Xaçmazda möhtəşəm multikulturalizm festivalı

 

 

2016-cı il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ilielan olunub. Bu münasibətlə ölkəmizin multikulturalizm ənənələri ilə bağlı müxtəlif tədbirlər keçirilib, xalqımızın həyat tərzinin mühüm tərkib hissəsi olan bu ənənələrin təbliği sahəsində istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə geniş təbliğat kampaniyası aparılıb.

 

Ancaq, zənnimizcə, iyunun 25-də Xaçmazda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Xaçmaz Rayon İcra Hakimiyyəti və rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə keçirilmiş tədbir özünün möhtəşəmliyi ilə digərlərindən fərqli idi. Bu, bir tərəfdən, festivalın miqyasının genişliyi ilə bağlı idisə, digər tərəfdən, iştirakçıların tərkibi, tədbirlərin rəngarəngliyi ilə diqqəti cəlb edirdi.

 

 

Rayonla tanışlıq

 

 

Multikultural dəyərləri yaşadaq” adlı birinci beynəlxalq festivalda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev, nazirliyin əməkdaşlarından ibarət böyük bir qrup, Azərbaycandakı bir sıra səfirliklərin (Rusiya, Türkiyə, İordaniya, Ukrayna, Misir, Belarus) nümayəndələri və təbii ki, Xaçmaz rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir rayondakı Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başladı. Əvvəlcə nazir Əbülfəs Qarayev və Bakıdan gəlmiş çoxsaylı qonaqlar ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısındakı heykəli önünə tər çiçəklər qoydular.

 

Sonra mərkəzin binası ilə tanışlıq başlandı. Burada qonaqları ulu öndərin foyedə ucalan büstü qarşılayır. İkinci mərtəbədə isə divarlarda Heydər Əliyevin uşaqlıq illərindən ömrünün sonuna qədərki həyatını və genişmiqyaslı ictimai-siyasi fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olduq. Birinci mərtəbədəki geniş və yaraşıqlı iclas zalı da müasir dizaynı ilə seçilir. Binanın istər xarici, istərsə də daxili görkəmi isə özünün gözəlliyi ilə tamaşaçını heyran qoyur. Mərkəz böyük və yaraşıqlı bir parkın içində salınıb, burada yeni ağaclar əkilib, yaşıllıqlar salınıb. Bütün bunlar, təbii ki, rayon rəhbəri Şəmsəddin Xanbabayevin ümummilli liderə, onun siyasətinə və xalqı qarşısında böyük xidmətlərinə hörmət və ehtiramının təzahürüdür.

 

 

Açıq səma altında milli mədəniyyətlərin nümayişi

 

 

Daha sonra festival öz işini Xaçmaz şəhər mədəniyyət və istirahət parkında davam etdirdi. Qonaqlar burada təşkil olunmuş müxtəlif səpkili sərgilərə maraqla tamaşa etdilər, müxtəlif xalqların mədəniyyət və incəsənət nümunələri ilə yaxından tanış oldular. Əvvəlcə “Azərbaycan - dünya multikulturalizminin ünvanlarından biri” adlı rəsm sərgisi təqdim olundu. Burada Azərbaycanın 10-dan artıq rayonundan gəlmiş məktəblər öz şagirdlərinin 100-dən çox rəsm əsərini nümayiş etdirirdi.

 

Növbəti sərgidə Azərbaycanda yaşayan milli azlıqların mədəniyyətini əks etdirən tətbiqi sənət nümunələri nümayiş olunurdu. Burada xanalarda xalça toxumaq, yun əyirmək və sair kimi müxtəlif tətbiqi sənət nümayəndələri ilə tanış olmaq mümkün idi. Yaxınlıqda bir-birindən gözəl xalçalar da nümayiş etdirilirdi. Nazir burada müxtəlif milli azlıqları təmsil edən insanlarla görüşüb söhbət etdi, onların işlərinə yüksək qiymət verdiyini bildirdi.

 

Milli azlıqların mətbəx nümunələrinin nümayiş edildiyi kulinariya sərgisi də tamaşaçıların marağına səbəb oldu. Burada sac üzərində fətir salmaqdan tutmuş kabab bişirmək, müxtəlif ədviyyələrlə çay süfrəsi açmağa qədər ən müxtəlif nümunələrlə tanışlıq mümkün oldu.

 

Daha sonra açıq səma altında ölkəmizdə yaşayan milli azlıqların folklar musiqisindən ibarət “Bizim Vətənimiz Azərbaycandır” adlı geniş konsert proqramı təqdim olundu. Mədəniyyət və istirahət parkından yaxınlıqdakı İncəsənət Mərkəzinə qədər uzanan geniş məkanda 15-dən artıq müxtəlif millətin rəqs və musiqi kollektivləri “yarmarkaüslubunda düzülərək bir-birinin ardınca öz milli ifalarını təqdim edirdilər.

