabda   böyük tarixi şəxsiyyətin  sözlərinə yazılmış müxtəlif musiqi əsərlərinin sözlərindən və not yazılarından  sonra  Abbasqulu ağa Bakıxanov təsviri sənətdə” adlı ayrıca bir bölmə də verilmişdir.  Daha sonra isə “Xalq qəzeti”nin 10 avqust 2014-cü il tarixli sayında verilmiş “Naxçıvanda Abbasqulu ağa Bakıxanovun özü, sözüizi haqqında eşitdiklərimiz” adlı məqalədən   (müəllif Əməkdar jurnalist İttifaq Mirzəbəylidir) sitatlar gətirilir.  Müəllifin muxtar respublikaya  səfərinin təəssüratları əsasında qələmə alınmış həmin məqalədə qeyd olunurdu ki, tarixçi alimlərin yazdığına görə, 1828-ci ildə Naxçıvan xanının ən hörmətli qonaqlarından biri məhz Abbasqulu ağa Bakıxanov olmuşdur.

 

Gülzar İBRAHİMQIZI,

AMEA Nizami Gəncəvi adına

Milli  Azərbaycan Ədəbiyyatı Muzeyinin

baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2015.- 27 yanvar.- S.7.