Dünya Azərbaycanlılarının IV Qurultayı xalqımızın möhtəşəm birliyini nümayiş etdirdi

 Beynəlxalq aləm Azərbaycan və türk diaspor təşkilatlarının bundan sonra daha sıx birləşəcəyi qətiyyətini də eşitdi

 

 

 

 

Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan , əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı. Bu gün biz dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilərik və bunu edirik. Əlbəttə, əminəm ki, qurultayda səslənəcək fikirlər, aparılacaq müzakirələr bizim imkanlarımızı daha da genişləndirəcək.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 

 

Müxtəlif tarixi proseslər nətisəsində və taleyin qisməti ilə dünyanın dörd tərəfinə səpələnsə də, müstəqil Azərbaycan dövlətinin ətrafında sıx birləşmiş soydaşlarımızı təmsil edən dördüncü qurultayımız da uğurla başa çatdı. Bu ali məclisin gedişi və nəticələri barədə fikirlərimizi qeyd etməzdən qabaq iki tarixi məqamı yada salmaq istəyirik. Birinci məqam ondan ibarətdir ki, türk dünyasının fəxri sayılan ziyalılardan biridoktor İhsan Doğramacı müstəqilliyin ilk illərində xalqımızın üzləşdiyi çoxsaylı problemlər barədə danışarkən demişdi: “Bunun çoxlu səbəbi olsa da, birinci səbəb xalqla iqtidar arasında qarşılıqlı inamın olmaması idi”.

 

Yada salmaq istədiyimiz ikinci faktı da türkiyəli həmkarlarımızın yazılarından oxumuşuq. Bu il aprelin əvvəllərində ermənilərin qoşunların təmas xəttində törətdiyi təxribatlara cavab verən Azərbaycan Ordusunun uğurlu gedişləri barədə söz açan “Hürriyyət” qəzeti yazırdı: “Bunun ilk səbəbi Azərbaycanda xalqın orduya, ordunun isə dövlətə inanması, sədaqət nümayiş etdirməsidir”. Dünya Azərbaycanlılarının IV Qurultayı bir daha sübut etdi ki, müstəqil Azərbaycan Respublikası indi artıq, sözün həqiqi mənasında, dünyadakı soydaşlarımızın hamısının inandığı, etimad göstərdiyi və sədaqətlə qulluq etdiyi bir dövlətdir.

 

Bu arqumentin iyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyevin dilindən səslənməsi adi fakt deyildi, həm də dünya ictimaiyyətinə göndərilən mesaj idi:Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var, konsensus var”.

 

Qeyd edək ki, bu qurultayın keçirildiyi həmin iki gün ölkəmizin tarixinə iftixar gətirəcək hadisələrdən biri kimi yazıldı. Çünki dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycana, doğma Vətənə gəlmişdilər. Xatırladaq ki, xalqımız belə əlamətdar günü birinci dəfə yeni əsrin ilk ilində görmüşdü.

 

Qəzetimizin ötən saylarında qeyd etdiyimiz kimi, 2001-ci il Azərbaycan diaspor təşkilatlarının formalaşdırılması işində çox önəmli il olmuşdur. Çünki həmin il keçirilən birinci qurultaydan sonra 2002-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda onun adı Diasporla İş üzrə Dövlət Komitəsidir. Dövlət başçımızın qeyd etdiyi kimi, “Diaspor təşkilatlarının təşkilatlanma, formalaşma prosesi daha da geniş vüsət almışdır. Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar”.

 

Dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlı fıkir səsləndirərkən daha tez yada düşən məsələ ümummilli liderimizin siyasi uzaqgörənliyinin nəticəsi olan bir tarixi faktdır. Belə ki, məhz onun təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi və Birliyi Günü təsis edilmişdir. İndi dünyanın hər yerində yaşayan soydaşlarımız həmin bayramı qeyd edirlər. Ancaq təkcə bayramlarımızın qeyd edilməsi ilə bitmir. Dövlət başçımız xarici ölkələrdə yaşayan soydaşlarımızın qarşısına konkret vəzifələr qoyur: “Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdırlar. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar. Yetişən gənc nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini bilməlidirlər. Mən şadam ki, hazırda müxtəlif ölkələrdə 160-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir. Yəqin ki, biz bu məktəblərin sayını artırmalıyıq və Azərbaycan dövləti bu istiqamətdə öz səylərini davam etdirəcək”.

 

Dünya Azərbaycanlılarının IV Qurultayı barədə söz açarkən qeyd edilməli məqamlardan biriodur ki, iki gün davam edən ali tədbirdə 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Qonaqların arasında Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimlər, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var idi . Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılmışdı.

