Azərbaycanda multikulturalizm xalqın həyat tərzidir

 

Dünən Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində “Multikulturalizmin Azərbaycan modeli: fəlsəfi, sosiolojihüquqi baxış” mövzusunda beynəlxalq elmi seminar keçirildi. Azərbaycanın multikulturalizm ənənələrinin təbliğinə həsr olunmuş tədbirdə Millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət Müşavirliyi xidmətinin, AMEA-nın Fəlsəfə və Hüqüq İnstitutunun, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, eləcə də Türkiyə və Misirin Azərbaycandakı səfirliklərinin, Misir Mədəniyyət Mərkəzinin əməkdaşları və respublika elmi ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirdi ki, 2016-cı il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ilielan olunub. Bu da təsadüfi deyil. Azərbaycan qədim zamanlardan bəri multikultural dəyərlərin formalaşdığı bir ölkə olubbu sahədə zəngin ənənələrə malikdir. Hazırda dünyanın bir sıra regionlarında münaqişələr, müharibələr davam edir. Bu da multikulturalizmin təbliği və təşviqini bəşəriyyətin ən vacib vəzifəsinə çevirir.

Onun sözlərinə görə, artıq multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəlib. Bu ideyanın əsasını isə ümummilli lider Heydər Əliyev qoyub. Prezident İlham Əliyev isə bu gün Azərbaycanın multikulturalizm modelinin dünyada tanıdılması istiqamətində böyük səylər göstərir. Prezident qeyd edib ki, dünyada multikulturalizmin alternativi yoxdur. Azərbaycanda ən müxtəlif xalqların və millətlərin nümayəndələri həmrəylik, birlik şəraitində yaşayır. Bu, əsrlərdən bəri inkişaf edərək bugünümüzə gələn ənənədir. Misir Ərəb Respublikası da çoxmillətli və çoxdinli ölkədir. Bu ölkədə də, Azərbaycanda olduğu kimi, multikultural dəyərlərə böyük önəm verilir. Hazırda Misirlə Azərbaycanı dostluq telləri bağlayır, elmi ictimaiyyətlərimiz arasında sıx münasibətlər mövcuddurbu əlaqələri daha da inkişaf etdirmək lazımdır.

Millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət Müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov 2016-cı ilin dövlət başçısı İlham Əliyev tərəfindən “Multikulturalizm ilielan olunması ilə əlaqədar bir çox tədbirlərin nəzərdə tutulduğunu bildirdi. Onun sözlərinə görə, müultikulturalizm və dövlətin xarici siyasəti arasında çox sıx əlaqə mövcuddurbu iki amil mütləq bir-birinə çox müsbət təsir göstərir. Dünyada çoxmillətli, çoxdinli dövlətlər çoxdur, ancaq onların çoxunda millətlərarası, dinlərarası münasibətlər dövlət siyasəti səviyyəsində tənzimlənmir. Azərbaycan isə bu baxımdan çox fərqlənir. Ölkəmizdə multikulturalizm həm xalqımız, həm də dövlət tərəfindən tənzimlənir. Ulu öndər Heydər Əliyev tərəfindən multikulturalizm siyasəti dövlət səviyyəsinə qaldırılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə böyük işlər görülür. Beləliklə, multikulturalizim Azərbaycanda həm dövlət siyasəti, həm də xalqın həyat tərzidir.

O qeyd etdi ki, Azərbaycannın multikulturalizm modeli dünyada da çox yüksək qiymətləndirilir. Bununla bağlı ABŞ-da çıxan “Tayms” jurnalında da geniş yazı dərc edilib. Ölkəmizdə keçirilmiş bir sıra beynəlxalq tədbirlər, o cümlədən, Sivilizasiyalararası dialoqla bağlı Bakı prosesi, Bakı Beynəlxalq Humanitar Forumu, dinlərarası sammits. məhz Azərbaycanın multikulturalizm modelinin dünyada təbliği üçün geniş meydan açıb.

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə tədbirin təşkilində fəal rol oynamış Misir səfirliyinə və onun Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirdi. Onun sözlərinə görə, tarix boyu dünyada müxtəlif xalqların mədəniyyətləri bir-birinə təsir edib. Lap qədim zamanlardan bəri Tövrat İncilə, İncil Qurana təsirsiz ötüşməyib. Müharibələr də olub, amma mədəniyyətlərin təsiri də danılmazdır. İyirminci əsrdə də müharibələr olub, bununla yanaşı, alman mədəniyyəti dünyaya böyük təsir göstərib. Azərbaycanda və Misirdə yaşamış xalqlar tarixən bir-birini qəbul edib, bir-birinin mədəniyyətinə yiyələnib, birgə yaşayaraq bu günə gəlib çatıblar. Amma iyirmi birinci əsrdə Avropanı bürümüş miqrant probleminə çarə tapılmır. Çünki bir-birinin mədəniyyətini qəbul etmək istəmir, miqrantların assimilyasiyasını istəyirlər. Buna görə də çox zaman multikulturalizmin məhv olduğu barədə bəyanatlar eşidirik. Əslində isə onların dövlət siyasəti məhv olur. Bu gün filosoflar məhz bu məsələlərin araşdırılması ilə məşğul olurlar.

Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Ehsan Cəlal Azərbaycanda son 3 ildə böyük dəyişikliklər, güclü sosial-iqtisadi inkişaf gördüyünü bildirdi. Onun fikrincə, bunun səbəbi cəmiyyətin bir-birini anlaması, başa düşməsidir. Əks halda az müddətdə bu qədər böyük işlər görmək olmazdı. Azərbaycanı bir çox dövlətlər neft-qaz ölkəsi kimi tanıyır, ancaq burada həm də böyük mədəni zənginliklər, multikultural dəyərlər, tolerantlıq ənənələri var.  Azərbaycan Şərqlə Qərbin qovuşağında özünün min illərdən gələn ənənələrini yaşadır, balanslaşdırılmış siyasət yürüdür. Bu ölkə həm İslam Konfransı Təşkilatının, həm də ATƏT-in üzvüdür. Bakıda birinci Avropa Oyunları keçirildi. Gələn il İslam Həmrəylik Oyunları keçiriləcək. Burada əsas məsələ müxtəlif mədəniyyətlər arasında balans yaratmaq bacarığıdır.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sani, Polis Akademiyasının rəisi Nazir Əliyev və digərləri Azərbaycanda multikulturalizmin inkişafı və onun təbliği, eləcə də tələbələr arasında tədrisi haqqında fikir və mülahizələrini bölüşdülər.

 

Paşa ƏMİRCANOV,

 

Xalq qəzeti. - 2016.- 5 fevral.- S.4.