Mədəniyyətimizi qarşıda

möhtəşəm uğurlar gözləyir

 

Uğurlarla dolu daha bir ili yola saldıq. İldən- ilə  yeni  zirvələr fəth edən müstəqil dövlətimiz 2016-cı ildə yeni nailiyyətlər qazandı, Cənubi Qafqazda öz liderliyini  qoruyub saxlaya bildi.  Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu  daxili    xarici siyasət  ölkəmizi  dünyaya tanıtdı. Bu gün Azərbaycan artıq  beynəlxalq tədbirlərin keçirildiyi  mərkəzə çevrilmişdir.

 

Beynəlxalq mədəniyyət tədbirləri, idman yarışları  ölkəmizin imicini yüksəltdi.

Mədəniyyət,  təhsil sahəsində  çalışan  mütəxəssis kimi, deyə bilərəm ki, hər iki sahədə  ölkəmizdə islahatlar  davam etdirilmişdir.

Mən heykətəraşam, bu gün paytaxtımızın  dünyanın ən  gözəl şəhərlərindən birinə  çevrilməsi məni  qəlbən  çox sevindirir. Yeni  parklar, dənizkənarı  bulvar,  şəhərin müxtəlif guşələrində ucaldılan heykəllər, memarlıq abidələri yüksək mərtəbəli binalar   Bakımıza  xüsusi yaraşıq  verir.  Yola saldığımız   2016-cı ildə  isə  bu gözəlliyə yeni  çalarlar əlavə olunub. Bu, inkişaf, tərəqqidir. Elə  regionlarımızda da  şəhərsalmanın  müasir  üsullarından  məharətlə istifadə edilir, arxitektorlarımız  şəhər rayonlarda  yeni-yeni  layihələr reallaşdırırlar.

Neçə illərdir ki, Azərbaycan Rəssamlıq Akademiyasına  rəhbərlik  edirəm. Ötən il  tələbələrimizin   yeni işlərinin  sərgiləri təşkil olunmuş, onların yüksək səviyyədə  təhsilinin təşkili üçün  bir  sıra  tədbirlər həyata keçirilmişdir. Bu gün bizim  məzunlarımızın əsərləri  dünyanın nüfuzlu beynəlxalq  sərgilərində nümayiş  etdirilir.

2016-cı il Azərbaycanda  Multikulturalizm ili  idi. Multikulturalizm bizim həyat tərzimizdir. Biz tarixən ölkəmizdə yaşayan  azsaylı xalqların mədəniyyətlərinə, adət-ənənələrinə hörmətlə yanaşmışıq. Bu gün belədir, sabah da belə olacaq. Elə bizim akademiyada   qədər  müxtəlif  xalqların nümayəndələri təhsil alırlar.

Biz  2017-ci ilə  böyük  ümidlərlə gedirik. İnanırıq ki, cənab Prezidentin uğurlu siyasəti sayəsində   düşmən tapdağı altında qalan torpaqlarımız azad olacaq, Azərbaycanın suveren hüquqları  təmin ediləcək. Bu il mədəniyyətimizi möhtəşəm uğurlar gözləyir.

Dünya  Azərbaycanlılarının  Həmrəyliyi Günü   Yeni il münasibətilə  xalqımızı  səmimi qəlbdən təbrik edir,  Azərbaycanımıza yeni-yeni uğurlar arzulayıram.

 

Ömər ELDAROV,

Xalq rəssamı, akademik

 

Xalq qəzeti.- 2016.- 31 dekabr.- S.3.