Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf edir

 

Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan ötən  25 il ərzində Türkiyə ilə əlaqələr dinamik inkişaf edib. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda qardaş ölkə ilə əlaqələrin genişlənməsinə yönələn ardıcıl və məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq dərinləşib.

 

Burada təbii ki, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti danılmazdır. İkitərəfli siyasiiqtisadi əməkdaşlığın mühüm önəmini vurğulayan dövlət başçımız İlham Əliyev qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz var. Hazırda Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında dinamik inkişaf edir.

 

Azərbaycan və Türkiyə regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadienerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional münasibətlərin dərinləşməsi istiqamətində səmərəli şəkildə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayaniki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neftqaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin mühüm göstəricisinə çevrilib.

 

Azərbaycan-Türkiyə arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığa da töhfəsini verir. Bunu belə bir faktdan da görmək olar: təkcə ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dolları həcmində olub. Şübhəsiz ki, bu göstərici gələcəkdə də dinamik artımla müşahidə ediləcək. Ekspertlərin proqnozlarına əsasən, 2020-ci ilədək Azərbaycanın Türkiyə iqtisadiyyatına yatıracağı investisiyaların  həcmi 20 milyard dollara çatacaq ki, bunun da 15 milyard dolları Dövlət Neft Şirkətinin (SOCAR) payına düşəcək. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr Türkiyə-Azərbaycan əməkdaşlığının gələcək inkişafında xüsusi əhəmiyyətə malikdir. Adı çəkilən nəhəng layihələrdən sonra 2012-ci il iyunun 26-da Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanın imzaladıqları sazişlə həyata keçirilməsinə başlanılan Trans-Anadolu (TANAP) təbii qaz boru xətti layihəsi də ölkələrimizin regiondadünyada nüfuzunu artırıb. Beləliklə, yaxın beş ildə TANAP layihəsinin icrası gerçəkləşəcək   və Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olmaqla yanaşı, eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək.

 

TANAP layihəsindən söz düşmüşkən, xatırladaq ki, müasir dövrdə Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artıb. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edildi. Azərbaycanın müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi həyata keçirildikdən, yəni, 2018-ci ildən sonra Avropanın təbii qaz bazarında ölkənin rolu daha da yüksələcək. Bu layihə ölkəmizin uzunmüddətli inkişafını, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaq. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikamızın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənməsinə imkan verəcək. Bununla yanaşı, 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisədir.

 

Yuxarıda qeyd edilən məsələlərlə bağlı Azərbaycana  rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın iştirakı ilə iyunun 3-də Bakıda keçirilən görüşlərdə ətraflı bəhs olunub. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının bütün məqamları Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın mətbuata bəyanatlarında bir daha öz ifadəsini tapıb. Dövlətimizin başçısının bəyanatında bildirilir ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri uğurla inkişaf edir, münasibətlər yüksək səviyyədədir. Hazırda dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Bütün sahələrdə əməkdaşlıq, işbirliyi genişlənir, güclənir. Türkiyə və Azərbaycan daim bir-birinin yanındadır, bir-birini   dəstəkləyir, bütün beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərir. Bu yaxınlarda Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı çox önəmli qərar qəbul edilib, Kontakt Qrupu yaradılıb. Türkiyənin bu qərarların qəbul olunmasında mühüm rolu olub. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycanın yanındadır və respublikamız  bu dəstəyə görə qardaş ölkəyə minnətdardır.

 

Azərbaycan Prezidenti bəyanatında, həmçinin bildirib ki, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazisi uzun illərdir ki, işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşüb, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, torpaqlarımızın təxminən 20 faizi 20 ildən çoxdur ki, işğal altındadır. Baxmayaraq ki, beynəlxalq təşkilatlar, ilk növbədə, BMT müvafiq qərar və qətnamələr qəbul ediblər, ancaq məsələ indiyədək öz həllini tapmayıb. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsində göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Həmin qətnamələrin qəbul olunmasından isə 20 ildən çox vaxt keçir. Ancaq bu qətnamələr kağız üzərində qalıb. Nəyə görə?! Çünki ikili standartlar var, ayrı-seçkilik göstərilir. Bəzi hallarda BMT -nin qətnamələri bir gün ərzində icra edilir, amma Azərbaycana gəldikdə bu, 20 ildən çoxdur ki, icra edilmir və işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq olunmur. Bu, böyük ədalətsizlikdir.