 

Diaspor təşkilatlarımızın rəhbərləri Bakıda müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi apararaq, rəy və təkliflərini səsləndirmişlər. Bu ali məclis Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlərin müzakirəsi ilə yadda qaldı. Bundan başqa, yadda qalan əsas faktlardan biridiaspor təşkilatlarımızın fəallarından bir neçəsinin ordenmedallarla təltif olunması və fəxri adlara layiq görülməsi idi. Mətbuat ekspertlərinin fikrincə, bu qurultayın ən əlamətdar məqamlarından biri də dövlət başçımızın xarici ölkələrdəki Azərbaycan jurnalistlərinin üzərinə böyük vəzifələrin düşdüyünü söyləməsi və mətbuat təmsilçilərinə konkret tövsiyələr verməsi idi. Prezident öz nitqində dedi: “ Aydın məsələdir ki, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb. Onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər və orada təmsil olunurlar. Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni qulaqları görünür. Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik. İlk növbədə media ilə aparılmalıdır. Biz çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsinonlar müxtəlif media orqanlarında təmsil olunsunlar. Onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada, Bakıda, yaxud da başqa bir şəhərdə oturub haradan necə bilərik ki, orada nələr baş verir, kim haqlıdır, kim haqsızdır, kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə bilə bilərik”.

 

Müstəqilliyin ilk illərində Azərbaycanın bütün sahələrdə zəif olduğunu, xüsusən, beynəlxalq ictimaiyyətə həqiqəti əks etdirən informasiyalar çatdıra bilməməyimizin nəticələrini yada salan Prezident konkret bir faktın üzərində dayandı: “Əgər belə olmasaydı, 1992-ci ildə ABŞ Konqresi o məlum və mənfur 907-ci düzəlişi qəbul etməzdi. Təsəvvür edin, Ermənistan Azərbaycan torpaqlarını zəbt edir, Xocalı soyqırımını törədir, insanları didərgin salır, etnik təmizləmə aparır, ABŞ Konqresi “Azadlığa dəstək aktı”na düzəliş qəbul edir ki, Azərbaycan Amerika dövlətinin birbaşa yardımından məhrum edilməlidir. Nəyə görə? Ona görə ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Bundan cəfəng və riyakar qətnaməni bəlkə heç bir parlament görməyib. Bu, nəyə görə baş verdi? Ona görə ki, erməni lobbisinə aid olan satqın, rüşvətxor konqresmenlər, - bəziləri bu çirkin missiyanı hələ də davam etdirir, - belə bir yalanı ortaya atıblar. Azərbaycan isə sadəcə olaraq susub. O vaxt bizim diasporumuz da yox idi. Azərbaycanı idarə edənlər də, ümumiyyətlə, heç bilmirdilər ki, idarəçilik nədir".

 

İndi isə 92-ci il olmadığını, dünyaya Azərbaycan həqiqətlərinin ermənilərin istədiyi kimi yox, məhz həqiqət kimi çatdırılmasının müsbət nəticələr verdiyini söyləyən dövlət başçımız konkret olaraqdörd günlükaprel döyüşlərini yada salır: “Bax, ən yeni misal aprel döyüşləri ilə bağlı olubdur. Ermənistan nə qədər çalışıb ki, bu döyüşlər haqqında yenə də yalan məlumatlar, informasiyalar ötürsün, buna nail ola bilməyib. Ancaq erməni diasporu ilə sıx biznes əlaqəsində olan çox məhdud sayda bəzi satılmış jurnalistlər, - onların adlarını biz hamımız yaxşı bilirik, bu auditoriyada onları çəkmək yerinə düşməz, - çalışdılar ki, Azərbaycanı günahlandırsınlar və o aprel döyüşlərini Ermənistanın böyük qələbəsi kimi qələmə versinlər. Amma alınmadı. Nəyə görə? Çünki birincisi, artıq bizim də imkanlarımız var. İkincisi, bizöz sözümüzü deyirik. Hamı bilir ki, nələr baş verib. Hamı bilir ki, aprel döyüşlərinin nəticəsi nədir”.

 

Qurultayın ilk günü təşkil olunmuş panel sessiyalarından birində çıxış edən Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Vaterlo Universitetinin professoru İlham Axundov deyib ki, hər bir zamanın dominant anları var. Regiondadünyada olan siyasi sıçrayışları və informasiya müharibəsini də nəzərə alsaq, gənclər bu istiqamətdə daha aktiv olmalıdırlar: “Bu gün Prezident İlham Əliyev informasiya sahəsində hələ görüləsi çox işlərin olduğunu bildirdi. Bunu nəzərə alaraq, işimizi daha da canlandırmalıyıq”.

 

Bəli, inanırıq ki, beynəlxalq aləmdəki Azərbaycan diasporunun fəaliyyəti bu qurultaydan sonra daha sürətlə canlanacaq. Bunu zaman tələb edir, xalqımızın və dövlətimizin maraqları tələb edir. Bu, eyni zamanda, dövlət başçımızın, 50 milyonluq dünya azərbaycanlılarının liderinin tövsiyəsi, göstərişidir. Əminik ki, bu göstəriş bütün parametrlər üzrə, dəqiqliklə reallığa çevriləcək.

 

İttifaq MİRZƏBƏYLİ,

Xalq qəzeti”

Xalq qəzeti.- 2016.- 5 iyun.- S.1.