GƏDƏBƏY: Görülmüş işlər builki

nailiyyətlər üçün etibarlı təminatdır

 

“2015-ci il Gədəbəy  üçün uğurlu olmuş, rayonun inkişafı,sosial infrastrukturu yenilənmiş, Moruxlu və İsalı kəndlərində 180  şagird yerlik tam orta məktəb, rayon mərkəzində 100 yerlik uşaq bağçası tikilərək istifadəyə verilmişdir. Hesabat dövrü ərzində Novosaratovka kəndində 100 yerlik uşaq bağçasının,Gədəbəy şəhərində yeni istirahət parkının tikintisinə başlanılmışdır”...

 

Bu sətirlər Gədəbəy rayonunda 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclasında rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun hesabat məruzəsindən götürülmüşdür. Əldə olunan uğurları ölkə Prezidenti cənab İlham Əliyevin Gədəbəyə və gədəbəylilərə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi kimi qiymətləndirən rayon rəhbəri aparılan işin hərtərəfli təhlilini verərək qeyd etmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial- iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Gədəbəyin inkişafını təmin edəcək 17 tədbirin icrası nəzərdə tutulmuşdur.

Bundan əvvəlki dövlət proqramlarının icrası zamanı, yəni 2003-2015-ci illər ərzində rayonda ümumilikdə 11min 73 yeni yeri açılmışdır ki, onun da 447-si hesabat dövrünün payına düşür.

2015-ci ildə rayonda ümumi daxili məhsul istehsalının həcmi 364 826 min manat olmuşdur ki, bu da ötən illə müqaisədə 8,1 faiz çoxdur. Ümumi məhsul istehsalında sənaye məhsulları istehsalı 83 324 min manatya ümumi daxili məhsul istehsalının 22,8 faizini, kənd təsərrüfatı məhsulları istehsalı 10 2181 min manatya ümumi daxili məhsul istehsalının 28 faizini, ticarət 152955 min manatya ümumi daxili məhsul istehsalının 42 faizini  təşkil etmiş, qalan 7,2 faiz tikinti, nəqliyyat, rabitə və digər xidmətlərin payına düşür.

Ümumidaxili məhsul istehsalına daxil olan məhsulların istehsalında ötən illə müqayisədə 1,9 faiz , xidmətlərin göstərilməsində isə 17,6 faiz artım qeydə alınmışdır.

2015-ci ildə Gədəbəy rayon büdcəsinin mədaxili ümumilikdə 26 306 min manat proqnoz plana qarşı 24 661 min manatya 93,7 faiz olmaqla, 1834 min  manat az yerinə yetirilmişdir. Bunun səbəbi 3 tədiyyə növü üzrə proqnoz planın kəsirlə yerinə yetirilməsi, yerli gəlirləri və xərcləri tənzimləmək üçün büdcələrarası ayrılan vəsaitlərin 8,7 faiz az verilməsi olmuşdur.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral və 21 dekabr 2015-ci il tarixli qərarları ilə manatın dollara nisbətdə məzənnəsinin ucuzlaşdırılması və “üzən məzənnə” siyasətinə keçidlə bağlı qəbul etdiyi qərardan sonra bəzi işbazlar tərəfindən süni qiymət artımının yaradılmasına cəhd edilmişbu, insanlar arasında müəyyən narahatlıqlar yaratmışdır. Belə hallara və şəxslərə qarşı mübarizə məqsədilə Gədəbəy RİH başçısnın  sərəncamı ilə komissiya yaradılmışdır. Komssiyanın apardığı monitorinqlər və təbliğat nəticəsində qiymətlərin süni artırılmasının qarşısı alınmışdır.

2015-ci il ərzində rayonda kartof istehsalı 105,8 min ton, taxıl istehsalı 2 374 ton, qaramal 54 805 baş, qoyun-keçilər 279 511 baş olmuşdur. Diri çəkidə 6,2 min ton ət istehsal edilmişdir. Hesabat ilində yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları – 297 ton kartof, 57 ton kök, 107  ton kələm, 8 ton pendir, 3 ton bal, 4 ton armud, 5 ton alma və 41 ton çuğundur Bakı şəhərində keçirilən “Kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları”na göndərilmişdir.

2015-ci ildə rayonda 1899 hektar əkin sahəsinin becərilməsi üçün 2558 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına yanacaqmotor yağları alınmasına görə dövlət büdcəsinin vəsaiti hesabına 95 min manat yardım verilmişdir.

RayonAqroservis” xidməti tərəfindən 121 ton azot gübrəsi, 235 litr amin duzu satılmışdır. Hesabat dövrü ərzində 100 hektar taxıl biçilmiş, 33 hektar şum işi aparılmışdır.

