Şəmkirdə daha bir

müəssisə yaradılır

 

Keramika, xüsusilə dulusçuluq ən qədim sənət növlərindən biridir. Azərbaycanda bu sənətin fədakar daşıyıcıları bu gün də fəaliyyət göstərirlər. Lakin elm və texnikanın inkişafı, keramika sahəsində yeni texnoloji nailiyyətlərin əldə olunması bu sənətin daha ciddi əsaslarla inkişafını zəruri edir.

 

Qədim Şəmkir qalasında aparılan arxeoloji qazıntılar göstərir ki, Şəmkirdə vaxtilə dulusçuluqla məşğul olunmuş, çox gözəl qablar hazırlanmışdır.Bu tarixi ənənəni yaşatmaq üçün yaxın zamanda Şəmkir rayonunda da belə bir müəssisənin yaradılması planlaşdırılır. Çünki Azərbaycanda keramik məmulatlara marağın artması ilə əlaqədar ehtiyacın ciddi surətdə çoxalması belə müəssisənin yaradılmasını diktə edir.

Şəmkirdə bu ideyanın gerçəkləşdirilməsi ilə əlaqədar gərgin çalışmalar və araşdırmalar aparılıb, respublikamızın xammal bazası öyrənilib, texniki-təşkilati işlər həyata keçirilib. Bununla bağlı Türkiyənin tanınmış УRefsanФ şirkətinin nümayəndələri Şəmkirdə olublar. Şirkətin rəhbəri Gökan Arslanı və Xarici Əlaqələr Departamentinin müdiri Uğur Polatı rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qəbul edib. Görüş zamanı qonaqlar Şəmkirdə yaradılacaq keramikagil qablar fabrikinin ilkin layihəsi haqqında məlumat veriblər.

Alimpaşa Məmmədov isə bildirib ki, son dövrlərdə respublikamızda dövlət başçısı İlham Əliyevin göstərişi ilə sahibkarlığın inkişafı üçün olduqca ciddi addımlar atılır, kiçikorta sahibkarlığın sürətli inkişafı üçün qanunvericilik bazasının gücləndirilməsi istiqamətində tarixi əhəmiyyətli qərarlar qəbul edilir.

Qeyd edək ki, son illər Şəmkir tanınmaz dərəcədə dəyişib. Rayon icra hakimiyyəti ən maraqlı və dəyərli təşəbbüslərin bir növ mərkəzinə çevrilib. Özübu ideyaların heç biri kağız üzərində qalmır, həyata keçirilir. Elə rayondakı bələdiyyələrin nəzdində MMC-lərin yaradılması, yeni yerlərinin açılması buna əyani sübutdur. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qabaqcıl, dəyərli nə varsa müdafiə edirbu işlərin həyata keçirilməsi üçün konkret kömək göstərir.

 

Hamlet Qasımov

 

Xalq qəzeti.- 2016.- 17 dekabr.- S.7.