Azərbaycanda 2015-ci ildə də tikinti

və abadlıq işlərinin miqyası genişlənib

 

Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim ulu öndər Heydər Əliyevin siyasi kursuna sədaqətini nümayiş etdirib, xalqın etimadını əməli fəaliyyəti ilə doğruldub. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs möhtərəm dövlət başçımızın uğurlu fəaliyyətinin başlıca amili sayılır.

 

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən bu siyasəti dönmədən davam etdirəcəyini də bəyan etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülhsabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.

Ulu öndər Heydər Əliyevin yaratdığı təməl və qoyduğu prinsiplər əsasında Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarıb, dahi öndərimizin siyasi kursunun ən layiqli davamçısı olduğunu bütün dünyaya nümayiş etdirib.

Son on iki ildə həyata keçirilən tədbirlərə nəzər salanda, görülən işləri müqayisəli şəkildə təhlil edəndə yuxarıda qeyd edilən fikirlər bir daha öz təsdiqini tapır. Sözügedən dövrdə neft gəlirləri əsasında yaradılan möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiyason nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş verib.

Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlayıb, Cənubi Qafqazda lider ölkəyə çevrilib.

İqtisadi inkişaf tempinə görə, hazırda dünyanın 10 aparıcı dövləti sırasındayıq. Ölkəmiz artıq keçid dövrünü tamamilə başa vurub, orta gəlirli ölkələr siyahısında öz mövqeyini daha da möhkəmləndirib, yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. Bu göstərici təxminən 49 faizdən 5 faizə qədər enib.

Azərbaycanın hər bir bölgəsi son dövrlərdə tikinti meydançasını xatırladır və ölkədə həyata keçirilən mühüm layihələri yerli şirkətlər yerli məhsullarla reallaşdırırlar. Hazırda quruculuq siyasəti, sabitlikinkişaf müasir Azərbaycanın simasıdır. Bütün bunlar da ölkəmizin gücünü daha da möhkəmləndirir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən on iki il ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləyib. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam edib.

Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Dövlət başçımızın uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edən bu mərhələdə Azərbaycanın inkişaf edən ölkələr sırasına çıxarılması və qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elminnovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi-Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Azərbaycan 2015-ci ilisosial-iqtisadi sahələrdə mühüm uğurlarla başa vurub. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılıb, körpülər və yollar, məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilib, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş verib.

Ötən il respublikamızda investisiya qoyuluşu da diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında investisiya qoyuluşunun iqtisadi inkişafdakı əhəmiyyətinə toxunaraq deyib: “Ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili,

7 milyardı xarici sərmayədir. Bu da çox gözəl göstəricidir. Çünki bu gün dünyada maliyyə və likvidlik qıtlığı yaşanır. Bir çox dövlətlər öz ölkələrinə daha çox investisiyalar cəlb etmək üçün çalışırlar və o cümlədən Azərbaycan. Biz də əsas vəsaitimizi ölkəmizə qoyuruq. Eyni zamanda, xarici investorlar üçün də Azərbaycan cəlbedici ölkə kimi tanınır. Biz çalışmalıyıq ki, investisiya iqlimini daha da yaxşılaşdıraq və bu sahədə əlavə tədbirlər görüləcəkdir”.

Dövlət Statistika Komitəsinin məlumatından da aydın görünür ki, ötən il sosial-iqtisadi inkişafa investisiya qoyuluşu diqqət mərkəzində saxlanılıb. Belə ki, 2015-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyard 438,8 milyon manat vəsait yönəldilib. Həmin vəsaitin 61,2 faizi məhsul istehsalına, 32,5 faizi müxtəlif xidmət obyektlərinin, 6,3 faizi ümumi sahəsi 1 milyon 634,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Ümumi sərmayənin 34 faizi dövlət, 66 faizi qeyri-dövlət sektoru sərmayədarlarının payına düşüb.

Sözügedən dövrdə əsas kapitala yönəldilən ümumi vəsaitin 52,4 faizi sənayeyə, 13,9 faizi nəqliyyat təsərrüfatı sahələrinə, 12,7 faizi tikintiyə, 2,5 faizi kənd və meşə təsərrüfatlarına, 2,4 faizi informasiya və rabitəyə, 1,8 faizi təhsilə, 0,9 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsinə və digər sahələrə yönəldilib. Bu dövrdə qeyri-neft sektorunun inkişafına 1,1 milyard manatdan çox investisiya qoyulub. Bu isə ümumi sərmayənin 7,7 faizini təşkil edir.

