Unudulmaz tarixçialim

 

Zelik Yampolski – 105

 

Zelik İosifoviç Yampolski. Bu ad orta və yaşlı nəsil ziyalılarımıza, xüsusən də, Azərbaycan tarixinin qədim dövrünün tədqiqi üzrə ixtisaslaşmış alimlərimizə  yaxşı məlumdur. AMEA Tarix İnstitutunun elmi arxivində saxlanan şəxsi işindəki sənədlər həyatı, ictimaielmi fəaliyyəti haqqında kifayət qədər təsəvvürüm olmayan bu ziyalımız barədə dolğun məlumat əldə etməyimdə həlledici rol oynadı. 1911-ci ilin avqustunda Lənkəranda qulluqçu ailəsində dünyaya göz açan Z. Yampolskinin gənc yaşlarında ikən tarix elminə olan marağı valideynlərinin diqqətindən yayınmamış və bu sahədə mütəxəssis kimi yetişməsində ona dəstək olmuşlar.

 

Z. Yampolski əmək fəaliyyətinə 1930-cu ildə, respublikamızda gedən sosializm cəmiyyəti quruculuğu fonunda yerli savadlı kadrlara, xüsusən də, rusdilli maarifçi gənclərə ehtiyacın yüksək olduğu vaxtlarda başlayır. İlk vaxtlar bilik və bacarığını jurnalistikada sınamağa qərar verir.  Həmin vaxtlarda "Vışka" qəzetində müxbirredaktor kimi fəaliyyət göstərərək, maarifləndirici səpgidə məqalələrlə ictimai həyata atılır. Özünə tələbkarlığı ilə çalışdığı kollektivdə həmyaşıdlarından seçilən gənc Zelik təhsilini artırmaq üçün 1932-ci ildə Moskvadakı Tarix, Fəlsəfə və Ədəbiyyat İnstitutuna daxil olur. Bu elm ocağını bitirdikdən sonra tarixçi ixtisası üzrə qədim yunan və latın dillərinin mütəxəssisi kimi 1937-ci ildə Vətənə dönürakademik səviyyədə elmi fəaliyyətə başlayır.

Z.Yampolski kiçik elmi işçi kimi əmək fəaliyyətinə başladığı Tarix, ArxeologiyaEtnoqrafiya İnstitutunda qısa müddət ərzində erudisiyası və işgüzarlığı sayəsində nüfuz qazanaraq, tariximizin aktual problemlərinin həllinə qatılır. 1939-cu ildə Moskvada dərc olunan "Vestnik drevney istorii" jurnalında onun ilk samballı elmi işiçoxcildli "SSRİ tarixi" əsərinə rəyi dərc olunur. Son 20 ildə Azərbaycanda tarixin öyrənilməsində qazanılan nailiyyətlər haqqında hesabatın ona həvalə olunması təsadüfi deyildi (mətn 1940-cı ildə SSRİ EA Azərbaycan Filialının Xəbərlərinin 2-ci sayında dərc olunub).

1939, 1941 və 1943-cü illərdə dərc olunan "Azərbaycan tarixi" əsərinin müəlliflərindən biri olan  Z.Yampolskinin tədqiqat sferasında tarixi keçmişimiz ön plana çıxır. Lakin Böyük Vətən müharibəsi, bütün ölkə vətəndaşları kimi, onun da həyatında  ciddi dəyişikliyə səbəb olur. Milyonlarla sovet gənci kimi,  Z. Yampolski də Vətənin müdafiəsinə qatılmaq üçün silaha sarılır. Müharibənin ilk vaxtlarında yaralanaraq, ordu sıralarından tərxis olunsa da, ön cəbhə ilə əlaqəsini kəsmir. Partiya funksioneri qismində ezam olunduğu döyüş bölgələrində ordunun döyüş ruhunun yüksəldilməsi, vətənpərvərlik və alman faşizminə qarşı nifrətin təbliği istiqamətində fəaliyyət göstərməkdə davam edir. Müharibənin ağır illərində o, "Kommunist", "Vışka", "Boyevoy Listok", "Təbliğatçı" kimi kütləvi nəşrlərdə Qafqaz xalqlarının yadelli düşmənlərə qarşı birgə mübarizəsinə həsr olunmuş elmi faktlara əsaslanan təbliğat-təşviqat səpkili yazılarla çıxış edir. İdeoloji cəbhənin ön sıralarında göstərdiyi qətiyyətli fəaliyyətinə görə partiya və hökumət tərəfindən ordenmedallarla təltif olunur.