 

 

 

Prezident İlham Əliyev daha sonra vurğulayıb ki, Azərbaycan öz prinsipial mövqeyini gücləndirir, siyasi, iqtisadi, hərbi üstünlük əldə ediraprel döyüşləri bunu bir daha göstərdi. Ermənistanın hərbi təxribatı cavabsız qalmayıb. Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirib. Bunun nəticəsində 20 kvadratkilometrdən çox ərazi işğalçılardan təmizləndi və bundan bir neçə dəfə böyük ərazi də Azərbaycan Ordusunun nəzarətinə keçdi. Biz əlbəttə, çalışırıq və çalışacağıq ki, bu məsələ sülh, danışıqlar yolu ilə həll edilsin, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqlarımızdan erməni silahlı birləşmələrinin çıxarılması deməkdir.

 

Cənab İlham Əliyevin bəyanatında iki qardaş ölkənin münasibətlərində mühüm önəm daşıyan digər məqamlara da toxunulub. Bildirilib ki, Azərbaycan bütün məsələlərdə Türkiyəni dəstəkləyir, bəzi hallarda isə Türkiyəyə qarşı edilən ədalətsizliklərə Türkiyə qədər heyifsilənir və öz sözünü deyir. Misal üçün,  Almaniya Parlamenti tərəfindən ədalətsiz, qərəzli, tarixi yalan üzərində qəbul edilmiş qətnaməni Azərbaycan dərhal qınadı, pislədi, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdibu gün mən ölkə Prezidenti kimi bu yalan üzərində qurulan təxribatı bir daha pisləyirəm, qınayıram. Bu, ədalətsizlikdir, ikili standartlardır, tarixin təhrif edilməsidir və buna təbii ki, biz dözə bilmərik və dözmürük.

 

Azərbaycan Prezidenti bəyanatında xüsusi vurğulayıb ki, ölkəmiz hər zaman olduğu kimi, bu gün də Türkiyənin yanındadır. Bundan sonra da iki qardaş ölkənin  birliyi daha da gücləndiriləcək.

 

Cənab İlham Əliyev deyib: “Hazırda  Türkiyə-Azərbaycan birliyi nəinki regionda, dünya miqyasında bir amildir. Bu amili heç kim inkar edə bilməz. Biz gücümüzü birləşdiririk. Biz birgə layihələr icra edirik. Bu gün hörmətli Baş nazirlə birgə icra etdiyimiz bütün layihələri bir daha müzakirə etdik. Hörmətli Baş nazirin nəqliyyat naziri olduğu dövrdə Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlamışıq. Hörmətli Baş nazir o yolun tikintisi üçün çox böyük səylər göstərib. Artıq yaxın zamanlarda biz bunun açılışını qeyd edəcəyik”.

 

Xatırladaq ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Bu mənada, 2008-ci il iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində dövlət başçısı Azərbaycanın beynəlxalq enerji və nəqliyyat dəhlizi ölkəsi olaraq yüksək potensialını göstərməklə yanaşı, bu dəmir yolunun ümumən regionda əməkdaşlığın genişlənməsi üçün çox önəmli layihə olduğunu bildirib.  Hazırda regionun ən böyükmühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neftqaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir.

 

Azərbaycan Prezidenti bəyanatında diqqətə çatdırıb ki, enerji layihələri artıq regional çərçivədən çıxaraq qlobal layihələrə çevrilib. Bunu da Azərbaycan və Türkiyə birlikdə icra edir. 2012-ci ildə  Prezident Rəcəb Tayyib Ərdoğanla İstanbulda TANAP layihəsinə start verildi. Əgər o vaxt biz bu məsuliyyəti öz üzərimizə götürməsəydik, hələ bu günə qədər bu enerji təhlükəsizliyi məsələləri müzakirə mövzusu olacaqdı. İndi 45 milyard dollar dəyərində “Cənub” qaz dəhlizi layihəsi icra edilir. Bu, bizi daha da birləşdirəcək, bölgəyə sabitlik gətirəcək. Bölgə ölkələri bir-biri ilə daha sıx əlaqədə olacaqlar.

 

Xatırladaq ki, beş il ərzində reallaşdırılması nəzərdə tutulan TANAP layihəsi bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

 

Bəli, bu   tarixi hadisə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yenidinamik inkişaf mərhələsi kimi qiymətləndirilə bilər. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddurbütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.

 

Azərbaycan Prezidentinin vurğuladığı kimi, birgə icra edilən layihələr həm iki qardaş ölkəni gücləndirir, həm də bölgənin daha da etibarlı əməkdaşlığa, işbirliyinə hazır olmasını təsdiqləyir. Azərbaycan-Türkiyə birliyi gələcəkdə daha da gücləndiriləcək. Bu gün Türkiyə dünya miqyasında bir gücdür, “Böyük iyirmiliyin üzvüdür. Dünyada baş verən böhranlara baxmayaraq, Türkiyənin iqtisadiyyatı inkişaf edir, güclənir. Türkiyənin gücü, eyni zamanda,  Azərbaycanın gücüdür.  Azərbaycan  Türkiyənin bütün uğurlarına öz uğurları kimi sevinir.