 

Nazir Əbülfəs Qarayev, RİH başçısı Şəmsəddin Xanbabayev  qonaqlar bu musiqi və rəqs nümunələrinə böyük maraqla tamaşa etdilər. Burada Azərbaycanın 39 rayonunu təmsil edən kollektivlər iştirak edirdilər. Balaca istedadların təqdim etdikləri mədəniyyət nümunələri isə xüsusi maraqla qarşılanırdı. Festivalın bu hissəsinə ictimai maraq o qədər böyük idi ki, parka insan axını yaranmışdı. Xaçmaz şəhərinin sakinləri də bu rəngarəg mədəniyyət sərgisindən kənarda qalmaq istəməmişdilər.

 

Sonda Bakıda və rayonlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin ifasında yerlixarici bəstəkarların klassik musiqi nümunələrindən ibarət konsert proqramı təqdim olundu.

 

 

Multikulturalizm ənənələri bitməyəcək

 

 

Sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “Multikulturalizm ili”nə həsr olunmuş brifinq keçirildi. Əbülfəs Qarayev bildirdi ki, Prezident İlham Əliyev tərəfindən elan olunmuşMultikulturalizm ili” çərçivəsində nazirlik Bakıda və Azərbaycanın rayonlarında müxtəlif tədbirlər keçiribbu istiqamətdə fəaliyyət davam etdirilir. Ancaq Xaçmazdakı tədbir ilk dəfə beynəlxalq festival şəklində təşkil olunub. Bu ənənə hər il davam etdiriləcək. Nazir Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin birinci festivalın təşkili ilə bağlı gördyü işləri yüksək qiymətləndirdi.

 

Onun sözlərinə görə, bu gün Azərbaycanın yeni nəsli ulu öndər Heydər Əliyevin tövsiyələrinə layiqincə əməl edirlər. “Ulu öndər gənclərin birinci qurultayında demişdi: “Mən istəyirəm ki, Azərbaycan gəncləri Nizamini, Füzulini Azərbaycan dilində, Şekspiri ingilis dilində, Puşkini rus dilində oxusunlar". Bu gün bizim Xaçmaz parkında gördüyümüz uşaqlar və gənclər öz ifalarını həm Azərbaycan, həm rus, həm də ingilis dillərində təqdim etdilər. Bu, böyük nailiyyətdir. Azərbaycan multikultural ənənələrə sadiqdir, dünya mədəniyyətinə açıqdır. Bu gün bir sıra ölkələrlə yeni sənədlər imzalanacaq. Bu da yeni imkanlar, yeni əlaqələr deməkdir. Bu gün Azərbaycan mədəniyyəti dünyanın müxtəlif ölkələrində nümayiş etdirilir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər, BMT forumları keçirilir. “Multikulturalizm ilibu ilin sonunda bitəcək, ancaq Azərbaycanda multikulturalizm ənənələri bitməyəcək".

 

Xaçmaz RİH başçısı Şəmsəddin Xanbabayev birinci multikulturalizim festivalının Xaçmazda keçirilməsindən məmnunluq duyduqlarını bildirdi. Qeyd etdi ki, rayonda 22 millət və etnik qrupun nümayəndələri bir ailə kimi yaşayırlar. Tədbirdə isə Azərbaycanın 39 rayonundan nümayəndələr, xüsusən uşaqlar iştirak edirlər. Bu, Azərbaycanda yaşayan bütün insanların multikultural dəyərlərə sadiq olduğunu göstərir.

 

Başçı festivalda iştirak edən xarici ölkə nümayəndələrini salamladı və Türkiyədən gəlmiş qonaqların nəzərinə çatdırdı ki, 1991-1994-cü illərdə Türkiyənin köməyi olmasaydı, Naxçıvan olmayacaqdı. Ulu öndər Heydər Əliyevin Türkiyə ilə sıx əlaqələr yaratması nəticəsində o zaman muxtar respublika fəlakətdən xilas edildi.

 

Sonra Əbülfəs Qarayev birinci festivalın kubokunu Şəmsəddin Xanbabayevə təqdim etdi. Gələn ilin rəmzi açarı isə növbəti festivala ev sahibliyi edəcək Quba rayonunun nümayəndəsinə təqdim edildi.

 

Tədbir çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzlə Belarus Respublikasının Xalq Sənətləri və Mədəni Maarifləndirmə İşləri üzrə Metodiki Mərkəzi arasında, eləcə də İstanbul Şəhər Mədəniyyət Dərnəyi və Xaçmazdakı Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq haqqında memorandumlar imzalandı.

 

Mədəniyyət və turizm naziri səmərəli mədəni əlaqələrə görə festivalda iştirak edən səfirliklərin nümayəndələrinə və multikulturalizm ənənələrini mətbuatda geniş təbliğ etdiyinə görə bir sıra KİV nümayəndələrinə (o cümlədən, “Xalq qəzeti”nə) diplomlar təqdim etdi.

 

Tədbir çərçivəsində “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” və YAP Gənclər Birliyi nümayəndələrinin iştirakı ilə “Multikulturalizmə alternativ yox” adlı elmi-praktik konfrans da keçirildi.

 

Paşa ƏMİRCANOV

Xalqqq qəzeti.- 2016.- 28 iyun.- S.6.