Niderlandın nüfuzlu qəzetində Azərbaycanla bağlı məqalə

 

 

3-5 iyun tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində Dünya Azərbaycanlılarının IV qurultayı keçirildi. Qurultaya dünyanın 49 ölkəsindən 500 nəfər soydaşımız, 50 nəfər digər millətlərin nümayəndələri dəvət olunmuşdu. Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasov və təşkilatın katibi Vim Van Embden də qurultayın işində iştirak edənlər arasında idilər.

 

Niderlanda qayıtdıqdan sonraConnect” - in nümayəndələri ölkəmizlə bağlı fikirlərini Niderland mətbuatı ilə yerli oxuculara çatdırıblar. Bu günlərdə “PZC” qəzeti Vüqar AbbasovunVim Van Embdenin fikirlərinə geniş yer verib. Həmin yazının qısa xülasəsini sizlərə təqdim edirik. Yazıya Bakıda keçrilən “Formula-1” yarışları ilə başlayan müəllif niderlandlı Maks Verstappeninbu yarışlarda iştirak etdiyinə diqqət çəkib: “Bakı, insanları möhtəşəmdir. Mən Azərbaycandan gözlədiyimdən də artıq yüksək təəssüratla qayıtdım. Bu gözəllik hava limanından başlanır. Dənizkənarı Milli Parkınız çox gözəldir. Bakının  insanları qonaqpərvər və diqqətçildirlər. Heç bir dinimilli ayrı- seçkilik hiss etmədim.

 

“Təşkilatdakı azərbaycanlı həmkarımın, Vüqarın mənə danışdıqlarından da  üstün gördüm Bakını" - yazan Vimin Azərbaycanla bağlı fikirləri yazının ana xəttini təşkil edir. Daha sonra yazıda Azərbaycanda geniş biznes imkanlarının olduğuna toxunan Vim Van EmbdenVüqar Abbasov niderlandlı adamlarını bu ölkəyə sərmayə qoymağa çağırıblar. Yazıda, eyni zamanda Qarabağ məsələsinə də toxunulub: “Qarabağ məsələsinə diqqət çəkmək təşkilatın əsas məqsədlərindən biridir. Niderland mətbuatı Qarabağı “anklav ərazi” adlandırırlar ki, bu, belə deyil. ”Connect"in nümayəndələri Qarabağın Azərbaycan ərazisi olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu hər yerdə xüsusilə bu yazıda bir daha qeyd ediblər: “Təsəvvür edin ki, Niderlandın bir hissəsini qonşu ölkələr işğal edib. O zaman sən təbii ki, digər ölkələrə tək Niderland güllərindən, klomplarından deyil, həm də ərazilərinin işğalda olduğundan danışacaqsan. Odur ki, biz də təşkilat olaraq Qarabağ mövzusuna diqqət yetirməyi vacib hesab edirik”- deyə Vim Van Embden əlavə edir.

 

Sonda Vüqar AbbasovVim Van Embden bir daha niderlandlı adamlarına müraciət edərək onları Azərbaycandakı şəraiti ilə daha yaxından tanış etməyə hazır olduqlarını bəyan ediblər. “Sizi mənim gözəl ölkəmlə, Azərbaycanla daha yaxından tanış olmağa dəvət edirəm” – deyə Vüqar Abbasov sonda vurğulayıb.

 

Anar TURAN,

Xalq qəzeti”

Xalq qəzeti.- 2016.- 18 iyun.- S.6.