Səməd Vurğunun 110 illiyi münasibətilə

“Biblioqrafiya” kitabı və elektron

məlumat bazasının təqdimatı

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Səməd Vurğun. Biblioqrafiya” kitabının və “Azərbaycan Xalq şairi Səməd Vurğun” elektron məlumat bazasının təqdimatı keçirildi. Biblioqrafiya Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasında işıq üzü görüb.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq bildirdi ki, bu il görkəmli şairin 110 illiyi ilə əlaqədar müxtəlif səviyyələrdə yubiley tədbirləri keçirilir. Tədqim olunan kitab və elektron toplu da kitabxananın yubileyə töhfəsidir.

“Səməd Vurğun. Biblioqrafiya” kitabının ön sözünün müəllifi, millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib edilmiş nəşrin əhəmiyyətindən danışdı. Tarixçi-tədqiqatçı Şəmistan Nəzərli,  filologiya elmləri doktorları Adilxan Bayramov, Şirindil Alışanlı, filologiya üzrə fəlsəfə doktoru, şair Ənvər Əhməd və başqaları çıxış edərək biblioqrafik göstəricinin çox dəyərli vəsait olduğunu bildirdilər.

Tədbirdə “Azərbaycan Xalq şairi Səməd Vurğun” elektron məlumat bazası da təqdim olundu. İştirakçılar şairin həyat və yaradıcılığını əks etdirən “Səməd Vurğun-110” adlı sərgi ilə də tanış oldular.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzzeti.- 2016.- 15 oktyabr.- S.7.