Həmin vəsait hesabına ilin ötən dövrü ərzində ölkə ərazisində müxtəlif təyinatlı obyektlər istifadəyə verilib. Həmin obyektlər sırasında elektrik stansiyaları xüsusi yer tutur. Bunun da nəticəsində ölkə əhalisinin elektrik enerjisi ilə davamlı surətdə təmin edilməsi mümkün olub. Xatırladaq ki, ötən il paytaxtda 110 kilovoltluq şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və

35 kilovoltluq 7 elektrik yarımstansiyasının tikintisi başa çatıb. Göyçay rayonundaGöyçaySu Elektrik Stansiyası istismara buraxılıb.

Prezident İlham Əliyev bölgələrdə elektrik enerjisi ilə təchizatın paytaxtdakı səviyyədə olmasını mühüm vəzifə kimi qarşıya qoyub: “Bölgələrdə köhnəlmiş infrastruktur əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır”.

İnfrastruktur layihələri sırasında su təchizatını yaxşılaşdırmağa xidmət edən obyektlər də xüsusi yer tutur. Ceyranbatan su anbarında 2015-ci ilin oktyabr ayında istifadəyə verilən təmizləyici qurğunun işə salınması son illərdə içməli su probleminin həllinə yönəldilən tədbirlərdən daha birinin reallaşması deməkdir.

Hazırda ölkəmizdə turizm qeyri-neft sektorunun vacib istiqamətlərindən biridir. Bu baxımdan hotelmehmanxanalar böyük əhəmiyyət daşıyır. İndi təkcə Bakıda və digər iri şəhərlərdə deyil, bölgələrdə də hər cür şəraiti olan müasir hotellər fəaliyyət göstərir. Ötən il onların sırasına yeniləri də əlavə olunub. Məsələn, “Qafqaz Baku Sport Hotel”, “Sport Hotelmehmanxana kompleksləri, “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Qusar rayonundaPark Chalet Shağdağhoteli, Şabran rayonunda “Qalaaltı Otel and SPA” müalicə-istirahət kompleksi və digərləri bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, ötən il bir sıra mühüm idman kompleksləri və qurğuları istifadəyə verilib. Bu isə paytaxtda daha böyük idman yarışlarının keçirilməsinə imkan verir. Bütün bunlarla yanaşı, bu obyektlər həm də paytaxtımıza əlavə gözəllik gətirir. Bunlara Bakı Olimpiya Stadionunu, Su İdmanı Sarayını, Atıcılıq Mərkəzini, Veloparkı, Avropa Oyunları Parkını və s. misal göstərə bilərik.

Ötən ilin buraxılış obyektləri sırasında istehsal təyinatlı obyektlər xüsusi yer tutur. Sumqayıt şəhərində istifadəyə verilən Beton məmulatı və texniki avadanlıqlar zavodları, Etilen-polietilen zavodunda yeni qurğular, “Alyans Tekstiltikiş fabriki bu şəhərin və onun ətrafındakı qəsəbələrin sakinlərinin məşğulluq probleminin həllinə müsbət təsir göstərib.

2015-ci ildə Beynəlxalq avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpüStend Atıcılığı Kompleksinə gedən yol, Astara rayonunda Deqədi-Pəlikəş, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar, Cəlilabad rayonunda Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolları, şəhər və kəndarası yollar istismara buraxılıb. Bundan başqa, 2015-ci ildə növbədə 270 nəfəri qəbul etmək imkanına malik 7 poliklinika, 8562 şagirdlik 37 ümumtəhsil məktəbi, 2127 yerlik 20 məktəbəqədər təhsil müəssisəsi, 280 yerlik 2 klub istifadəyə verilib.

Bu dövrdə yaşayış evlərinin tikintisinə də mühüm önəm verilib. Təkcə oktyabr ayında 163 min 577, noyabr ayında isə 143 min 141 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.

Yer gəlmişkən, burada bir məqamı da qeyd etmək istərdik. Bu gün tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter alıb. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiyaİran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri uğurla başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın...”.

Dövlət başçımız, həmçinin qeyd edib ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.

Yazının sonunda deyilənləri yekunlaşdırıb belə qənaətə gəlmək olar ki, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Cənab İlham Əliyev də bu reallığı daim önə çəkir, diqqət mərkəzində saxlayır. Çünki insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2016.- 10 yanvar.- S.3.