“Məryəm” qısametrajlı
filmi nümayiş
olunub
Yanvarın 31-də
“YARAT” Müasir İncəsənət Mərkəzində
rejissorlar Xəyyam Abdullayev
və Elməddin Alıyevin ekranlaşdırdığı “Məryəm”
qısametrajlı filmi nümayiş
olunub.
AZƏRTAC xəbər verir ki, ekran əsəri gənc rəssam Məryəm Ələkbərlinin yaradıcılığı əsasında çəkilib. Film rəssamın əsərləri, onun dünyagörüşü, düşüncə tərzi və yaradıcılığından ibarət bitkin bir fikrin dünyaya çatdırılmasına xidmət edir.
Filmdə hadisələr uydurma bir məkanda baş verir. Otağın içərisində yaradıcılığı ilə təkbətək qalan ağbirçək rəssam, əsərləri vasitəsilə yenidən öz həyatının başlanğıcına qayıdır.
Azərbaycan dilində rus
subtitrləri ilə təqdim olunan film maraqla
qarşılanıb.
Xalq qəzeti.- 2017.- 1
fevral.- S.7.