Aqrar sahədə infrastrukturun yaradılması ilə bağlı ölkə rəhbəri tərəfindən göstərilən diqqətin nəticəsidir ki, rayonda müasir tələblərə cavab verən kənd təsərrüfatı, eləcə də baytarlıq idarəsi və diaqnostik kabinet üçün yeni inzibati binanın tikintisinə başlanılmış və son tamamlama işləri aparılır.

2015-ci il ərzində əhalinin sosial təminat məsələləri diqqət mərkəzində saxlanılmış, bu sahədə şəffaflığın və ədalətliliyin təmin olunmasına nəzarət edilmişdir. Rayon üzrə 5978 nəfər ailə üzvü olan 1293 aztəminatlı ailəyə ünvanlı sosial yardım təyin edilmiş və hərəkətdə olan işlərə görə 2 436 min manat vəsait tələb olunmuş, hər ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 154 manat təşkil etmişdir.

Növbədə olan imtiyazlı şəxslərin həyat şəraitinn yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün ötən il 4 fərdi yaşayış evi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilərək istifadəyə verilmiş, bir-neçə evin cari ildə tikilməsi nəzərdə tutulur.

Bundan əlavə, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu tərəfindən 10 nəfər vətəndaşa əlil arabası verilmişdir.

2015-ci ildə Gədəbəy Rayon Məşğulluq Mərkəzi tərəfindən “Ərazi Məşğulluq Proqramı”na uyğun olaraq, əmək yarmarkası keçirilmiş, yarmarkaya 34 müəssisədən 249 boş yeri çıxarılmışdır. Ümumilikdə, il ərzində işlə bağlı müraciət edən şəxslərin məşğulluq xidməti orqanlarına yönəldilməsi, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatlarda yaranmış vakansiyaların bu orqana təqdim edilməsi istiqamətində işlər aparılmışdır. Mərkəzə  müraciət etmiş 324 nəfərdən 199 nəfəri və ya 61,5 faizi müxtəlif idarə, müəssisə və təşkilatlarda yerləri ilə, 17 nəfər isə işsizlik müavinəti ilə təmin olunmuşdur.

Əhalinin keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi istiqamətində aparılan işlərə uyğun olaraq Çobankənd və Göyəlli kənd poçt şöbələri üçün binaların tikintisinə başlanılmış, Düzyurd kəndində 256 nömrə tutumlu EATS quraşdırılmış, internet xidməti daha da genişləndirilmiş, rayon üzrə geniş zolaqlı internet istifadəçilərinin sayı ötən illə müqayisədə 375 abonent artaraq 1669 abonentə çatdırılmışdır.

Hesabat ilində 10 kilovoltluq hava xəttinin çəkilməsi, 105 ədəd transformatorda əsaslı və cari təmir işləri aparılması vəziyyəti xeyli yaxşılaşdırmışdır. Söyüdlü kəndində yeni salınmış yaşayış məhəlləsinin elektrik enerjisi təminatı ilə bağlı vətəndaşların müraciətləri nəzərə alınaraq  “Azərişıq”ASC qarşısında məsələ qaldırılmış və həmin əraziyə 250 kilovoltluq transformator və 15 ədəd 10 kilovoltluq dayaq quraşdırılmışdır. Bundan əlavə, Gədəbəy şəhərində elektrik şəbəkəsi üçün yeni inzibati binanın tikintisinə başlanılmışdır.

Rayonda  şəhər və 32 kənddə 7850 abonent təbii qazla təmin olunub. Dövlət Proqramına uyğun olaraq, hesabat ilində Çalburun, Söyüdlü, Nərimankənd, Parakənd  və Leşkər kəndlərinə təbii qaz verilmişdir. Miskinli, Çanaqçı və Samanlıq kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.

 Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər 2015-ci ildə sürətlə davam etmiş, Südlübulaq su mənbəyindən 14,7 min metr uzunluğunda metr magistral su kəməri çəkilmişdir. Hazırda su anbarlarının tikintisi şəhər daxilində su xətlərinin və kanalizasiya sisteminin çəkilişi davam etdirilir. Kəndlərdə su təchizatının yaxşılaşdırılması məqsədilə Yaponiya hökumətinin dəstəyi ilə Söyüdlü kəndinə içməli su xətləri çəkilmişdir.

Ümumiyyətlə, kəndlərdə infrastrukturun yenilənməsi və bərpası istiqamətində işlərə daim diqqət yetirilmiş, bu məqsədlə müxtəlif təşkilatların rayonda fəaliyyəti üçün şərait yaradılmışdır. Belə ki, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə rayonun Düz Rəsullu, Dördlər, Hacılar, Alnabat, Səbətkeçməz, Əlinağılar, Kiçik Qaramurad, Kərimli kəndlərində ümumlikdə 54 kilometr kəndarası yollar təmir edilmiş, Miskinli, İsalı, Göyəlli, Poladlı, Dəyirmandağ və İnəkboğan kəndlərində abadlıq işləri aparılmışdır.

