Qış turizminə start verilir

 

Şahdağ  Turizm Mərkəzi artıq  yeni  mövsümə  hazırdır.  Bu  barədə  mərkəzin məlumatında  bildirilmişdir.  Qeyd olunmuşdur ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 13-də “ŞahdağTurizm Mərkəzində hesabat xarakterli müşavirədə iştirak etmişdir.

Mərkəzdə başa çatdırılan bəzi tikinti işləri, kanat yollarının texniki hazırlığı, birləşmiş istilik-elektrik mərkəzinin fəaliyyəti ilə tanış olduqdan sonra nazirə mərkəzin müdiriyyəti və burada fəaliyyət göstərən hotellərin idarəçiliyini həyata keçirən şirkətin təmsilçiləri tərəfindən görülən və icrası planlaşdırılan işlərə dair məlumat verilmişdir.

Bildirilmişdir  ki, turistlərin mükəmməl istirahətini təşkil etmək üçün 2016-cı il ərzində həm texniki, həm də xidmət sahəsində çalışan işçilərə 100-dən çox təlim təşkil olunmuşdur. Məhz bunun nəticəsidir ki, dünya üzrə hotellərin reytinqini müəyyən edən www.booking.com saytının qiymətləndirilməsinə əsasən  Şahdağhoteli 9 balla qiymətləndirilərək, Azərbaycan üzrə üçüncü, şimal regionunda isə birinci yeri tutmuşdur.

Görüş zamanı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olanŞahdağTurizm Mərkəzində bu il qış mövsümü üçün hazırlıq işlərinin başa çatdırıldığı, eləcə də yeni mövsümdə planlaşdırılan tədbirlər barədə nazirə geniş məlumat verilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2016.-15 dekabr.- S.7.