Musiqi Kolleci tələbələrinin konserti

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kolleci tələbələrinin ulu  öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş konserti olmuşdur.

Orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Rauf Abdullayevin idarə etdiyi  konsertdə  Musiqi Kollecinin istedadlı tələbələrinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənmişdir.

Konsert respublika müsabiqəsinin laureatı, IV kurs tələbəsi Mirzəhra Muradovanın (vokal) ifasında NiyazininArzu” mahnısı ilə başlanmışdır. Beynəlxalq və respublika müsabiqələrinin laureatları – IV kurs tələbəsi Rəhim Xudaverdiyev ( klarnet) K.VeberinKonsertino”,  III kurs tələbəsi Günel Ələkbərli (skripka) K. Sen-Sansın “ İntroduksiyarondo-kapriççiozo”, II kurs tələbəsi Cəmil Abdullayev (truba) A.GedikeninKonsert etüdü”,  III kurs tələbəsi Kamal Qədirov (trombon) G.PerqolezininSimfoniya”, IV kurs tələbəsi İbrahim Babayev (tar) Hacı Xanməmmədovun “Konsert-2" (I hissə),  IV kurs tələbəsi Eldəniz Ələkbərzadə F.Şopenin ”1 saylı konsert" (Op.11,I hissə),  IV kurs tələbəsi Günel Rizvanova S. Raxmaninovun  “2 saylı konsert” (Op.16,I hissə) əsərlərini yüksək professionallıqla təqdim etmişlər.Tələbələrin çıxışları alqışlarla qarşılanmışdır.

 

Afət SADIQOĞLU,

 

Xalq qəzeti.- 2016.- 8 may.- S. 4.