Astarada turizmin inkişafı

üçün geniş imkanlar var

 

Cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyulun 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri diqqətə çatdırmışdır.

 

Yığıncaqda bildirilmişdir ki, ­2017-ci ilin 6 ayında Astara rayonunda da xeyli görülmüşdür. Ən yaddaqalan hadisə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar növbəti sərəncam imzalaması olmuşdur. Dövlət başçısının sərəncamı ilə park-bulvar kompleksinin genişləndirilməsi ilə əlaqədar vəsait ayrılmışdır. Bu, rayonda hamının  sevincinə ruh yüksəkliyinə səbəb olmuşdur. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, istifadəsiz qalan torpaq sahələrinin dövriyyəyə qaytarılması üçün həyata keçirilən tədbirlər səmərəli nəticəsini vermişdir. Rayonda ümumi əkin sahəsi 2300 hektara qədər artırılmış, təkcə çəltik əkini 8 dəfə  çoxaldılaraq 450 hektara çatdırılmışdır. Çay, tərəvəz bostan bitkilərinin yetişdirilməsində artımlar var. Bu il üçün daha çox torpaqda əkin aparılmışdır.  

İqtisadi sosial  inkişafın  əsas keyfiyyət göstəricisi olan ümumi məhsul xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz  artaraq 876 milyon manata  çatmışdır. Bunun 7,7 faizi sənayedə, 34,6 faizi kənd təsərrüfatında, 23 faizi tikintidə,  32,5 faizi  ticarət xidmətlər sahəsində olmuşdur.

Rayonda inşaat işlərinin aparılması üçün hesabat dövrü ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 20 milyon manat məbləğində vəsait  yönəldilmişdir.   Əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə əsas kapitala yönəldilmiş  vəsaitin həcmi 56 faiz artmışdır.  Park-bulvar kompleksinin genişləndirilməsi işlərinə başlanmışdır.   Xəzər dənizi sahili boyunca park-bulvar çimərlik ərazisində “AAAF Park Astaralahiyəsi çərçivəsində idman-sağlamlıq kompleksləri tikilib istifadəyə verilmiş, 2017-ci ildə mənzil fonduna daxil olan  ictimai yaşayış binalarında təmir-tikinti işləri görülmüşdür. Kənd investisiya layihəsi çərçivəsində Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisində müasir tipli xəstəxana binası tikilib istifadəyə verilmişdir.

Rayon ərazisindəki magistral yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi birinci yarımillikdə davam etmişdir. Ələt-Astara-İran sərhədi avtomobil yolu ölkəmizin əsas avtomobil yollarından biri olmaqla yanaşı, “Şimal-Cənubnəqliyyat dəhlizinin tərkib hissəsi sayılır. Hazırda bu magistralın Masallı-Astara hissəsinin tikintisində işlər davam etdirilir. Burada avtoqreyderlə yol çiyinləri hamarlanmış,  küvetlər təmizlənmiş, 4500 kvadratmetr asfalt-beton qarışığından çala təmir işləri görülmüşdür. Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yolunun tikintisinin ikinci mərhələsinə başlanmış, hazırda bu istiqamətdə işlər davam etdirilir. Toradi kəndindən başlayaraq ilk asfalt qatının vurulmasına start verilmişdir. Yerli sakinlər bunu böyük sevinclə qarşılamışlar. 

Rayon su kanal idarəsi tərəfindən şəhər ərazisində ictimai yaşayış binalarının içməli su təminatının yaxşılaşdırılmasından ötrü mənbədə olan su quyuları lildən təmizlənmişdir. Astara şəhəri ətraf qəsəbələrin su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan Respublikasının regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınaraq, layihənin icrasına başlanmışdır. Bu günə qədər 2 ədəd 5000 kubmetrlik su anbarı manevr otağının tikintisi başa çatmış, şəhərin, Heydər Əliyev prospekti Kaverin küçəsində 8500 metr məsafədə boru xətti çəkilmiş 305 mənzilə çıxışlar verilmişdir.

Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara xidmət sahəsi tərəfindən rayonun qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədilə 2017-ci ilin birinci yarısında 94 evin qazlaşdırılması həyata keçirilmişdir. Əhali abunəçiləri üçün 60 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilmiş, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 16640-a çatdırılmışdır. İstehlakçıların fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü rayon ərazisində 10 0,4 kilovoltluq hava xətlərində 224 ədəd yeni metal dəmir beton dayaqlar quraşdırılmış, 241 ədəd izolyator dəyişdirilmiş, 122 min metrdən çox yeni naqil çəkilmişdir. Regionlarda genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi layihəsi əsasında Astara Telekommunikasiya Qovşağında, Ərçivan, Pensər Ojakəran EATS-lərin hər birində 48 port tutumu olan avadanlıqlar alınaraq quraşdırılmışdır.

Rayonda aqrar sahə sürətlə inkişaf etdirilir. Şum aparılan sahələrin 447,5 hektarında çəltik, 146,8 hektarda buğda, 31,5 hektarda arpa, qalan sahələrdə isə tərəvəz, paxlalı bitkilər, bostan bitkiləri yonca əkilmişdir. Sitrus meyvələrinin istehsalına diqqətin artırılması sayəsində sitrus bağlarının ümumi sahəsi artaraq 2200 hektarı keçmişdir. Sitrusçuluqla yanaşı çay, çəltik tərəvəz istehsalı da diqqət mərkəzində olmuşdur.

 Turizm potensialına malik olan rayonda bu sahənin inkişafı üçün geniş imkanlar var. Rayonun dağ kəndlərinin yollarının asfaltlaşdırılması ilə  bu ucqar kəndlərə turistlərin gəlişi başlanmışdır.  Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq abadlıq işlərinin davam etdirilməsi məqsədilə vacib olan daha bir çox məsələ gündəmdədir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2017.- 21 iyul.- S.7.