Nur saçan zəka”

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında akademik Zərifə Əliyevanın  ad gününə  həsr olunmuş kitab sərgisi  belə adlanır.

 

 Sərgi Azərbaycanın oftalmoloq-alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, tibb elminin inkişafında əvəzsiz xidmətləri olan akademik Zərifə Əliyevanın yaradıcı irsini əks etdirən  nəşrləri  əhatə edir.

Burada görkəmli alimin Azərbaycan və xarici dillərdə elmi əsərləri haqqında yazılmış kitablar, görkəmli şəxsiyyətlərin akademik haqqında söylədikləri fikirlər öz əksini tapıb.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 28 aprel.- S.6.