“Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 60

Bakı şəhəri, 22 fevral 2017-ci il

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 1, maddə 29, ¹ 4, maddə 287; 2011, ¹ 3, maddə 230, ¹ 11, maddə 1069; 2012, ¹ 4, maddə 387, ¹ 8, maddə 823, ¹ 12, maddə 1378; 2013, ¹ 3, maddə 330; 2015, ¹ 6, maddə 786; 2016, ¹ 3, maddə 619) ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “1. Təhsil ixtisasları qrupu” bölməsinə “21-1. 050122 Rəqs müəllimliyi” hissəsi əlavə edilsin.

2. “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinə “44. 050308 Xoreoqrafiya sənəti” sözlərindən sonra “(sahələr üzrə)” sözləri əlavə edilsin.

3. “8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə “149. 050814 Məşqçi (idman növü üzrə)”, “150. 050815 Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “151. 050816 İdman menecmenti və kommunikasiya” hissələri əlavə edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 24 fevral.- S.6.