Hesabat ilində rayonda təhsilin inkişafı, maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər davam etdirilmiş, bu sahənin inkişafı və keyfiyyət göstəricilərinin yüksədilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

Ötən  tədris ilində  11-ci sinifləri 843 nəfər  bitirmiş, onların 211 nəfəri  ali məktəblərə qəbul olunmuşdur. 500-dən yuxarı bal toplayanların sayı isə 24  nəfər olmuş, 7 nəfər 600-dən artıq bal toplamışdır.

Məktəblərin maddi- texniki bazasının möhkəmləndirilməsi məqsədilə ötən il 43 dəst kompüter, 504 dəst parta, 21 kitab şkafı, 36 stol və 120 stul verilmişdir.

Son üç ildə rayona 171 nəfər gənc müəllim gəlmişdir. Gənc kadrların həvəsləndirilməsi, onların sosial və məişət problemlərinin həlli ilə bağlı tədbirlər görülürbu məqsədlə rayona gələn gənc müəllimlərlə görüşlər təşkil olunur.

Rayonda əhaliyə tibbi xidmət 121 çarpayılıq Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanası, 25 çarpayılıq uşaq şöbəsi,

5 kənd xəstəxanası,19 həkim məntəqəsi, 25 tibb məntəqəsi, GigiyenaEpidemiologiya Mərkəzi tərəfindən göstərilir. Əhalinin sağlamlığı keşiyində 303 nəfər tibb işçisi  dayanır ki, onlardan da 77 nəfəri həkim, 226-sı orta tibb işçiləridir.

Ötən il Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq  fevralın 2-dən mayın 1- dək əhalinin 64010 nəfəri və ya 65,5 faizi tibbi müayinədən keçmişdir. Tibbi müayinədən keçənlərdən 14032 nəfəri və ya 21,9 faizi ambulator müalicəyə, 55 nəfəri isə stasionar müalicəyə cəlb olunmuş, 45 nəfər  Bakı şəhərinə göndərilmişdir.

Rayonun tibb müəssisələrində  ixtisaslı kadrlara ciddi ehtiyac duyulur. Müxtəlif kəndlərdə,  xüsusilə Ermənistanla həmsərhəd olan Şınıx zonasında müasir tələblərə cavab verən səhiyyə müəssisəsinin olmaması ciddi narahatlıq doğurur.

2015-ci ildə rayonda təbiətin mühafizəsi və ekologiyanın qorunması sahəsində həyata keçirilən tədbirlər davam etdirilmiş meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən 90 hektar meşə əkini, 7 hektar meşə səpini, 320 hektar sahədə təbii bərpa işləri aparılmış, 1 hektar tinglik salınmış, həyata keçirilmiş ağacəkmə kampaniyası zamanı rayon ərazisində və  yol kənarlarında 10 min 500 ədəd müxtəlif növ ağac əkilmişdir.

Hesabat ilində icra hakimiyyəti  aparatında vətəndaşların şikayətlərinə baxılması və onların qəbulu işi diqqətdə saxlanılmış, hər həftə rayonun bir nümayəndəliyində əhali ilə səyyar görüşlərin və vətəndaşların qəbul edilməsi praktikası davam etdirilmiş,  qaldırılan problemlərin böyük hissəsi yerində həll edilmişdir.

Rayonda  korrupsiyaya  qarşı mübarizə tədbirləri davam etdirilmişbu sahədə nəzarət mexanizmi gücləndirilmişdir. Ötən il korrupsiya ilə bağlı 46 müraciət daxil olmuş və həmin müraciətlər nəzarət qaydasında araşdırılaraq qanunauyğun tədbirlər  görülmüşdür.

Ümumilikdə bütün idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, onların yazılı və şifahi müraciətlərinə vaxtında baxılması məsələləri diqqətdə saxlanılır.

Bu il Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, Heydər Əliyev Mərkəzinin, Dövlət Bayrağı Meydanının, Gənclər evinin tikilməsi, təbii qaz çəkilişinin davam etdirilməsi,  elektrik enerjisi təchizatı ilə bağlı infrastruktur layihələrin həyata keçirilməsi, Gədəbəy şəhərinin sukanalizasiya sisteminin yenidən qurulması   kimi qarşıda mühüm vəzifələr durur.

İclasda Milli Məclisin deputatı Sevinc Hüseynova, Prezident Admistrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək ölkə Prezidentinin qarşıya qoyduğu mühüm vəzifələrdən danışmış və gədəbəylilərin bu işlərdə yaxından iştirakına əminlik ifadə etmişlər.

İclasda Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

İclas iştirakçıları fermerlərin yetişdirdikləri məhsulların Mədəniyyət evinin foyesində təşkil edilmiş sərgisi ilə tanış olmuşlar.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2016.- 20 fevral.- S.10.