Gənclər Günü ölkəmizdə silsilə

tədbirlərlə qeyd olunmuşdur

 

Suraxanı

 

Suraxanı rayonunda 2 fevral-Gənclər Günü ilə əlaqədar tədbir  keçirilib. Mərasimdə 200-dən yuxarı gənc iştirak edib. Görüş iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra gənclər rayondakı Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada tədbir iştirakçılarına bildirilib ki, indiyədək  Mərkəzə gələn 58 mindən çox yerlixarici ziyarətçi ümummilli liderin zəngin irsi ilə tanış olmaq imkanı qazanıb, 15 mindən artıq istifadəçi isə Mərkəzin Elektron kitabxanasının xidmətindən faydalanıb.

 

Heydər Əliyev Mərkəzində müxtəlif icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə 2009-cu ildən bəri 163-dən çox tədbir keçirilib.

Gənclərlə “Bülbülə” şadlıq sarayında davam etdirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov onları 2 fevral-Gənclər Günü  münasibəti ilə təbrik edərək bildirib ki, hazırda ölkəmizdə möhtərəm Prezidentimiz  İlham Əliyevin rəhbərliyi altında  düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin tövsiyələri dayanır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev yanvar ayının 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibəti ilə ölkə gənclərinin bir qrupu ilə görüşüb. Dövlətimizin başçısı öz çıxışında qeyd edib ki, gənclərimiz cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar.

İlqar Abbasov xüsusi vurğulayıb ki, gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağının qaldırılması hər birimizi qürurlandırır və fəxr edirik ki, idmançılarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar. Bütün bunlar gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət göstərir. Bakıda dünyaAvropa birinciliklərinin keçirilməsi, 2015-ci ildə Azərbaycanın ilk  Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan  çoxsaylı mükafatlar isə gəncliyə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd ediblər ki, ölkəmizdə gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Azərbaycan gəncləri müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Görüşdə rayonun ictimai həyatında fəal iştirak edən bir qrup gəncə rayon icra hakimiyyəti başçısının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, YAP rayon təşkilatının fəxri fərmanları və hədiyyələri təqdim olunub.

Sonda “Gənclər evininrayonun mədəniyyət ocaqlarının bədii kollektivləri konsert proqramı ilə çıxış ediblər.

 

Vaqif BAYRAMOV

 

İsmayıllı

 

Gənclərin fəallığının və uğurlarının təbliğinin nəticəsi olaraq İsmayıllı 2015-ci il üçün “Azərbaycanın gənclər paytaxtı” seçilmişdi. Gənclər paytaxtı çərçivəsində bir sıra respublika tədbirləri üçün  məkan İsmayıllı seçilib.“Gənclər siyasətinin Azərbaycan modelimövzusunda Beynəlxalq Gənclər Forumu, “Etno-irs” layihəsi, gənc jurnalistlərin, gənc politoloqların, “İrəli” gənclər təşkilatının, gənclərlə bağlı bir sıra QHT-lərin layihələri burada reallaşıb.

 

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun  ideya müəllifliyi ilə ixtisas təhsili olmayan  gənclər üçün  “Gənc təsərrüfatçılar məktəbi” təsis edilib, “İnnovasiya mərkəzi” yaradılıb.

Ötən müddət ərzində idarəetməyə gənclərin daha çox cəlb edilməsinə diqqət yetirilib. Məhz bu gərgin fəaliyyətin nəticəsidir ki, İsmayıllı gəncləri öz bayramlarını – Gənclər Gününü qeyd etməyə bu və digər çoxsaylı uğurlarla gəlmişdilər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində gənc rəssamların, bədii tikmə və tərtibatçıların, qrafika ustalarının, xalq sənətkarlarının, toxucuların əsərləri və əl işlərindən ibarət sərgiyə baxıblar. Gənc ifaçıların şeirlərini, musiqi nömrələrini və mahnılarını dinləyiblər.

Mərkəzin konfrans zalına toplaşan  gəncləri rayon icra hakimiyyətinin  başçısı Mirdaməd Sadıqov  təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gənclər Forumunun 20 illiyi ilə əlaqədar ölkənin bir qrup gənci ilə görüşü zamanı qarşıya qoyduğu vəzifələrin rayon miqyasında həyata keçirilməsi yollarından danışmışdır. RİH başçısı mövzuya uyğun fikri, təklifi, arzusu olan hər bir gənci dinləmiş, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı  daha səmərəli təklifləri qəbul etmiş, həyata keçməsi üçün lazımi dəstək veriləcəyini bildirmiş, gəncləri əmək və düşüncə fəallığına çağırmışdır.

