Qəbələ, İsmayıllı Bərdə Turizm İnformasiya mərkəzlərinin yaradılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

527

Bakı şəhəri, 27 dekabr 2016-cı il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 1644 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin Turizm ili elan edilməsi ilə bağlı Tədbirlər Planının 26-cı hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Qəbələ Turizm İnformasiya Mərkəzi, İsmayıllı Turizm İnformasiya Mərkəzi Bərdə Turizm İnformasiya Mərkəzi yaradılsın.

2. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi bu qərarın 1-ci hissəsi ilə yaradılan Turizm İnformasiya mərkəzlərinin saxlanılması xərclərini hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində həmin Nazirlik üçün nəzərdə tutulmuş müvafiq vəsait dairəsində həyata keçirsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, 6, maddə 749; 2015, 3, maddələr 333, 338, 4, maddə 455, 6, maddə 801, 10, maddə 1220, 11, maddə 1425; 2016, 6, maddə 1195; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 13 oktyabr tarixli 413 nömrəli qərarı) ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının I. Büdcədən maliyyələşdirilən qurumlar bölməsinin 9. Turizm İnformasiya mərkəzləri hissəsinə aşağıdakı məzmunda 9.9-9.11-ci bəndlər əlavə edilsin:

9.9. Qəbələ Turizm İnformasiya Mərkəzi

9.10. İsmayıllı Turizm İnformasiya Mərkəzi

9.11. Bərdə Turizm İnformasiya Mərkəzi.

4. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti- 2016.- 29 dekabr.- S.6.