IV Mədəniyyətlərarası Dialoq Forumu:

Yeni çağrışlara və məqsədlərə doğru

 

2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə “Mədəniyyətlərarası dialoq Avropaonun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransda  Azərbaycan bir sıra müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal mədəniyyətlərarası dialoqa pəncərə açdı. Konfransda çıxış edən Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi” təşəbbüsünü irəli sürdü: “Mən çox istərdim ki, bu gün başlanan “Bakı prosesi” uzunmüddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin”. Konfransda mədəniyyətlərarası dialoqa dair “Bakı Bəyannaməsi” qəbul olundutarixi prosesin əsası qoyuldu.

 

 Artıq  ötən müddət ərzində  “Bakı prosesi  ideyadan praktik müstəviyə keçərək  Azərbaycanı  dünyaya  mədəniyyətlərarası  dialoq məkanı kimi tanıdıb. Ölkəmizin  xoşməramlı  təşəbbüsünə nüfuzlu beynəlxalq təşkilatlar, UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən də  dəstək verildi.  Bu vaxta kimi Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları  ölkəmizin  tolerant, multikultural  məkan  kimi  qazandığı  tarixi missiyaya yeni rəng qataraq, onun beynəlxalq nüfuzunun armasına  güclü  təsir  göstərmişdir.

Prezident   İlham Əliyevin irəli sürdüyü təşəbbüs TÜRKSOY-un Daimi Şurasının 2009-cu il oktyabrın 16-17-də Bakıda düzənlənən 26-cı toplantısında qəbul olunmuş sənədlərdə “Bakı prosesinin davam etdirilməsinin vacibliyi öz əksini tapdı. Bu da səbəbsiz deyil. Çünki dünyanı birləşdirəcək və xilas edəcək, xalqların qardaşlığını və dostluğunu  təmin edəcək mədəniyyətlərin dialoqu qloballaşan dünyanın  vacib tələbinə çevrilmişdir. Beləliklə, Azərbaycan mədəniyyətlərin qovuşduğu  məkan kimi öz təcrübəsini həyata keçirmək və nümunə olmaq fürsətini dəyərləndirərək bu missiyanı öz üzərinə götürdü. 2010-cu il mayın 20-də Bakıda UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sının  təqdimat mərasimində 2011-ci ilin aprelində “Bakı prosesinin davamı olaraq, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi və tədbir çərçivəsində Bakı şəhərinin “Dünya dialoq paytaxtı” elan ediləcəyinin gözlənildiyi bildirildi.

Bundan sonra  BMT  Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini rəsmən bəyan etmişdir. Azərbaycan tərəfinin dünya üzrə ilk belə mötəbər məclisin Bakıda keçirilməsi təşəbbüsünü  nüfuzlu beynəlxalq təşkilatlar, həmçinin  UNESCO, Avropa Şurası və onun Şimal-Cənub Mərkəzi, BMT-nin Sivilizasiyalar Alyansı yekdilliklə dəstəklədilər.

Beləliklə,  I Mədəniyyətlərarası Dialoq Forumu dünyanın bir sıra dövlətlərinin və beynəlxalq təşkilatların nümayəndələrini   paytaxtımıza topladı. Bu forumda “Sərhədsiz dünyaya doğru”, “Dünyanın davamlı inkişaf gündəliyində mədəniyyətlərarası dialoqun bərqərar edilməsi”, “Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət, incəsənət və irs” mövzularını əhatə edən məsələlər ətrafında müzakirələr  başladı. “Qadınlar mədəniyyətlərarası dialoqun vacib iştirakçıları kimi”, “Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası əlaqələrə təsiri”, “Dünya dinləri arasında mədəniyyətlərarası dialoq” mövzularının müzakirəyə çıxarılması cəmiyyətin müxtəlif təbəqələrinin mədəniyyətlərarası dialoq proseslərinə cəlb edilməsi məqsədini daşıyırdı.

Bir sözlə, müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusuna malik olan ölkəmizdə bu istiqamətdə real nəticələrə söykənən yeni bir platforma formalaşmağa başladı.

II  forum  2013-cü ildə, III  forum   2015-ci ildə  keçirildi. Bu il isə mayın 4-dən 6-dək    IV ənənəvi  forum  baş tutacaq. Artıq  foruma hazırlıq işləri yekunlaşmaq üzrədir. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Sərəncama əsasən, Tədbirlər Planının icrasına nəzarət Azərbaycan Prezidenti Administrasiyasının  humanitar siyasət məsələləri şöbəsinə və Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.

Müvafiq  beynəlxalq  təşkilarlarla  hazırlıq işləri  ilə bağlı  müzakirələr aparılıb, forumun mövzuları müəyyənləşdirilib.

