Firəngiz ƏlizadəninNasimi Passion”

əsərinin Amsterdamda premyerası olub

 

Məlum olduğu kimi, may ayının 28-də Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi “UNESCO-nun sülh naminə artistikimi əzəmətli titulun azsaylı sahiblərindən biri, Xalq artisti, professor Firəngiz xanım Əlizadənin 70 yaşı tamam olur. Həmin gün ölkəmizdə bir bayram olaraq Respublika Günü kimi qeyd olunduğundan, bu tarix musiqi ictimaiyyətinə ikiqat bayram sevinci yaşadacaqdır. Təbii ki, Azərbaycan bəstəkarlıq məktəbini dünyada şərəflə təmsil edən Firəngiz xanımın yubileyi ölkəmizdə təntənə ilə qeyd ediləcəkdir.

 

Avropada isə Firəngiz xanımın yubileyinə hazırlıq artıq  bu ilin əvvəlindən başlanılıb. Belə bir möhtəşəm tədbirin keçirildiyi növbəti məkan isə Hollandiyanın paytaxtı Amsterdam şəhəridir.

Aprelin 7-də 9-da Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin Kral Simfonik Orkestrinin, xorunun solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz ƏlizadəninNasimi Passion” əsərinin premyerası olub.

Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan, “Amsterdam Royal Concertgebouw” tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus (pravoslav, katolik, iudaizm, buddizm) “Passions” -  İlahilərlayihəsi həyata keçirilir. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub səsləndirilib. Bu iri həcmli musiqi əsərlərinin ifası bütün Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğurub.

Nəhayət, 2015-ci ildə İslam dininə aid olan ilahilərin bəstələnməsi gündəmə gəlib. Xüsusilə vurğulamaq lazımdır ki, bu müsəlman mədəniyyətinə məxsus olan Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadəyə həvalə olunmuşdur. Beləliklə, “NASİMİ Passion” əsəri yaranmışdır bu möhtəşəm əsərin (35 dəqiqəlik) məşqləri artıq bir neçə aydır ki, dünyaca şöhrətli ingilis dirijor Martins Brabbinsin idarəsi ilə  Hollandiyanın Kral Simfonik Orkestri, xoru solistləri tərəfindən aparılırdı...

Əsərin premyerasından əvvəl həmin sarayda bəstəkarla görüş keçirilib. Görüşdə musiqişünas Thea DerksNasimi passion” əsəri haqqında məlumat verib.

Daha sonra çıxış üçün səhnəyə dəvət olunan Firəngiz Əlizadə seçdiyi mövzudan- Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi barədə danışıb, dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar fəlsəfi düşüncə tərzindən söz açıb.

Bildirilib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm Şərqin fərqli bir təfəkkür tərzi olan Orta əsr sufi fəlsəfəsi yanaşı işlənib. Seçilmiş mövzunun layihənin tələblərinə cavab verdiyi, eləcə Qərbin illər boyu maraqlandığı, amma açarını tapa bilmədiyi məsələyə toxunulub. Bəstəkar iştirakçıların əsərlə bağlı suallarını cavablandırıb.

Konsert zamanı əsərin sözləri tərcümə edilərək ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm əsəri dərindən anlamağa imkan verib.

Əsərdə Şərq təfəkkürünün onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub.

Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara millisəs”, digər tərəfdən isə violonçel, skripka alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə dinləyicini valeh edib.

Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla özünə xas fərqli ifası ilə tamaşaçıların ruhunu oxşayıb. Ə.Abdullanın ifası məhz sufi zikrlərindəki əsas ab-havanı dinləyicidə vizual təəssürat yaratmağa imkan verib.

Bəstəkarın Şərq Qərbin konsepsiyası əsasındakı sintezi maraq doğurub. Milli xalq musiqi alətləri ilə yanaşı, violonçel, eyni zamanda, səsin qarşılıqlı müştərək istifadəsi bilavasitə bəstəkarın aparıcı ideya kimi götürdüyü obraza xidmət edir. Əsərdə mistik ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası modern düşüncə dərin vəhdət təşkil edib. Əsər tamaşaçıların alqışları ilə qarşılanıb.

