Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2014-cü il  22 aprel tarixli 108 nömrəli qərarı  ilə  təsdiq edilmişÇətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”ndə  dəyişiklik  edilməsi  haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 144

Bakı şəhəri, 11 aprel 2017-ci il

 

Yetkinlik yaşına çatmayanların baxımsızlığının hüquq pozuntularının profilaktikası haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 435-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 2528 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının                Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il          22 aprel tarixli 108 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 4, maddə 452) ilə təsdiq edilmişÇətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 2.4.1.3-cü yarımbəndindəonları əvəz edən şəxslərləsözləridigər qanuni nümayəndələrləsözləri ilə əvəz edilsin. 

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 13 aprel.- S.8.