Müharibə illərində ideoloji sferadakı fəaliyyət nə qədər ağır olsa da, onu elmi araşdırmalardan ayırmır. Antik dövrdə və erkən orta əsrlərdə Azərbaycan torpaqlarında mövcud olmuş Albaniya dövlətinin etno-siyasi və mədəni-iqtisadi tarixinin araşdırılması onun elmi yaradıcılığında prioritet mövzuya çevrilir. Şimali Azərbaycanın tarixi keçmişinin 1000 illik dövrü məhz Albaniyanın adı ilə bağlı olduğundan, Z. Yampolski Böyük Vətən müharibəsinə qədər russovet tarixşünüslığında bu dövlət haqqında, xüsusilə, onun necə adlandırılması ilə bağlı formalaşmış qeyri-müəyyənliyə qarşı çıxır. Z. Yampolski dövlətçilik tariximizdə, milli-mənəvi dəyərlərimizin formalaşması prosesində önəmli yerirolu olan bu ölkənin zaman-zaman "Qafqaz Albaniyası", "Klassik Albaniya", "Antik Albaniya" və ya sadəcə "Albaniya" adlandırılmasının yanlış və qərəzli olduğunu dərk edirdi. Albaniyanın adı ilə bağlı elmi ədəbiyyatda tətbiq olunan siyasi-coğrafi terminologiyalar, mahiyyətcə, sovet ideologiyasına xidmət etdiyindən onların işlənməsinə qarşı çıxmaq böyük cəsarət tələb edirdi. Çünki müharibə illərində və sonralar da "Qafqaz Albaniyası" ifadəsinin saxlanması bölgənin "qardaş" xalqları üçün süni surətdə ortaq tarixin, mədəni dəyərlərin yaradılmasına və bu yolla Albaniyanın yalnız (və ya təkcə) Azərbaycana aid olmadığı ideyasının aşılanmasına hesablanmışdı. Çoxsaylı qaynaqların təhlilindən Z. Yampolski belə qənaətə gəlmişdir ki, polietnik Qafqazda yalnız Azərbaycan xalqı özünü Albaniyanın tarixi varisi elan etmək hüququna malikdir. Bu inamla o, 1942-ci ildə Albaniya dövlətinin adı ilə bağlı qərəzli surətdə ortaya atılmış süni terminlərə qarşı çıxaraq, ölkənin elmi ədəbiyyatda "Azərbaycan Albaniyası" adı ilə tanınmasını təklif edir (bax: Dve zametki k traktovke Strabonova teksta ob Azerbaydjanskoy Albanii // İzvestiya Azerb. filiala Akademii Nauk SSSR, 1942, ¹ 7, s. 71-74).

Müharibə dövründə belə terminologiyanın ümumi düşmənə qarşı bir səngərdə döyüşən çoxmillətli sovet ordusunda həmrəyliyə zərbə vuracağından ehtiyatlanan sovet ideoloqları köhnə terminologiyaların saxlanmasına üstünlük verdilər və bununla kifayətlənməyib, ideyanın müəllifini Albaniya mövzusundan kənarlaşdırdılar. Yalnız Sovetlər Birliyinin dağılması və Azərbaycanın ikinci dəfə siyasi müstəqilliyə qovuşması nəticəsində 2010-cu ildə "Azərbaycan Albaniyası" məfhumu vətəndaşlıq hüququ qazandı.

Milliyyətcə yəhudi olsa da, Z. Yampolski Azərbaycana bağlı vətənpərvər ziyalı idi. Hələ müharibə illərində dövri mətbuatdakı yazılarını "Lənkəranlı" təxəllüsü ilə dərc etməkdən çəkinmirdi. Müəyyən təzyiqlərə baxmayaraq, o, elmi fəaliyyətini davam etdirir. İctimai fəaliyyətinə müvafiq olaraq bir müddət Albaniya mövzusundan uzaqlaşır. Sov.İKP Mərkəzi Komitəsinin sifarişiinstitut rəhbərliyinin təlimatı ilə Bakı fəhlələrinin inqilabi hərəkatına həsr olunmuş dissertasiya mövzusu üzərində çalışır. 1944-cü ildə İ.V.Stalin adına Tbilisi Dövlət Universitetində "Bakı və Bakı fəhlələrinin 1904-cü il dekabr ixtişaşları" mövzusunda 10 çap vərəqi həcmində tarix elmləri namizədi dissertasiyasını uğurla müdafiə edir. İstəyi olmadan ona sırınan bu mövzudan yaxa qurtarmaqla, ona olan etimadı bərpa edərək, Albaniya mövzusunda qarşısına qoyulan maneələri aradan qaldıra bilir.

