UNEC professorunun

kitabı oxuculara təqdim edilib

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan dili kafedrasının professoru Maarifə HacıyevanınƏdəbi qaynaqlar ədəbi dəyərlərkitabının təqdimatı keçirilib.

 

Xalq şairi Nəriman Həsənzadə əsəri yüksək dəyərləndirərək, onun Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi, etnoqrafiyası haqqında dəyərli əsər olduğunu bildirib. Tehrandan olan qonaq H.Soytürk fars dilində çap edilən kitabın İran oxucuları üçün faydalı olacağını xüsusi vurğulayıb. Biznes menecment fakültəsinin dekanı Mirağa Əhmədov bildirib ki, UNEC- yalnız görkəmli iqtisadçılar deyil, ədəbiyyat, mədəniyyət sahəsinə mühüm töhvə verən Maarifə xanım kimi görkəmli alimlər çalışırlar.

Maarifə Hacıyeva bildirib ki, milli-mənəvi dəyərlərə daha çox üstünlük verdiyi kitabında müasir ədəbi proses, tarix folklor qaynaqları,  müstəqillik dövründə əldə olunan ədəbi uğurlar, portretlər əsasında tədqiqat aparılıb, Türkiyə Azərbaycan ədəbi mədəni əlaqələrinin tarixi köklərinə diqqət ayrılıb.

SondaƏdəbi qaynaqlar ədəbi dəyərlərkitabı müəllifin imzası ilə ilk oxucularına hədiyyə edilib.

 

Elnarə Ömərova

 

Xalq qəzeti.- 2016.- 21 dekabr.- S.5.