Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 599

Bakı şəhəri, 26 dekabr 2017-ci il

 

İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 794-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli 3301 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 682; 2002, ¹ 3, maddə 145; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 8, maddə 782; 2006, ¹ 10, maddə 903; 2008, ¹ 2, maddə 106; 2010, ¹ 3, maddə 264, ¹ 12, maddə 1123; 2014, ¹ 10, maddə 1315; 2016, ¹ 9, maddə 1585) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci hissəsinin “a” abzasında “qeydiyyatını” sözü “dövlət qeydiyyatını” sözləri ilə, “qeydə (qeydiyyata)” sözləri isə “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 28 dekabr.- S.4.