“Azərbaycan tolerantlıq nümunəsidir”

 

Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Dini Qurumlarla üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda ustad dərsi keçirilibonun “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” kitabının təqdimatı olub. Tədbirdə alimlər, fondun əməkdaşları, Könüllülər Birliyinin üzvləri iştirak ediblər.

 

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edərək 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə görüləcək maarifləndirici işlər barədə məlumat verib. Bildirib ki, Beynəlxalq Tolerantlıq Günü ərəfəsində fondun təşkilatçılığı ilə Bakıda və rayonlarda tanınmış alimlərin, mütəxəssislərin yerli əhali üçün silsilə mühazirələri planlaşdırılır. Gündüz İsmayılovun “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda ustad dərsi bu silsilənin başlanğıcıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” kitabı haqqında iştirakçılara əhatəli bilgi verərək, xalqımızın tolerantlığının səbəbləri haqqında da danışıb. Tolerantlığı ölkəmizin ideoloji, milliictimai təhlükəsizliyinin təminatı kimi qiymətləndirən natiq onun Azərbaycan xalqının genetik yaddaşında kök salmış dəyər olduğunu da vurğulayıb. O, Azərbaycan tolerantlığının Nic, Oğuz, Quba modelləri barədə geniş məlumat verib, hər bir azərbaycanlının ölkə ərazisindəki kilsələrə, məbədlərə, məscidlərə və sinaqoqlara eyni hörmətlə yanaşdığını diqqətə çatdırıb.

Bilik Fondunun İnformasiya təminatı sektorundan bildiriblər ki, sonra G.İsmayılov tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.     

 

Xalq qəzeti.- 2016.- 30 oktyabr.- S.4.