Ötən il dekabrın 5-də Parisdə, UNESCO-nun Baş Qərargahında Dünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq işçi qrupunun ekspert görüşüali toplantısı keçirilmişdir.  Ali toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, UNESCO baş direktorunun müavini Françeska Bandarin, İSESCO baş direktorunun müavini Amina Al-Hajri, BMT-nin Dünya Turizm Təşkilatının regional direktorubaş katibin müşaviri Əmr Abdel-Qaffar və digər yüksək səviyyəli rəsmilər  iştirak etmişlər.

Nazir Əbülfəs Qarayev bu toplantıdakı çıxışında  bildirmişdir ki, Azərbaycan sülhə, əməkdaşlığa və dialoqa sadiqdir. Burada  səslənən fikirlərin proqram şəklində hazırlanacağını və yekun sənədlərlə birgə tərəfdaş beynəlxalq qurumlarla paylaşılacağını nəzərə  çatdırmışdır. UNESCO-da IV Umumdünya Mədəniyyətlərarası Dialoq  Forumu ilə bağlı  keçirilən informasiya  görüşündə də tədbirə  hazırlıq məsələləri  müzakirə olunmuşdur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT Baş katibinin kabinet rəhbəri Mariya Luiza Ribeiro Viotti ilə görüşü   zamanı da  forumla bağlı müzakirələr  apartılmışdır. Görüşdə nazir Ə. Qarayev Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Bakı prosesi  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verərək, BMT-ni dünyanın ən yüksək və nüfuzlu təşkilatı olaraq bu prosesdə fəal olmağa dəvət etmişdir. Görüşdə BMT Baş katibinin, yaxud onun yüksək səviyyəli nümayəndəsinin iştirak imkanları barədə fikir mübadiləsi aparılmışdır.

Nazir Ə. Qarayev BMT  Baş katibinin siyasi məsələlər üzrə müavini Jefri Feltman ilə də görüşmüşdür. J.Feltman keçən il Bakıya səfəri zamanı nazirlə görüşünü xatırladaraq, Bakının gözəlliyinin onda xoş təəssürat  yaratdığını vurğulamışdır. O, “ Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin fəaliyyəti üçün əhəmiyyəti barədə cənab Feltmana da məlumat verərək tədbirin mövzusunun “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlarolduğunu bildirmişdir. Bu mövzunun BMT-nin Davamlı İnkişaf Gündəliyi 2030 ilə tam uzlaşdığını qeyd edən nazir BMT rəhbərliyinin tədbirdə yüksək səviyyədə təmsil olunmasının vacibliyini bildirmişdir. Feltman da tədbirin əhəmiyyətini, ümumiyyətlə, “Bakı prosesinin vacibliyinibu barədə baş katiblə müzakirə aparacağını ifadə etmişdir. Görüşlərdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Yaşar Əliyev və digər şəxslər iştirak etmişlər.

Sonra  Azərbaycan nümayəndə heyəti BMT-nin ali orqanlarından biri, BMT-nin İqtisadiSosial Şurası–ECOSOC-un prezidenti Frederik Makamure Şava, həmçinin BMT Sivilizasiyalar Alyansının rəsmiləri ilə görüşlər keçirmişdir. Görüşlərdə Azərbaycanın dünya mədəniyyətinə töhfəsi, dialoq və əməkdaşlıq layihələri, “Bakı proses” və foruma hazırlıq məsələləri müzakirə olunmuşdur.

Aprelin 19-da Bakı Konqres Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə foruma hazırlıqla bağlı iclas keçirildi. Nazir forumla bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq mədəniyyətlərarası dialoq platformasına çevrildiyini və 100-dən çox ölkənin nümayəndəsini bir araya gətirdiyini vurğulayıbforuma hazırlıq işlərinin son mərhələyə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, forum çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin üçüncü toplantısı, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din, turizm, təhsil, elm, gənclər, media kimi mövzularda plenar iclaslarpanel sessiyalar keçiriləcək. Həmçinin builki forumda parlament rəhbərləri də iştirak edəcək.

Forumda iştirak edəcək qonaqların siyahısında beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, deputatlar, səfirlər, tanınmış elm adamları yer alıblar. Onların iştirakı ilə 40-dan çox dinləmələr təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə forumda müzakirə olunacaq mövzular barədə ətraflı məlumat verərək bildirib ki, dördüncü forumun proqramı olduqca zəngindir. Bu forum vasitəsilə Azərbaycan mədəni potensialını beynəlxalq mühitdə möhkəmləndirməyə çalışır, həmçinin mədəniyyətlərarası dialoq kontekstində körpü rolunu oynayır.

Beləliklə, Azərbaycan bu forumun keçirilməsinə  xüsusi əhəmiyyət verironun yüksək  səviyyədə  təşkili  üçün bütün lazımi tədbirləri görmüşdür.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 3 may.- S.5.