Müasir Azərbaycan ədəbiyyatı”

kitabı Bolqarıstanda nəşr olunmuşdur

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Bolqarıstan Yazıçılar Birliyinin birgə hazırladığı “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Bolqarıstanda işıq üzü görüb.

Tərcümə Mərkəzindən verilən məlumata görə, müasir Azərbaycan ədəbiyyatının Yusif Səmədoğlu, Fərman Kərimzadə, Anar, Elçin, Əli Kərim, Məmməd Araz, Musa Yaqub, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Sabir Rüstəmxanlı kimi ədəbi simalarının şeir və hekayələri toplanmış kitabı bolqar dilinə tanınmış bolqar şair və yazıçıları – Boyan Angelov, Nadya Popova, İvan Yesenski, Dmitri Xristovİva Nikolova çevirib.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 19 dekabr.- S.9.