 

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım isə mətbuata bəyanatında qardaş Azərbaycana bu dəfə Baş nazir olaraq səfər etməkdən çox böyük məmnunluq duyduğunu, özünə və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Baş nazir vurğulayıb ki, Azərbaycan ilə Türkiyə əlaqələri iki dövlət əlaqələrindən daha yüksəkdə dayanan, qardaşlıq hüququna söykənən “bir millət, iki dövlət” olaraq bizim keçmişdən gələcəyə uzanan birliyimizdir.

 

Binəli Yıldırım Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasını vurğulayarkən, Azərbaycan Prezidentinin son  bir il ərzində Türkiyəyə üç dəfə səfər etməsini diqqətə çatdıraraq deyib: Ankarada törədilən və bütün millətimizi dərindən üzən mənfur terror hücumundan sonra Prezident Ərdoğanın Azərbaycana səfər etməsi gözlənilərkən, möhtərəm İlham Əliyevin çox böyük jest edərək Ankaraya gəlməsi, dərdimizə şərik olduğunu ifadə etməsi ona türk xalqının böyük rəğbətini qazandırdı. Əsl dostluğun, qardaşlığın nə olduğunu bütün dünyaya bu yolla göstərdi. Dünya Humanitar Sammitində, İslam Əməkdaşlıq Təşkilatının Sammitində də yüksək səviyyədə iştirakına görə cənab İlham Əliyevə təşəkkür edirik”.

 

Türkiyə Respublikasının Baş naziri bəyanatında, eyni zamanda, demişdir ki, Azərbaycanın dostu bizim dostumuzdur, düşməni də bizim düşmənimizdir. Azərbaycan torpaqlarının 20 faizini illərdir işğal edən ermənilərin hüququ kobud şəkildə pozmalarına artıq “yox” deməyin vaxtı çatıb. Bu məsələni zamana buraxaraq unutdurmaq əsla mümkün deyil. Bir sıra beynəlxalq təşkilatlar, ATƏT, Minsk qrupu toplanıb yenidən dağılışırlar. İndi artıq vaxtı uzatmaq deyil, həll yolu tapmaq zamanıdır və biz Türkiyə olaraq bunu yaxından müşahidə edirik. Onlara sərf edən məsələdə tez-tez toplanıb qərar qəbul edənlər, Azərbaycanın, Türkiyənin məsələsinə gələndə hərəkət etmək istəmirlər. Bu, ikili standartdır və əsla qəbul edilə bilməz. Nə vaxt ki, Azərbaycan torpaqlarının 20 faizi geri qaytarılsa, Azərbaycanın suverenliyi tam təmin edilsə, o zaman bu məsələ həll edilmiş olacaq. Bu baxımdan bu məsələni beynəlxalq ictimaiyyətin daha ciddi ələ almasının və ikili standartdan əl çəkməsinin vaxtı çoxdan yetişib. Biz bunu gözləyir və izləyirik.

Sonda bir məqamı da xüsusi vurğulamaq istərdik. Türkiyə-Azərbaycan münasibətləri təkcə iqtisadi maraqlar üzərində qurulmayıb. İkitərəfli münasibətlər öz kökünü xalqlarımızın qədim tarixindən götürür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə-Azərbaycan qardaşlığı və strateji tərəfdaşlığının möhkəmliyini yüksək qiymətləndirərək dediyi sözlər də bu fikrin bariz ifadəsidir: “Xalqlarımızı birləşdirən ortaq tarix, ortaq mədəniyyətdir. Bunlar çox güclü əsaslardır. Ölkələrimizi birləşdirən insanların bir-birinə olan məhəbbətidir, qəlbindəki sevgidir. Bizi birləşdirən strateji müttəfiqliyimizdir... Türkiyə və Azərbaycan dünya miqyasında nadir müttəfiqlik münasibətlərini qura bilmişlər. Biz bütün sahələrdə dost, qardaş kimi bərabər hərəkət edirik. Bundan sonra da onilliklər ərzində Türkiyə və Azərbaycan daim bir yerdə olacaqlar... Ölkələrimiz daha da sıx birləşəcək, siyasi, iqtisadibütün başqa sahələrdə əməkdaşlıq daha da dərinləşəcəkdir. Türkiyə-Azərbaycan iki qardaş xalq, iki qardaş ölkə kimi ancaqancaq irəliyə gedəcəkdir”.

 

Vaqif BAYRAMOV,

Xalq qəzeti.-2016.-10 iyun.-S.4.