Sahibkarlığın inkişafında

keyfiyyətcə yeni və mühüm mərhələ

 

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycanda siyasi və makroiqtisadi sabitliyə nail olunması məqsədilə sahibkarlıq  fəaliyyətinin  formalaşması üçün həm hüquqi baza yaradıldı, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi.

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyev respublikamızda özəl sektorun, kiçikorta sahibkarlığın inkişafına daim xüsusi diqqət göstərmişdir. Bu da təsadüfi deyil. Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçikorta sahibkarlığın rolu böyükdür. Təkcə bu faktı qeyd etmək kifayətdir ki,  son illərdə investisiyaların böyük əksəriyyəti  daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir.

Özəl sektor, kiçikorta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən Azərbaycanda uğurla aparılır. Ölkə başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq son illərdə biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə davam etdirilmişdir.

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində hazırda sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir.

Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən  ilin 9 ayında 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilmişbu kreditlər hesabına 9900-dək yeni yerinin yaradılması nəzərdə tutulmuşdur. Kreditlərin 47 faizi büdcə, 53 faizi qaytarılmış vəsaitlər hesabına verilmişdir. Bu kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. Ümumilikdə isə son 11 ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2 milyard ABŞ dolları məbləğində vəsait verilmiş, güzəştli kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatına və sənaye müəssisələrinin yaradılmasına yönəldilmişdir.

2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznesinvestisiya mühitinin yaxşılaşmasına müsbət təsir göstərmiş, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini vermişdir. Son illərdə infrastruktur layihələrinin icrası, biznesinvestisiya mühitinin yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi sahibkarlığın inkişafını sürətləndirmişdir.

Təkcə ötən iki il ərzində bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə mühüm işlər görülmüşdür. Regionlarda 4400 müəssisə fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatmışdır.

Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi kimi mühüm konseptual sənəddir. Dövlət başçısının bu fərmanı Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün əsas olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.

Bununla yanaşı, ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda  onun tətbiq dairəsi, yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri, sahibkarlara məsləhətlərin verilməsi kimi çox əhəmiyyətli müddəalar nəzərdə tutulmuşdur. Hazırda ölkədə tətbiq edilən bu qanun vahid məlumat reyestrinin olmasına, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakçıların hüquqlarının qorunmasına yönəldilmişdir.

Regional inkişaf proqramları ilə yanaşı, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”, “Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”,  “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” və digər fərman və sərəncamların, qanunların, dövlət proqramlarının icrası sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Lakin bütün bunlara baxmayaraq, hələ də sahibkarlığın inkişafını ləngidən bir sıra çatışmazlıqlar var. Bu barədə  ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş söhbət açılmış, əsassız yoxlamaların aradan qaldırılmasının vacibliyi xüsusi vurğulanmışdır. Dövlətimizin başçısı demişdir: “Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir... Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir”.

Ötən il  oktyabrın 19-da cənab Prezident qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərmiş və   Milli Məclisdə qəbul edilmişdir. Bu qanuna əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmışdır. Həmin  qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək üçün mühüm tarixi sənəddir.

Ölkə Prezidenti İlham Əliyevin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli fərmanı da sahibkarlığın inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığının təmin edilməsinə istiqamətlənmişdir. Fərmanda xüsusi razılıq (lisenziya) verilməsinin qaydaları müəyyənləşdirilmiş və Milli Məclisə təqdim edilmişLisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilmişdir. Burada diqqətçəkən əsas məqam odur ki,  lisenziyaların sayının azaldılması ilə  sahibkarların vaxt itkisinin qarşısı xeyli dərəcədə alınacaq   onlar əlavə xərclərdən azad olunacaqlar. Başqa sözlə, sahibkarların bir neçə quruma müraciət etməmələri üçün lisenziyalaşdırma sahəsində vahid pəncərə sistemi yaradılacaq.

Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı, davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsi qeyri-mümkündür. Qlobalregional çətinliklərin müşahidə edildiyi indiki vaxtda Azərbaycanda həyata keçirilən düzgündüşünülmüş iqtisadi siyasət nəticəsində bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Son illərdə qeyri-neft sektorunun   inkişafı birbaşa sahibkarlığın dəstəklənməsi və   özəl sektorun genişlənməsi ilə əlaqədardır. Dünyanı bürümüş qlobal iqtisadi böhran hətta inkişaf etmiş ölkələri iflic vəziyyətə salıb. Belə bir şəraitdə Azərbaycan dövləti sahibkarlığın inkişafına hər cür dəstək verironun inkişafına   birbaşa maliyyə yardımı göstərir. Bununla bərabər  sahibkarları narahat edən  bürokratik problemlər də  aradan qaldırılır. Hər zaman sahibkarların yanında olanonlara həmişə öz siyasi dəstəyini göstərən dövlət başçısı cənab İlham Əliyevin  imzaladığı son sənədlər isə sahibkarlığın inkişafında yeni mərhələnin başlandığını göstərir. Bu mühüm dövlət sənədləri  sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq.

Sahibkarlığın inkişafında yeni mərhələnin başlaması həm də dövlət büdcəsinin gəlirlərinin şaxələnməsinə səbəb olacaq. İnkişaf etmiş sahibkarlıq büdcəyə daha çox ödəniş deməkdir. Bu baxımdan əslində yersiz yoxlamalar dövlət büdcəsindən vəsaitlərin yayındırılmasına səbəb olurdu.   Artıq bu neqativ hallar tamamilə aradan qaldırılacaq. Həm də sahibkarlıq sektorunda vergi intizamının möhkəmlənməsini təmin edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək”.

 

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2016.- 9 yanvar.- S.3.