1970-ci ilə qədər Z. Yampolski Albaniyanin etno-siyasi, mədəni-iqtisadi, sosial həyatına və tarixi coğrafiyasına dair irili-xırdalı onlarca elmi əsər nəşr etdirir. Təkcə 1949-cu ildə Moskvada "İz istorii drevney Kavkazskoy Albanii" və "Voprosı istorii Atropatenı i Kavkazskoy Albanii" adlı kitabları çapdan çıxır. 1952-ci ildə mövzu daha da genişləndirilərək "Atropatena i Kavkazskaya Albaniya III-I vekov do n.e." adı ilə Leninqradda ayrıca monoqrafiya kimi nəşr olunur. 1962-ci ildə Bakıda onun "Drevnya (Kavkazskaya) Albaniya III-I vv. do n.e. Çastı I.Xramovaya sobstvennost" adlı kitabı çapdan çıxır. Ensiklopedik nəşrlərdə AtropatenaAlbaniyaya həsr olunmuş mətnlərin yazılması, bir qayda olaraq, ona həvalə edilirdi. AlbaniyaAtropatena mövzusu üzrə, o, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və namizədlik dissertasiyası üzərində çalışan bir neçə gəncin elmi rəhbəri olmuşdur.

1968-ci ildə Z. Yampolski EA Tarix Muzeyinin qədim dövrorta əsrlər bölməsinin rəhbəri, 1979-cu ildə isə Tarix İnstitunun baş elmi işçisi kimi fəaliyyət göstərirdi. Arxivdə saxlanan şəxsi işindən məlum olur ki, 1939-1974-cü illərdə bu məhsuldar alimin qələmindən çıxan 200-ə yaxın elmi, elmi-kütləvi və təbliğat xarakterli əsər çap edilmişdir.  

Erudisiyasının və maraq dairəsinin genişliyi ona tarix elminin müxtəlif sahələrində də söz deməyə imkan verirdi. Onun tədqiqat sferasinda arxeoloji abidələrimiz, maddi mədəniyyət nümunələri ayrıca mövzu kimi yer tuturdu. Bir neçə məqalə itən şəhərlərimizin (Səbail, Ayniana, qədim Mingəçevir, Bərdə) lokalizasiyası, maddi mədəniyyəti ilə bağlı problemlərinin həllinə, Qobustanın və Zəngəzurun (Sünikin) petroqliflərinə, qədim pirlərimizə və s. həsr olunub.

Z. Yampolski antik (qədim yunan-Roma) mənbələrin filoloji təhlili sahəsində tanınmış azsaylı  alimlərimizdən idi. G.Stratanovskinin tərcüməsində Strabonun "Coğrafiya" əsərinə mətnşünaslıq baxımından etdiyi qeydləri (1969-cu ildə Tbilisidə keçirilən IV Klassik filologiya konfransında), Pomponi Melanın və Böyük Plininin əsərlərində türklərin etnonimi ilə bağlı düşüncələri, Homerin əsərlərində torpaq mülkiyyəti ilə bağlı fikirləri, Arrianın Madada baş verən Bariaksın üsyanı haqqında yazdıqlarının təhlili   bu baxımdan diqqətəlayiqdir.

Z.Yampolski 1960, 1964 və ­1970-ci illərdə xarici ölkələrdə keçiirlmiş beynəlxalq konfranslarda SSRİ tarix elmini layiqincə təmsil etmiş, ən əsası, Azərbaycan tarixçi kadrlarının yüksək elmi potensialı haqqında müsbət fikir formalaşdıra bilmişdir. Alman dilində yazdığı məqalələr 1959, 1960, 1963, 1965, 1967-ci illərdə "Bibliotheca classica orientalis", "Kongress für klassischen Philologie", "Acta archaeologica Carpathica" kimi mötəbər elmi jurnallarda dərc olunmuşdur.

Fəal partiya funksioneri kimi o, eyni zamanda, ateizmə  mövhumata həsr olunmuş seriya məqalələrin və "Azərbaycanın qədim dinləri" (1958-ci ildə çap olunub) adlı kitabın müəllifi idi.

Ömrünün 45 ilini Azərbaycanda tarix elminin akademik səviyyədə inkişafına, milli tarixçi kadrların yetişməsinə həsr etmiş Zelik Yampolski qədirbilən xalqımızın xatirində bu gün də yaşayır, əsərləri Vətən tariximizin keçmişinin öyrənilməsində əhəmiyyətini saxlamaqda davam edir.

 

Allahverdi Əlimirzəyev,

tarix üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2016.- 25 sentyabr.- S.6.