“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30, aprel tarixli 105 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 307

Bakı şəhəri, 27 iyul 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 4, maddə 324, ¹ 10, maddə 929, ¹ 12, maddə 1117; 2013, ¹ 6, maddə 765, ¹ 8, maddə 1019; 2014, ¹ 2, maddə 218; 2016, ¹ 3, maddə 578, ¹ 12, maddə 2235; 2017, ¹ 3, maddə 481) ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Strukturunun “II. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumlar” bölməsinin 1-ci hissəsi ləğv edilsin.

2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 30 iyul.- S.3.