“Bakı poeziyada və musiqidə”

mövzusunda ədəbi-musiqili tədbir

 

Dünən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Bakı poeziyada və musiqidə” mövzusunda ədəbi-musiqili tədbir keçirildi. Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin həyat yolu, fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirildi ki, Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən Azərbaycanın müstəqil dövlət kimi formalaşması üçün çox işlər görmüş, gənclərin SSRİ-nin müxtəlif ali məktəblərində təhsil almaları üçün şərait yaratmışdır. Həmin kadrlar bu gün müstəqil Azərbaycanın inkişafına öz töhfələrini verməkdədirlər.

 

 Akademik qeyd etdi ki, Heydər Əliyev Bakını çox sevirdi. Bakının abadlaşması, qədim abidələrin qorunması və bərpası, yeni tikililərin arxitekturası həmişə onu düşündürür və paytaxtımızın daha da gözəlləşməsi üçün daima memarlarımıza tövsiyələrini verirdi.

Ümummilli lider məktəbliləri, uşaqları da çox sevirdi. Bu gün məktəblilərin onun xatirəsinə həsr olunan tədbirdə iştirakı da dahi şəxsiyyətə olan məhəbbətin ifadəsidir.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və“Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Nərimanov rayonunun 200, 212 nömrəli, Binəqədi rayonundakı 284 nömrəli və Xırdalan şəhərindəki 1 nömrəli məktəbin şagirdləri, həmçinin, A.Zeynallı adına musiqi kollecinin tələbələri şeirmusiqi nömrələri ilə çıxış etdilər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin şanlı ömür yolunu əks etdirən sərgi ilə də tanış oldular.

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2017.- 5 may.- S.5.