Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmişAtçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

 

¹ 193                            

 

Bakı şəhəri, 2 may 2017-ci il

 

 

Atçılıq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 425-VQD nömrəli Qanununun tətbiqi Atçılıq haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli 1187 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər ­Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 5, maddə 444; 2014, ¹ 2, maddə 201, ¹ 7, maddə 942; 2015, ¹ 2, maddə 230) ilə təsdiq edilmişAtçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənddənöz səlahiyyətləri daxilindəsözləri çıxarılsın.

2. 2.5-ci bənddəqanunvericilikləsözüAzərbaycan Respublikasının qanunları iləsözləri ilə əvəz edilsin.

3. 2.5-ci bənddən sonra aşağıdakı məzmundaQeydəlavə edilsin:

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 4 may.- S.7.