Konsertdən sonra musiqiçilər solistlər əsərdən söz açaraq fikir mübadiləsi aparıb, hisslərini bölüşüblər. Onlar əsərin möhtəşəm olduğunu bildiriblər.

Bəstəkar musiqi meneceri Gabriel Teschner vurğulayıb ki, Firəngiz Əlizadə Azərbaycan musiqisini Qərb musiqisi ilə yüksək səviyyədə sintez edib. Bəstəkarın kamança ilə Sebastyan Baxın əsərini birləşdirdiyi məqamlar bunu aydın göstərir.

O, deyib: “Biz iki fərqli musiqi mədəniyyətinin bəstəkar tərəfindən incəliklə birləşdirilməsinin şahidi olduq. Firəngiz Əlizadə 600 il əvvəl yazıb yaratmış Nəsiminin qəzəllərini tamaşaçıya yüksək səviyyədə təqdim etdi. Mən Firəngiz Əlizadənin əsərinə valeh oldum. Çox maraqlı, möhtəşəm əsər idi orkestrləşdirilmə incəliklə qurulmuşdu. Musiqi nəşriyyatı olaraq Firəngiz Əlizadə ilə əməkdaşlıq etməkdən çox məmnunuq”.

İngiltərəli dirijor Martin Brabbins deyib: “Firəngiz Əlizadənin əsərinə dirijorluq etməyə şadam. Bəstəkar əsərdə öz hisslərini yüksək səviyyədə təqdim edib. Orkestr musiqisi çox zəngin, xor partiyası möhtəşəm idi. Xüsusilə əsərdə istifadə olunan metodlar - pıçıltı, qışqırıq çox incəliklə ifadə edilib. Ənəlhəqifadəsini çox sevirəm. Solistimiz əla idi. Əvəz Abdullanın baritonunun keyfiyyəti çox yüksəkdir. Emosiyaları göstərirdi ki, o, Firəngiz Əlizadənin musiqisini dərindən anlayır və onunla yaşayır. Amsterdamdakı bu konsert, bu gecə möhtəşəm idi”.

Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla bildirib ki, əsərdə muğamla Sebastyan Baxın musiqisinin birləşdirildiyi məqam skripkada ifa olunmağa başlayanda insan valeh olur, bunun üçün böyük ustalıq tələb olunur: “Firəngiz Əlizadə fövqəladə bir əsər yaradıb. Nəsiminin qəzəllərini, onunla bağlı çəkilən filmi uşaqlıqdan sevirəm. Bu gün Firəngiz xanımın əsərini ifa etməkdən çox razıyam. Dünyada məşhur olan bəstəkarın musiqisini ifa etdim. Qəlbim emosiyalarla doludur.

Əsər haqqında Almaniyanın məşhur “H.Sikorskimusiqi dərgisində Firəngiz xanımın düşüncələrinə də yer ayrılmışdır: “Düz altı əsr bundan əvvəl – 1417-ci ildə böyük Azəarbaycan mütəfəkkiri, sufişair İmadəddin Nəsimi Suriyanın Hələb şəhərində edam edilir. Tarixdən də bizə məlumdur ki, hər dövrün ən seçilmiş insanları öz ölümlərini edam məkanlarında tapmışlar. Bununla bağlı çoxlu  sübutlar var.  Bu gün isə insanları edama məhkum etməyə də ehtiyac yoxdur, Hələb şəhəri hər gün bombalanır, orda hər gün günahsız insanlar- böyük mütəfəkkirlərlə yanaşı, uşaqlarqocalar öldürülür. Mən “İlahilər” əsəri üzərində işləyərkən, Hələb şəhərində vəziyyət  gündən-günə pişləşirdi  bu vəziyyət mənim əsərimə təsir etmədən ötüşmədi”.

Bir məsələni də vurğulamaq vacibdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilinİslam Həmrəyliyi ilielan olunması bu mühüm mədəni hadisənin əhəmiyyətini daha da artırır. Bu premyeranın mədəniyyətlərarası dialoqun qurulmasına bir töhfə olacağına inanırıq.

 

İltifat HACIXANOĞLU,

Azərbaycan Bəstəkarlar İttifaqı

mətbuat xidmətinin rəhbəri

 

Xalq qəzeti.- 2017.- 14 aprel.- S.7.