HumanitarTexnologiya Kollecinin direktoru Sevda Qasımova, Sumağallı kəndindən gənc icma sədri İlkin Salahov, tələbə Aytac Mirzəliyeva, Peşə tədris mərkəzinin direktoru Zaur Muradov, rayon gənclər və idman idarəsinin rəis müavini Rauf Rəcəbov, XI sinif şagirdi Toğrul Qasımov və başqaları  çıxışlarında gəncləri təbrik edərək, qazanılan uğurlardan danışmış, ən əsası isə bundan sonrakı proseslərdə  üzərlərinə düşən vəzifələrin nədən ibarət olacağını iştirakçılarla bölüşmüşlər.

Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova bir qrup fərqlənən gəncə fəxri fərmanları və hədiyyələri təqdim etmişdir.

 

İlqar HƏSƏNOV

 

Xətai

 

Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Gənclər Günü münasibətilə keçirilən toplantını  rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva açaraq bildirdi ki,  ümummilli lider Heydər Əliyev gənclərimizin Azərbaycanın ictimai-siyasi həyatdakı, müstəqil dövlətçiliyimizin inkişafındakı yerinirolunu həmişə yüksək qiymətləndirmişdir.

 

Məhz bunu nəzərə alaraq, ulu öndər 1997-ci ildə fevral ayının 2-sini Azərbaycanda Gənclər Günü kimi qeyd edilməsinə qərar vermişdir.  Ölkə həyatında mühüm yer tutan bu bayramın bu gün 20 yaşı tamam olur.

Azərbaycan gəncliyinin ölkənin sosial-iqtisadi inkişafında fəal iştirakını, beynəlxalq aləmdə ölkəmizi  layiqincə təmsil etdiyini söyləyən natiq  vurğuladı ki, bu gün də hər bir Azərbaycan gənci ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın qloballaşan dünyadakı mövqeyinin möhkəmlənməsi naminə  yürütdüyü siyasətdə fəal iştirak edir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin siyasi həyatında öz sözünü deyir.

Xətai rayonunun gənclərinin də bu işlərdə fəallıq göstərdiklərini vurğulayan natiq qeyd etdi ki, rayonumuzun bu nəslinin  gənclər hərəkatında öndə olması və Azərbaycan Prezidentinin strateji siyasi xəttini dəstəkləmələri bizi daha çox sevindirir.

J.Abdıyeva  Xətai rayon gənclərinin 2015-ci ildə qazandığı uğurlardan da ətraflı məlumat verərək bildirdi ki, bu uğurların böyük bir hissəsi təhsilin payına düşür. Çünki 2014-2015-ci tədris ilində 5 məzunumuz orta məktəbi qızıl medalla bitirmiş, 1576 məzunumuz yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunmuş, onlardan 6-sı Prezident təqaüdünə layiq görülmüşdür.

Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan dövlət gənclər siyasəti 2003-cü  ildən uğurla və qətiyyətlə həyata keçirilməkdədir.  Əzmlə deyə bilərik ki, indi bu siyasət  həm mahiyyət, həm də keyfiyyətcə yeni mərhələsini yaşayır.

Natiq “Azərbaycan Gəncliyi 2011-2015-ci illər” Dövlət Proqramında öz geniş əksini tapmış vəzifələrin uğurla həyata keçirilməsindən,  dövlət başçısının gənclərə göstərdiyi qayğıdan,  Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən,  gənclərlə bağlı müxtəlif  layihələrin həyata keçirilməsindən, Azərbaycanın dövlətçiliyinin və  müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində gənclərin üzərinə düşən vəzifələrdən geniş söhbət açdı.

F.Hacıyev çıxışında həmçinin gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlərdən, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanlardan söz açaraq bildirdi ki, bütün bu məsələlərə   dövlət başçısı səviyyəsində daim böyük diqqət və qayğı göstərilir.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, əmək fəaliyyətlərində fərqlənən bir çox gənc mütəxəssis Xətai Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırıldı. Sonra mədəniyyət və incəsənət ustalarının iştirakı ilə konsert proqramı nümayiş etdirildi.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2016.- 2 fevral.- S.5.