Heydər Əliyev Mərkəzində Rusiyanın “Atelye” teatrının təqdimatında “Ad” tamaşası nümayiş olunub

 

İyunun 2-də Heydər Əliyev Mərkəzində Rusiyanın “Atelye” teatrı (Müstəqil teatral layihə) “Ad” tamaşasını təqdim edib. Məşhur “Ad” (“Le Prenom”) pyesinin müəllifləri fransız dramaturqlar Aleksandr de la Patelyer Matye Delaportdur.

“Ad” tamaşasının quruluşçu rejissoru Daynyus Kazlauskasdır. Səhnə əsərində rolları Mariya Kulikova (Marqarita), Georgi Dronov (Leonid), Konstantin Yuşkeviç (Andrey), Mariya Rışenkova (Anna) Anton Eldarov (Yevgeni) oynayıblar.

Pyesin süjet xətti həyatdan götürülüb: şam yeməyində ailənin yeni doğulmuş üzvünə qoyulacaq ad müzakirə olunur. Sevgi intriqanı əks etdirən səhnə əsəri tamaşaçılara xoş anlar bəxş edib.

Qeyd edək ki, “Ad” pyesinin çox uğurlu taleyi olub. Əsər əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası 2010-cu ildə Parisdə VII Eduard Teatrında keçirilib pyes bu səhnədə 243 dəfədən çox oynanılıb. Premyeradan sonrakı iki həftə ərzində Avropanın əksər ölkələrinin, eyni zamanda, İsrailin, Latın Amerikası ölkələrinin ABŞ-ın nüfuzlu teatrları pyesin səhnələşdirilməsi hüququnu əldə edib. 2012-ci ildə əsər eyni adla ekranlaşdırılıb 2013-cü ildə Fransada 2 nominasiyadaSezarkino mükafatına layiq görülüb.

Atelyeteatrının təqdimatında “Ad” tamaşasının premyerası 2016-cı il yanvarın 31-də olub.

AtelyeRusiyada fəaliyyət göstərən böyük özəl teatrdır. Tamaşaları yüksək səviyyəli peşəkarların ərsəyə gətirməsi, rolları ən güclü səhnə ulduzlarının oynaması, səhnələşdirmək üçün yalnız müasir tamaşaçıların rəğbətini qazanmış pyeslərin seçilməsi teatrın əsas prinsipləridir.

 

AZƏRTAC

 

Xalq qəzeti.- 2017.-3 iyun.- S.2.